Vəkil olmaq istəyənlərin sənəd qəbulu başlandı

Vəkillər Kollegiyasının Rəyasət Heyəti “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun tələbinə uyğun olaraq Vəkillər Kollegiyasına qəbul olunmaq arzusunda olan şəxslərin sənədlərinin qəbulunu bərpa edib.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunun tələbinə uyğun olaraq Vəkillər Kollegiyasına qəbul olunmaq arzusunda olan şəxslərin sənədlərinin qəbulunu bərpa edib.
Vəkillər Kollegiyasından verilən məlumata görə, qurumun üzvlüyünə qəbul olunmaq üçün 2016-cı ildə sənədlərini vermiş şəxslərin ərizələrini komissiyada təsdiq etdirmələri zəruridir. Sənədlər VK-nın binasında - Səməd Vurğun küçəsi 48 ünvanında, dekabrın 11-dən 2018-ci il yanvarın 11-dək qəbul edilir.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31