Gündəm
Kremldən sərt açıqlama: ABŞ-ın yeni strategiyası...
ABŞ-ın yeni milli təhlükəsizlik strategiyası imperiya xarakteri daşıyır. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib. “Bu strategiya göstərir ki, ABŞ-ın birqütblü dünya fikrindən daşınmaq niyyəti yoxdur.
Kral Salmanın sarayına raket atıldı - SON DƏQİQƏ
Səudiyyə Ərəbistanının paytaxı Ər-Riyadda partlayış baş verib. Bu barədə “Routers” xəbər agentliyi hadisə şahidlərinin ifadəsinə əsasən məlumat yayıb. Şahidlər şəhərdə şiddətli partlayış səsləri eşidildiyi və duman qalxdığını deyib. Səudiyyə Ərəbistanının başçılıq etdiyi beynəlxalq koalisiya isə paytaxtın cənubunda bir ballistik raketin qarşısının alındığını bildirib.
Rusiyada Parlamentin vitse-spikeri saxlanılıb
Rusiyanın Nijeqorod vilayətinin Qanunvericilik Məclisi sədrinin müavini Oleq Sorokin saxlanılıb. Məlumata görə, vitse-spikerin saxlanılmasından sonra yaşadığı ünvanda axtarışlar aparılması barədə vilayətin Dövlət Dumasındakı deputatı Aleksandr Kurdyumov xəbər verib.
Bakıda Həştərxan Biznes Mərkəzinin təməli qoyuldu
Dekabrın 19-da Bakıda Həştərxan Biznes Mərkəzinin təməli qoyulub. Təməlqoyma mərasimində Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin, digər rəsmi şəxslər, iş adamları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
5 yaşlı uşağı zorla evin arxasına keçirdi və... - Ağcabədidə İYRƏNC ƏMƏL
Ağcabədi rayonunda 5 yaşlı oğlana qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirli bilinən 1999-cu il Elmin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Elmin Əhmədov cinayəti törədən zaman Ağcabədi şəhəri 9 saylı tam orta məktəbin 11-ci sinif şagirdi olub.
Bu ilin 11 ayında fərdi uçot sistemində əlavə olaraq 185 663 nəfər şəxs qeydiyyata alınıb
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sisteminin əhatə etdiyi şəxslərin sayı 2017-ci ilin ötən dövründə artmaqda davam edib.
345 nəfər əmək və ya xidməti müqavilə olmadan çalışıb - MONİTORİNQ
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı” tikinti şirkətlərində səyyar monitorinqlərin keçirilməsi davam etdirilir. Olaylar.az bildirir ki, dövlət orqanları tərəfindən tikinti şirkətləri ilə bağlı Mərkəzə daxil olan məlumatlar ilkin olaraq Analitik Monitorinq Sistemi vasitəsilə təhlil edilir və əsas yarandığı halda Mərkəzin Səyyar monitorinq qrupu tərəfindən tikinti obyektlərində səyyar monitorinqlər həyata keçirilir. Monitorinq Bakı şəhərində çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olan 96 hüquqi və fiziki şəxsi əhatə edib.
“SOCAR Energy Holdings” Avstriyanın A1 yanacaqdoldurma məntəqələri şəbəkəsini alıb
SOCAR-ın İsveçrədəki törəmə şirkəti “SOCAR Energy Holdings” Səhmdar Cəmiyyəti Avstriyanın pərakəndə yanacaq satışı bazarına daxil olaraq, A1 şirkətinə məxsus yanacaqdoldurma məntəqələrini (YDM) və neft yağlarının ticarəti sahəsində fəaliyyət göstərən Pronto Oil firmasını alıb. “OLAYLAR”-ın xəbərinə görə, “SOCAR Energy Holdings” son 5 ildə İsveçrədə əldə etdiyi gəlirlərin bir hissəsini daunstrimdəki sərmayələrini artırmaq və böyütmək məqsədi ilə investisiya layihələrinə yatırır, əvvəlki illərdə qoyulan investisiyaları ilə sinerji yaradaraq, onları daha da genişləndirir. Burada əsas hədəf gələcəkdə gəlir mənbələrini şaxələndirməklə, yeni bazarların potensialından yararlanmaq və Azərbaycan iqtisadiyyatına daha böyük gəlirlər qazandırmaqdır.
İslam həmrəyliyi və milli-mənəvi dəyərlər müzakirə edilib
Dekabrın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Sabirabad rayonu Dadaşbəyli kənd məscidi dini icması tərəfindən “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimiz” layihəsi çərçivəsində “Vətənə sədaqət, milli-mənəvi dəyərlərə hörmət” mövzusunda maarifləndirici tədbir keçirilib.
Gəmiçiliyin xarici sularda fəaliyyəti genişlənir
Dekabrın 19-dan “Gəncə” tankeri Xəzərdən kənarda maye yükdaşımalarına cəlb olunub. “OLAYLAR”-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə, bununla da Gəmiçiliyin Xəzərdən kənarda üzən gəmilərinin sayı 13-ə çatdırılıb. Onlardan 11-i quru yük gəmisi, ikisi isə tankerdir. “Gəncə” tankeri ilk yükləmə əməliyyatını Rusiya Federasiyasının Tuapse limanında həyata keçirəcək.
Miqrasiya Xidməti ixtisasartırma kursları təşkil edir
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Miqrasiya proseslərinin dövlət tənzimlənməsi" istiqamətində qısamüddətli ixtisasartırma kursunun açılışı olub.
Xeyli sayda partlayıcı oyuncaq aşkarlandı
Gəncə Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qayadaları pozulmaqla pirotexniki vasitələrin gətirilməsinə dair daxil olan əməliyyat məlumatına əsasən şöbənin əməkdaşları tərəfindən "Volkswagen Bora" markalı avtomobil Şəmkir rayonu ərazisində saxlanılıb və Gəncə Gömrük İdarəsinin inzibati binasnın həyətinə gətirilən nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Külli miqdarda aksiz markasız siqaretin realizə edilməsinin qarşısı alınıb
Gömrük əməkdaşları aksiz markası ilə markalanmamış külli miqdarda siqaretin ölkə ərazisində realizə edilməsinin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, Yevlax Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, "Mercedes Benz E220 CDİ" markalı avtomobil Bakı-Qazax yolunun Yevlax rayon ərazisindən keçən hissəsində saxlanılıb.
FHN Seçki Dairəsində yanğın barədə məlumat yayıb
Fövqəladə Hallar Nazirliyi (FHN) Kürdəmir rayonunda baş vermiş yanğın barədə məlumat yayıb. FHN-dən verilən məlumatda bildirilir ki, Kürdəmir rayonunda ümumi sahəsi 240 m2 olan birmərtəbəli, 9 otaqdan ibarət inzibati binanın köməkçi otağının yanar konstruksiyaları 5 m2 sahədə, içərisində olan 1 ədəd kompüter və 2 ədəd prosessor yanıb.
Adriana Lima həyatını dəyişir
Məşhur braziliyalı model Adriana Lima artıq həyatını dəyişdirməyi qərara alıb. Olaylar.az bildirir ki, bu haqda model rəsmi instagram hesabında məlumat verib. O, bildirib ki, artıq hər layihə üçün soyunmayacağını açıqlayıb. Model “Kimsənin sənin həqiqətlərini görməyə icazə vermə” yazısını paylaşıb.














