Elçin Hüseynbəyli yeni romanını təqdim edəcək

Dekabrın 13-də, saat 14.00-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan Klubunda  yazıçı-dramaturq, publisist Elçin Hüseynbəylinin “Yenə iki od arasında” romanının təqdimatı və imza günü keçiriləcək. Olaylar.az bildirir ki, bu il 130 illiyi qeyd edilən böyük söz adamı Yusif Vəzir Çəmənzəminlinin xatirəsinə həsr edilmiş, Qarabağ tarixi üstündə köklənən kitaba ön sözü xalq yazıçısı Anar, son sözü akademik Nizami Cəfərov yazıb.

Dekabrın 13-də, saat 14.00-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan Klubunda  yazıçı-dramaturq, publisist Elçin Hüseynbəylinin "Yenə iki od arasında" romanının təqdimatı və imza günü keçiriləcək.

Olaylar.az bildirir ki, bu il 130 illiyi qeyd edilən böyük söz adamı Yusif Vəzir Çəmənzəminlinin xatirəsinə həsr edilmiş, Qarabağ tarixi üstündə köklənən kitaba ön sözü xalq yazıçısı Anar, son sözü akademik Nizami Cəfərov yazıb.

Tədbir Azərbaycan Yazıçılar Birliyinin və "Qələm" nəşriyyatının təşkilatçılığı ilə baş tutacaq.

Təqdimat mərasimində nüfuzlu söz adamlarının iştirakı nəzərdə tutulur.

İstənilən şəxs törənə qatıla bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31