İslahatlar əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsində vacib rol oynayır

"Azərbaycanda müxtəlif sahələri əhatə edən islahatlar həyata keçirilir. Bu baxımdan, sosial sahədə reallaşdırılan tədbirlər də çox önəmlidir”. “OLAYLAR”-ın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, bu fikirləri millət vəkili Sevinc Hüseynova səsləndirib. O, bildirib ki, islahatların yeni mərhələsi cəmiyyətimiz tərəfindən yüksək qarşılanır.

"Azərbaycanda müxtəlif sahələri əhatə edən islahatlar həyata keçirilir. Bu baxımdan, sosial sahədə reallaşdırılan tədbirlər də çox önəmlidir". "OLAYLAR"-ın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, bu fikirləri millət vəkili Sevinc Hüseynova səsləndirib. O, bildirib ki, islahatların yeni mərhələsi cəmiyyətimiz tərəfindən yüksək qarşılanır. Çünki bu islahatlar ölkəmizin davamlı inkişafına xidmət edir: "Şübhə yoxdur ki, bu islahatlar nəticəsində digər sahələrdə olduğu kimi sosial sahədə də ciddi nəticələr əldə ediləcək. Həyata keçirilən tədbirlər nəticəsində əhalinin sosial rifahı daha da yüksələcək. İslahatlar əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsində vacib rol oynayır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31