Ərdoğan Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırdı - CANLI YAYIM

Fələstin lideri çıxışında Böyük Britaniyanın özünün olmayan Fələstin torpaqlarını sionist rejimə hədiyyə etdiyini bildirib. Onun sözlərinə görə, Britaniya bunu edəndə ən böyük tərəfdaşı ABŞ idi.

Fələstin lideri çıxışında Böyük Britaniyanın özünün olmayan Fələstin torpaqlarını sionist rejimə hədiyyə etdiyini bildirib. Onun sözlərinə görə, Britaniya bunu edəndə ən böyük tərəfdaşı ABŞ idi.

"Tramp Qüdsü hədiyyə olaraq İsrailə verir. Sanki, dünyada qərar verən yeganə şəxsdir. Amma ABŞ-ın yanında olanlar belə bu dəfə Trampın qərarını dəstəkləmədi. Dünyanın dörd bir tərəfində olan ölkələr, həmçinin daim ABŞ-ın yanında olan Kanada, İngiltərə və Avstraliya kimi ölkələr Trampa dəstək vermədilər. Birləşmiş Ştatlar bütün insanlığın vicdanına zərər verəcək bir qərar qəbul etdi. İşğal altında olan Fələstin dövlətinin tanınması üçün çalışmalıyıq", - Mahmud Abbas bildirib.

Fələstin lideri Qüdsün əvvəllər və indi olduğu kimi, gələcəkdə də Fələstinin paytaxtı olacağını söyləyib: "Qüds Fələstinin əbədi paytaxtı, müsəlman və xristianların şəhəri olaraq qalacaq. Qüds Fələstin tacının ən qiymətli daşıdır. Qüds olmadan sülh və barışıqdan danışmaq mümkün deyil. BMT-nin qərarına əsasən, Qüdsdə hər hansı ölkənin səfirliyinin yerləşdirilməsi qeyri-qanunidir. Birtərəfli qərarı ilə ABŞ etibarsız vəziyyətə düşdü. ABŞ beləliklə, vasitəçi missiyasını itirib. Bundan sonra da ABŞ bu məsələdə vasitəçi kimi çıxış edə bilməyəcək".

Mahmud Abbas ABŞ-ın bu qərarının yeni toqquşmalara yol açacağını vurğulayıb.

Türkiyə prezidentinin Şərqi Qudsü Fələstinin işğal altındakı paytaxtı kimi tanıması barədə çağırışı zirvə toplantısının yekun bəyannaməsində yer alacaq. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31