Gündəm

Hərracda 17 dövlət əmlakı özəlləşdirilib

13 Dekabr 2017 11:44

Əmlak Məsələləri Dövlət Komitəsi növbəti hərrac keçirilib. Bu dəfəki hərracda ümumilikdə 17 əmlak olmaqla 4 kiçik dövlət müəssisə və obyekti, 13 istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilib. Özəlləşdirilən kiçik dövlət müəssisələrindən 3-ü paytaxtın müxtəlif rayonlarında, 1-i isə Sumqayıtda yerləşir.

Avtomobil idxalı artıb

13 Dekabr 2017 11:42

Bu ilin yanvar-noyabr aylarında Azərbaycana ümumilikdə 9 828 ədəd avtomobil idxal olunub. “Olaylar” xəbər verir ki, Dövlət Gömrük Komitəsinin açıqladığı statistikada bildirilir ki, ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 5 008 ədəd avtomobil və ya 2,04 dəfə artıb.

Gömrük daxilolmaları artıb

13 Dekabr 2017 11:40

Bu ilin yanvar-noyabr ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 2 mlrd. 383 mln. 400,01 min manat daxil olub. Komitədən “Olaylar”a verilən məlumata görə, gömrük daxilolmaları ötən ilin analoji dövrü ilə müqayisədə 326 mln. 739,7 min manat və ya 15,89% artıb. Bu ilin 11 ayı ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 632 mln. 969,14 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 1 mlrd. 64 mln. 339,54 min manat, aksizlər üzrə 78 mln. 248,7 min manat, yol vergisi üzrə isə 31 mln. 842,63 manat təşkil edib.

Vəkil olmaq istəyənlərin sənəd qəbulu başlandı

13 Dekabr 2017 11:37

Vəkillər Kollegiyasının Rəyasət Heyəti “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun tələbinə uyğun olaraq Vəkillər Kollegiyasına qəbul olunmaq arzusunda olan şəxslərin sənədlərinin qəbulunu bərpa edib.

Deputatlarımız AŞ PA-nın kimitə iclaslarına qatılacaqlar

13 Dekabr 2017 11:36

Parisdə Avropa Şurası Parlament Assambleyası Bürosunun, Hüquqi məsələlər və insan hüquqları, Monitorinq, həmçinin Siyasi işlər və demokratiya komitələrinin iclaslarına start verilib.

“Çocuklar duymasın” serialında yenilik

13 Dekabr 2017 11:36

Türkiyədə yayımlanan məşhur “Çocuklar duymasın” serialının ekranlara vida edəcəyi bildirilirdi. Serialın son bölümlərinin  reytinqlərdə istənilən nəticə verməməsi bu şaiyələrə səbəb olmuşdu.

İsrail müharibəyə hazırlaşır - Yaxın Şərqdə SULAR İSİNİR

13 Dekabr 2017 11:30

İsrail ordusunun 2017-ci ildə həyata keçirdiyi hərbi təlimlər ölkənin Livan istiqamətində yeni bir müharibəyə hazırlaşdığını göstərir. Bu haqda “Yeni Şəfəq” nəşri yazıb. İsrail mart ayından etibarən 8 hərbi təlim keçirib. Ən genişmiqyaslı təlim isə 5-14 sentyabr tarixlərində keçirilən “Light of the Grain” təlimləri olub. Bildirildi ki, 18 ay əvvəldən hazırlıqlarına başlanılan təlimin hədəfi İsrail ordusunun xarici güclərlə döyüş qabiliyyətini yoxlamaqdır. Təlimin ölkənin şimal sərhədində həyata keçirilməsi isə “xarici güc”ün məhz Livan olduğunu deməyə əsas verir.

Dövlət katibi: ABŞ KXDR ilə danışıqlara hazırdır

13 Dekabr 2017 11:28

"ABŞ Şimali Koreya ilə danışıqlar aparmağa hazırdır".  Bu barədə ABŞ-ın dövlət katibi Reks Tillerson Vaşinqtonda Atlantik Şuranın iclasında çıxış edərkən bəyan edib.

Məşhur müğənni həbs olundu - Banan yediyi üçün

13 Dekabr 2017 11:26

Misir məhkəməsi məşhur müğənni Şimaya həbs cəzası verib. Buna səbəb müğənninin yeni klipində seksual pozalarla banan yeməsi olub. 25 yaşlı cazibədar müğənni keçən ay sözügedən klipin yayımından sonra yaşanan mübahisələr səbəbilə polis tərəfindən saxlanılmışdı. Məhkəmə isə prosesdə on qarşı əxlaqsızlıq və açıq-saçıq videoçarx yayımlamaq ittihamı ilə həbs cəzası vermişdi. Məhkəmədə müğənni ilə yanaşı, klipin rejisssoru haqqında da 2 il həbs cəzası qərarı çıxarılıb.

Elçin Hüseynbəyli yeni romanını təqdim edəcək

13 Dekabr 2017 11:25

Dekabrın 13-də, saat 14.00-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan Klubunda  yazıçı-dramaturq, publisist Elçin Hüseynbəylinin “Yenə iki od arasında” romanının təqdimatı və imza günü keçiriləcək. Olaylar.az bildirir ki, bu il 130 illiyi qeyd edilən böyük söz adamı Yusif Vəzir Çəmənzəminlinin xatirəsinə həsr edilmiş, Qarabağ tarixi üstündə köklənən kitaba ön sözü xalq yazıçısı Anar, son sözü akademik Nizami Cəfərov yazıb.

“Real” “Beşiktaş”a möhtac qaldı: “Pepeni geri verin”

13 Dekabr 2017 11:24

İspaniya La Liqasında gərgin mövsüm yaşayan və lider “Barselona”dan 8 xal geridə olan “Real Madrid” müdafiəçi Rafael Varaneyin zədələnməsindən sonra hərəkətə keçib. İspanlar Türkiyə çempionu “Beşiktaş”a transfer edilən Pepeni geri qaytarmaq üçün cəhdlər etməyə başlayıb. Bu il Çempionlar Liqasındakı oyunlarda möhtəşəm performans sərgiləyən futbolçunun meneceri Xorxe Mendes isə Pepenin “Real”a qayıtmaq istəməyəcəyini, yeni komandasında xoşbəxt olduğunu bildirib. O, Pepenin hədəfinin Dünya Çempionatına getmək olduğunu və hələ ki, transfer haqqında düşünmədiyini deyib.

3 qızını və arvadını vəhşicəsinə öldürdü, binadan aşağı atdı - Atadan DƏHŞƏTLİ ƏMƏL 

13 Dekabr 2017 11:22

Əsəbləri yerində olmayan kişi həyat yoldaşını və 3 övladını acımasızca qətlə yetirib. Hadisə Türkiyənin Kayseri bölgəsində baş verib. Naməlum səbəblərdən qəzəblənən Erol Adıyaman evə gələrək əvvəl həyat yoldaşı Səfiyə Adıyamanı öldürüb. Uşaqların gözü önündə analarını qətlə yetirən kişi, daha sonra 3 övladını - Çinar Berk Adıyaman, Elanur Adıyaman və Nazlı Nur Adıyamanı da öldürüb. Əsəbi soyumayan ata daha sonra cəsədləri yaşadığı evin 2-ci mərtəbəsindən aşağı atıb.

4 nəfəri zorladığını deyən model ifşa olundu 

13 Dekabr 2017 11:19

Bir müddət əvvəl quldurlar tərəfindən fotosessiya çəkmək adı ilə aldadılıb qaçırılıb, zorlandığı deyilən model Xlo Alinqin yalanı üzə çıxıb.  Modelin qaçırılmadığı, təcavüzə uğramadığı məlum olub. Belə ki, bunu hadisə ilə əlaqədar saxlanılan şəxs ifadəsində deyib. O bildirib ki, Xlo məşhur olmaq üçün belə bir üsula əl atıb.

Röya, İradə və Nigar qalmqalı böyüyür: "Sizə görə həyasız mənəm, amma..."

13 Dekabr 2017 11:16

"Altın kelebek" mükafatlandırma mərasimi bitsə də, onun ətrafında yaranan mübahisələr bitmək bilmir. Nigar Camal və əməkdar artist Röya Ayxan arasında yaranan savaş dünən gecə daha da alovlanıb. Məsələyə münasibəti "İnstaqram" hesabından verən Nigar qalmaqalın onluq olmadığını bildirib və bu sözləri yazıb: "Əziz dostlar, "Altın Kelebek" mövzusu ilə bağlı nə deyibsə, canı sağ olsun. Mən bir daha təbrik eləyirəm. Uğurlarının ardı gəlsin. Qalmaqal mənlik deyil və bu cür söhbətlərə girmirəm. Röyanı və Röya sevərləri təbrik edirəm".

"Erkən nikah əvvəllər daha çox cənub, indi isə Aran rayonlarında baş verir"

13 Dekabr 2017 11:12

Əvvəllər Azərbaycanda erkən nikah halları daha çox cənub bölgəsində baş verirdi, amma indi artıq Mərkəzi Aran rayonlarında da belə faktlar üstünlük təşkil edir. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə bildirib. Onun sözlərinə görə, cənub bölgəsində erkən nikahla bağlı əhalinin maarifləndirlməsi üçün daha çox iş aparılması burada belə hallar azalıb.