Avropa Məhkəməsinin qərarını ədalətli hesab etmək olarmı?
Laçın rayonundan olan məcburi köçkünlər - Elxan və Adışirin Çıraqovlar, Fəxrəddin Paşayev, Akif Həsənov, Ramiz və Qaraca Cəbrayılovların Ermənistan Respublikası tərəfindən işğal edilmiş Laçın rayonuna qayıtmaq və öz mülkiyyətindən istifadə etmək, öz evlərində yaşamaq imkanından məhrum olunmaları barədə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə etdikləri şikayətləri üzrə məhkəmənin Böyük Palatasının yeni qərarı elan olunub.Qərara əsasən Ermənistan hökuməti 3 ay ərzində şikayətçi olan məcburi köçkünlərin hər birinə 5 min avro təzminat ödəməlidir. Bundan başqa, Ermənistan şikayət üzrə vəkil xərcləri kimi 28 min 642 funtsterlink ödəməlidir. Qeyd edək ki, 2005-ci ilin aprel ayında Laçın rayonundan olan məcburi köçkünlər - Elxan və Adışirin Çıraqovlar, Fəxrəddin Paşayev, Akif Həsənov, Ramiz və Qaraca Cəbrayılovlar Avropa Məhkəməsinə ərizə ilə müraciət edərək Ermənistan Respublikası tərəfindən işğal edilmiş Laçın rayonuna qayıtmaq və öz mülkiyyətindən istifadə etmək, öz evlərində yaşamaq imkanından məhrum olunmaları barədə şikayət ediblər.
13 Dekabr 2017 14:11 SiyasətMəcburi köçkünlər "yox", ekspertlər "hə" deyir
Laçın rayonundan olan məcburi köçkünlər - Elxan və Adışirin Çıraqovlar, Fəxrəddin Paşayev, Akif Həsənov, Ramiz və Qaraca Cəbrayılovların Ermənistan Respublikası tərəfindən işğal edilmiş Laçın rayonuna qayıtmaq və öz mülkiyyətindən istifadə etmək, öz evlərində yaşamaq imkanından məhrum olunmaları barədə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə etdikləri şikayətləri üzrə məhkəmənin Böyük Palatasının yeni qərarı elan olunub. Qərara əsasən Ermənistan hökuməti 3 ay ərzində şikayətçi olan məcburi köçkünlərin hər birinə 5 min avro təzminat ödəməlidir. Bundan başqa, Ermənistan şikayət üzrə vəkil xərcləri kimi 28 min 642 funtsterlink ödəməlidir. Qeyd edək ki, 2005-ci ilin aprel ayında Laçın rayonundan olan məcburi köçkünlər - Elxan və Adışirin Çıraqovlar, Fəxrəddin Paşayev, Akif Həsənov, Ramiz və Qaraca Cəbrayılovlar Avropa Məhkəməsinə ərizə ilə müraciət edərək Ermənistan Respublikası tərəfindən işğal edilmiş Laçın rayonuna qayıtmaq və öz mülkiyyətindən istifadə etmək, öz evlərində yaşamaq imkanından məhrum olunmaları barədə şikayət ediblər. Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanı təsdiq etdiyi və Avropa Məhkəməsinin yurisdiksiyasına daxil olduğu gündən, yəni göstərilən ərizə ilə bağlı icraat başlananadək həmin məhkəmədə məcburi köçkünlərin və qaçqınların hüquqlarının müdafiəsi məqsədilə Azərbaycan hökuməti zəruri tədbirlər görməyə başlayıb. Ermənistanın işğalçı siyasətini, Dağlıq Qarabağda cinayətkar rejiminə hərbi, iqtisadi, siyasi, inzibati və digər dəstəyi barədə kifayət qədər sübutlar toplanıb. 2015-ci ilin iyunun 16-da Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası azərbaycanlı məcburi köçkünlərin şikayəti üzrə qərarını açıqlayıb. Qərarda qeyd olunub ki, öz əmlaklarına sahib çıxmaq hüququndan məhrum olunan məcburi köçkünlərin hüquqları pozulub. Lakin maddi təzminatla bağlı hissə sonraya saxlanılıb. Ona görə də Avropa Məhkəməsinin Böyük Palatası bu hissə üzrə yeni qərarını açıqlayacaq. Maraqlıdır, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarını ədalətli hesab etmək olarmı?
Laçın rayonundan olan məcburi köçkün Fəxrəddin Paşayev işğalçı Ermənistan tərəfindən onlara vurulan maddi və mənəvi ziyanla bağlı Avropa Məhkəməsinin qərarını absurd adlandırıb: "Avropa Məhkəməsinin qərarı absurd qərardır. Hər bir şikayətçiyə 50 min avro ayrılması nəzərdə tutulmuşdu. Məhkəmə isə hər bir şikayətçiyə 5 min avro ayrılması barədə qarar verib. tutub. Bu məsələ ilə razılaşmırıq". O, bildirib ki, məsələni belə qoymayacaqlar: "Mübarizəmizi belə yarımçıq qoymayacağıq. Avropa Məhkəməsində təmsil olunan azərbaycanlı nümayəndə Çingiz Əsgərovla əlaqə saxlayıb etirazımızı bildirəcəyik"
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirib ki, bu qərarın hüquqi nəticələri öz yerində, qərar indiyədək Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini konkret təsdiq edən ən mükəmməl hüquqi sənəddir. Məhkəmə qərarında bir çox məsələlər var ki, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini və hazırda həmin ərazilərdə idarəçiliyin Ermənistan Respublikası tərəfindən həyata keçirildiyini təsdiq edir: "Qərarda münaqişənin məhz Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının irəli sürməsindən sonra başlaması vurğulanır və göstərilir ki, "Ermənistan Respublikası özünün hərbi mövcudluğu və hərbi ləvazimat və təcrübə təmin etməklə əsaslı şəkildə ən erkən günlərdən etibarən Dağlıq-Qarabağ münaqişəsinə cəlb olunub. Qərarda Ermənistanın işğal olunmuş ərazilər üzərində effektiv nəzarətinin olması da sübut olunur və məhz buna görə də 1992-ci ild baş vermiş pozuntulara görə məsuliyyət Ermənistan üzərinə qoyulur. Çünki insan hüquqlarının pozulması halı davamedicidir və baxmayaraq ki, pozuntu baş verəndə hər iki dövlət Avropa Məhkəməsinin yurisdiksiyası altında olmadığı halda pozuntu Ermənistan tərəfindən indi də davam edir. Məhz buna görə qərarda ərizəçilərə münasibətdə Konvensiyaya əlavə olunan 1 saylı Protokolun 1-ci maddəsinin və Konvensiyanın 8 və 13-cü maddələrinin pozulması əks olunmuşdur". Sahib Məmmədov bildirib ki, məsələnin maddi tərəfi ciddi məsələ deyil. Ermənistan 6 nəfərin hər birinə 5 000 Avro ödəməklə əslində Azərbaycan ərazilərini işğal etdiyini etiraf edir və bu həm də ciddi mənəvi zərbədir. Artıq beynəlxalq paraktikada bu qərara istinad etməklə Ermənistanın işğal olunmuş ərazilərdə effektiv nəzarəti həyata keçirməsini göstərən digər sənədlər var: "Məsələn Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının BMT-nin İşgəncələr Əleyhinə Komitəsinə Ermənistan tərəfindən girov götürülmüş şəxslərə (Dilqəm, Şahbaz və rəhmətlik Həsən) işgəncə verməsi və onlardan birinin işgəncələr nəticəsində vəfat etməsi ilə bağlı verdiyimiz alternativ hesabat təqdim etmişdi. İşgəncələr Əleyhinə Komitə Ermənistanın dövrü hesabatına baxarkən Komitənin Ermənistan üzrə məruzəçisi cənab Touze(Fransa) Ermənistana girovlara işgəncə verilməsi ilə bağlı sual ünvanlayarkən Ermənistan "DQR" adlanan qondarma qurumun məhkəmə və istintaq orqanlarının Ermənistanın yurisdiksiyasından kənar olması, "DQR" müstəqil olması barədə cəfəng fikirlər səsləndirdi. Bu zaman cənab Touze bununla razılaşmadı və "Çıraqov və qeyriləri Ermənistana qarşı" istinad edərək bildirdi ki, Ermənistan həmin ərazilər üzərində effektiv nəzarəti həyata keçirir. Bu qərarın başqa təsirləri də var və olacaqdır".
Avropa İnsan Hüquqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov bildirib ki, Avropa İnsan Haqları Məhkəməsi 2015-ci il iyunun 16-da Ermənistan Respublikası tərəfindən 6 nəfərin hüquqlarının pozulması, onların evlərinin dağıdılması, yurdsuz qalması, məcburi köçkün vəziyyətinə salınması və digər pozuntular barədə qərar qəbul etmişdi: "Bu qədər pozuntu qarşısında Avropa Məhkəməsinin hər bir şikayətçiyə 5 min avro həm maddi, həm mənəvi ziyana görə kompensasiya müəyyən etməsi gülüncdür. Digər qərarlara baxanda, məsələn, kiminsə bir gün həbsdə qalmasına görə 10 min avro təyin etməsi qarşılığında bu qərar anlaşılan deyil".
Zəka