Deputatlarımız AŞ PA-nın kimitə iclaslarına qatılacaqlar

Parisdə Avropa Şurası Parlament Assambleyası Bürosunun, Hüquqi məsələlər və insan hüquqları, Monitorinq, həmçinin Siyasi işlər və demokratiya komitələrinin iclaslarına start verilib.

Parisdə Avropa Şurası Parlament Assambleyası Bürosunun, Hüquqi məsələlər və insan hüquqları, Monitorinq, həmçinin Siyasi işlər və demokratiya komitələrinin iclaslarına start verilib. MM-dən "Olaylar"a verilən məlumata görə, iclaslar dekabrın 15-dək davam edəcək. Tədbirlərdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcək. Nümayəndə heyətinə deputatlardan Sahibə Qafarova, Vüsal Hüseynov və Sabir Hacıyev daxildirlər. İclaslarda Avropada QHT-lərin fəaliyyəti, Bosniya və Herseqovinanın AŞPA qarşısındakı öhdəlikləri, 2017-ci il üzrə AŞPA-nın monitorinq prosedurlarının təkmilləşdirilməsi, Monteneqro və Gürcüstana fakt araşdırıcı səfərin nəticələri, Avropada demokratik təhlükəsizliyin qorunması, Belorusda və Misirdə vəziyyət, Liviyanın gələcəyi, Fələstin-İsrail probleminin ortaq həll yolu, Avropa Parlamenti ilə əməkdaşlıq və digər məsələlər barədə fikir mübadiləsi aparılacaqdır. Hüquqi məsələlər və insan hüquqları komitəsinin iclasında deputat Vüsal Hüseynovun "İşgəncə və ölüm cəzası üçün istifadə olunan ləvazimatların ticarətinə qarşı beynəlxalq qaydaların gücləndirilməsi" mövzusunda məruzəsi dinləniləcək, mövzu ətrafında müzakirələr aparılacaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31