Gündəm

Moskvada qocalar evində YANĞIN: xəsarət alan var

19 Dekabr 2017 15:16

Moskvada qocalar evində yanğın baş verib. Bu barədə şəhər meri Sergey Sobyanin xəbər verib. Məlumata gröə, hadisə nəticəsində 16 nəfər xəsarət alıb.

Bayramqabağı alıcıları belə aldadırlar - VİDEO

19 Dekabr 2017 15:13

Yeni il yaxınlaşdıqca mağaza rəflərində hədiyyə boxçalarının sayı artmağa başlayır. İllərdir davam edən bu ənənə uşaqların bayram sevincinə sevinc qatır. Əvvəllər Şaxta baba sovqatı adlandırılan bu hədiyyələr sellofan torbalarda, müxtəlif heyvan maskaları, şirniyyat və meyvələrlə hazırlanırdı. Son illərdə isə hədiyyələrin miqyası daha da böyüyərək rəngli və bəzəkli karton qutularda təqdim olunmağa başladı.

Şamaxı-İsmayıllı zonasında  və Xəzərdə seysmik aktivlik azalıb

19 Dekabr 2017 15:11

Bu il Şamaxı-İsmayıllı seysmogen zonasında seysmik aktivlik 2016-cı ilə nisbətən xeyli azalıb. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) İnformasiya şöbəsindən verilən məlumata görə, bu barədə RSXM-in baş direktoru Qurban Yetirmişlinin AMEA Yer Elmləri bölməsi və Mərkəzin Elmi-Texniki Şurasının birgə iclasında RSXM-nin 2017-ci ildə apardığı elmi və elmi-istehsalat işlərinin nəticələrinə dair təqdim etdiyi illik hesabatda bildirilib.

Rusiyada sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb

19 Dekabr 2017 15:10

Rusiyanın Nenets Muxtar Dairəsinin Naryan-Mar şəhərhava limanında təyyarənin sərt eniş etməsi səbəbindən 4 nəfər ölüb. 

Qurban Yetirmişli: “Kür ovalığının cənub hissəsi seysmik cəhətdən aktivləşib”

19 Dekabr 2017 15:08

“Ağdam zəlzələlərindən sonra afterşok prosesi kifayət qədər aktivləşib, ilk birinci sutka ərzində əsas təkandan sonra 89 afterşok qeydə alınıb”. “Azərbaycanda hesabat ili ərzində ən güclü hadisə Ağdam ərazisində baş verib”. 

Ermənistanda tələbələrin etirazı davam edir

19 Dekabr 2017 15:04

Ermənistanda tələbələrin hərbi xidmətdən möhlət hüququnun məhdudlaşdırılması ilə bağlı etiraz aksiyaları davam edir.  Tələbələr Yerevan Dövlət Universitetində aclıq aksiyasına başlayıblar. “Biz bununla hərbi xidmətdən möhlət hüququnun ləğvinə ictimaiyyətin laqeydliyinə və qanun layihəsinə qarşı mübazirəni davam etdiririk”, - deyə “Elmin inkişafı naminə” təşəbbüs qrupunun üzvü David Petrosyan bildirib.

Baş prokurorluq azərbaycanlı maqnata qarşı irimiqyaslı yoxlamalara başladı

19 Dekabr 2017 15:03

Rusiya Baş prokurorluğu Mərkəzi Bank tərəfindən müvəqqəti idarəçilik tətbiq olunan “Otkrıtie” bankının səhmdarları Leonid Fedun, Vahid Ələkbərov və Aleksandr Belyayevlə bağlı irimiqyaslı yoxlamalara başlayıb. Baş prokurorluq onları bir tərəfdən bankın müflisləşməsinə gətirib çıxaran, digər tərəfdən dələduzluq yolu ilə mənfəət əldə etməyə imkan verən hərəkətlərdə şübhəli hesab edir.

Bu il Azərbaycanda 3642 zəlzələ olub

19 Dekabr 2017 14:58

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində AMEA Yer Elmləri bölməsi və Mərkəzin Elmi-Texniki Şurasının birgə iclası keçirilib. İclasda AMEA nəzdində RSXM-nin 2017-ci ildə apardığı elmi və elmi-istehsalat işlərinin nəticələrinə dair hesabatı müzakirə edilib.

Şəxsiyyət vəsiqəsinin və pasportun itirilməsinə görə cərimə ləğv olundu

19 Dekabr 2017 14:57

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununa və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanunları imzalayıb.

Pentaqon ələ keçirilən UNO-nun videosunu yayıb

19 Dekabr 2017 14:54

ABŞ Müdafiə Nazirliyi silahlı qüvvələrin pilotlarının izinə düşdükləri naməlum uçan obyektin videosunu yayıb. Görüntülərdə 2014-cü ildə ABŞ-ın iki qırıcı təyyarəsinin San-Diyeqo sahillərində keçirdiyi əməliyyat əks olunub. Video-çarxda görüntülənən UNO-nun yerdən 24 kilometr yüksəklikdə uçduğu qeyd edilir. 

SOS: Güney Azərbaycan fəlakətlə üz-üzə

19 Dekabr 2017 14:51

Artıq bir neçə gündür ki, Urmu, Təbriz və Cənubi Azərbaycanın bir çox şəhərlərində hava çirkli olduğu üçün məktəblər tətilə çıxıb. Gündəlik həyat demək olar ki, iflic vəziyyətdədir. Havanın çirkli (duzlu) olmasına səbəb kimi İran hökumətinin Urmu gölünü məqsədli şəkildə qurutması göstərilir.

2017-ci ildə dünyada 65 jurnalist öldürülüb

19 Dekabr 2017 14:49

2017-ci ildə dünyada 65 jurnalist öldürülüb. Bu barədə beynəlxalq təşkilatların hesabatında qeyd olunub. Məlumata görə, il ərzində 26 jurnaslit öz peşə fəaliyyətini yerinə yetirərkən dünyasını dəyişib. Hesabata əsasən, jurnalistlər üçün ən təhlükəli ölkələr Suriya və Meksika hesab olunur. Hansı ki, orada il ərzində 11-12 jurnalist həyatını itirib. İraq və Əfqanıstan isə media üçün ən təhlükəli ölkələrin sırasında üçüncü və dördüncü yerdəı dayanır. Orada il ərzində 8-9 media işçisi həyatını itirib.

Nazirlik müsabiqənin şərtlərini açıqladı

19 Dekabr 2017 14:46

Dekabrın 19-da Nizami Kino Mərkəzində qısametrajlı bədii film layihələri müsabiqəsində iştirak etmək arzusunda olan ssenarist, prodüser və rejissorları maraqlandıran məsələlərlə əlaqədar təşkilatçılarla görüş keçirilib. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov, şöbənin əməkdaşı Elşad Əliyev çıxış edərək müsabiqə barədə məlumat veriblər. Bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən elan edilən müsabiqənin məqsədi 2018-ci ildə keçiriləcək Azərbaycan kinosunun 120 illik yubileyinə hazırlıqla əlaqədar kinematoqrafiya sahəsində çalışan gənclərin yaradıcılıq fəaliyyətini stimullaşdırmaq, milli mənəvi və ümumbəşəri dəyərləri təbliğ etməkdir.

Oğlumun atasının qızına: Məni bağışla!

19 Dekabr 2017 14:37

Məni günahkar bil, əzizim. Bütün darıxmaqlarının, sıxıntının, gecə gördüyün yuxularının, gözlədiyin yolların, almaq istədiyin gəlinciyin, səsləmək istədiyin adın, tutmaq istədiyin əlin, yatmaq istədiyin qucağın, qucmaq istədiyin qolların günahını məndə gör. Və bu yazımı mənim yaşıma çatmamış oxuma. Kobud səsləndi, incimə. Yəni məktubumu düz iyirmi bir yaşının dekabrında oxu.

Azərbaycanda müstəqil mətbuat formalaşıb

19 Dekabr 2017 14:34

Azərbaycanda müstəqil mətbuatın mövcudluğu heç kimə sirr deyil. Üstəlik ölkədə fikir, söz, məlumat və ifadə azadlığı təmin edilməkdədir. Hazırda ölkəmizdə bu prinsiplər qorunub-saxlanılır və inkişaf etdirilir. “Şərq” qəzetinin redaktoru Anar Bayramoğlu da Azərbaycanda söz və mətbuat azadlığının təmin edilməsi istiqamətində görülən işlər, dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışıb.