Əhali ən çox vəsaiti ərzağa xərcləyib

2017-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,3% üstələyərək 30,9 mlrd. manata bərabər olub.

2017-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,3% üstələyərək 30,9 mlrd. manata bərabər olub. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ticarət dövriyyəsinin 15 mlrd. 623,8 mln. manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15,239 mlrd. manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-noyabr aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,9% və 2,7% üstələyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31