Daha bir deputatımız AŞPA-nın məruzəçisi təyin edilib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) hüquq məsələləri və insan hüquqları komitəsinin Parisdə keçirilən iclasında Milli Məclisin deputatı Vüsal Hüseynovun məruzəçisi olduğu “İşgəncə və ölüm cəzasının icrası üçün istifadə edilən vasitələrin (alətlər, avadanlıqlar və sair) ticarətinə qarşı beynəlxalq qaydaların (tənzimetmənin) gücləndirilməsi” üzrə hesabatı qəbul edilib.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) hüquq məsələləri və insan hüquqları komitəsinin Parisdə keçirilən iclasında Milli Məclisin deputatı Vüsal Hüseynovun məruzəçisi olduğu "İşgəncə və ölüm cəzasının icrası üçün istifadə edilən vasitələrin (alətlər, avadanlıqlar və sair) ticarətinə qarşı beynəlxalq qaydaların (tənzimetmənin) gücləndirilməsi" üzrə hesabatı qəbul edilib. "Olaylar" xəbər verir ki, məruzə AŞPA-nın yanvar sessiyasında plenar iclasda müzakirə ediləcək. Vüsal Hüseynov, həmçinin komitə tərəfindən AŞPA-nın "İnsan hüquqları və biznes" mövzusunda yeni məruzəsi üzrə məruzəçi təyin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31