Gündəm
Bələdiyyələr tərəfindən ciddi pozuntulara yol verilir
17 ildir ki, ölkədə yerli özünüidarə orqanı kimi fəaliyyət göstərən bir sıra bələdiyyələr hələ də özlərini tam şəkildə təsdiq edə bilməyiblər. Belə ki, yerli icra hakimiyyəti orqanlarının təsiri altına düşən bələdiyyələr bir çox hallarda ya qanunvericiliklə onlara verilmiş səlahiyyətlərindən istifadə edə bilmir, ya da öz funksiyalarını yerinə yetirməkdə qətiyyətsizlik nümayiş etdirilər.
ABŞ-Rusiya yaxınlaşması
Son illər Birləşmiş Ştatlarla Rusiya Federasiyası arasında müşahidə edilən gərginlik, ikitərəfli münasibətlərdəki sərinlik indiki halda nə Vaşinqton, nə də Moskva üçün arzuedilən olmadığından deyəsən dünyanın əsas iki güc mərkəzləri artıq qarşılıqlı münasibətlərə yenidən nəzər salmaq və aralarında olan bəzi problemləri həll etmək niyyətindədirlər. Əslində Vaşinqton-Moskva münasibətlərinin istiləşəcəyinə dair ehtimallar hələ Donald Trampın Ağ Evə rəhbərlik etdiyi ilk gündən səslənirdi.
Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqeyi möhkəmlənib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizin yaşadığı tarixə nəzər salsaq, çoxlu sayda uğurların qazanılmasının şahidi olarıq. Respublikamızın əldə etdiyi nailiyyətlər onun beynəlxalq aləmdəki nüfuzunu getdikcə yüksəltdi və dünyanın qüdrətli dövlətləri cərgəsinə qoşdu. Xarici siyasət sahəsində əldə olunan uğurlar Azərbaycanın Avropaya və dünya birliyinə inteqrasiyasını daha da sürətləndirdi. Bu gün ölkəmiz beynəlxalq təşkilatların fəal üzvüdür.
Azərbaycan iqtisadiyyatının dinamik inkişafı təmin ediləcək
Artıq 2017-ci ilin başa çatmasına az bir müddət qalır. İl ərzində istər iqtisadi və sosial. Istərsə də mədəni və humanitar sahələrdə əldə edilən nailiyyətlər, qazanılan uğurlar qarşıdan gələn 2018-ci ilin də Azərbaycan üçün uğurlu olacağından xəbər verir. Elə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili də belə düşünür. O, bildirib ki, 2017-ci il dünya iqtisadiyyatında bir tərəfdən müsbət dinamikanın (Avropa Birliyi, Amerika iqtisadiyyatında Ümumi Daxili Məhsulunun artması), digər tərəfdən isə müxtəlif ölkələr arasında qarşıdurmaların (Rusiyaya yeni sanksiyaların tətbiqi, Qətər böhranı, Suriya münaqişəsinin davam etməsi, Şimali Koreya böhranı) artmasının müşahidə olunduğu bir il kimi yadda qaldı.
Masonlar haqda nə bilirik?
Masonlar... Bu gün bu sözə tez-tez rast gəlinir. Masonları hər şeydə - SSRI-nin dağılmasında, iqtisadiyyatın çökməsində, insanların müflisləşməsində günahlandırırlar. Ancaq ciddi araşdırmaya başlayanda bütün bu baş verənlərdə "mason fitnələrini" görmək mümkün deyil. Bəs bu masonlar kimdir? Onlar hardan peyda olub, nə işlə məşğul olur və məqsədləri nədir? Nəyə görə masonlar bu qədər dedi-qoduya səbəb olur? Bütün fantastik ittihamlara baxmayaraq masonlar arasında bir çox tanınmış şəxslərin adları çəkilir.
Bəyənməyib atdığımız qidalar xərçəngdən qoruyur - ARAŞDIRMA
Bəzən yemək istəməyib atdığımız qida qalıqları və istifadə etmədiyimiz ədviyyatlar əslində vücudumuzu xərçəng xəstəliyinə qarşı qoruyur. Bu məlumatı, bitkilərlə müalicə araşdırmaları aparan Fototerapeya Mərkəzinin rəhbəri mütəxəssis Kartal açıqlayıb.
Bakı məktəblisinin növbəti qələbəsi
Paytaxt məktəblisi İtaliyada idmanın döyüş növü olan K-1 qaydaları üzrə keçirilən dünya çempionatında I yerə layiq görülüb. “OLAYLAR”-ın xəbərinə görə. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 246 nömrəli məktəb-liseyin XI sinif şagirdi Ramazan Abdullayev çempionatda 54 kiloqram çəki dərəcəsində bütün rəqibləri üzərində qələbə qazanıb. R.Abdullayev medal və diplomla təltif olunub.
Çində kimya zavodu partladı, sonra yandı: ölən və yaralananlar var
Çinin şərqindəki Şandun əyalətində kimya zavodundan güclü partlayış baş verib. Partlayışın ardına zavodda güclü yanğın başlayıb. Son məlumata görə, yanğın nəticəsində 7 nəfər həlak olub, daha 4 nəfər xəsarət alıb. Hazırda yanğının lokallaşdırılması barədə məlumat verilir.
Anjelikanın başına torba keçirib öldürən kimdir?
Bakı Ağır Cinayətlər Məhkəməsində qonşu qadının başına torba keçirib boğaraq öldürməkdə təqsirləndirilən Namiq Vəkilovun məhkəməsi keçirilib. Hakim Fikrət Qəribovun icraatında olan prosesdə N.Vəkilovun anası Xuraman Vəkilova ifadə verərək mərhum Anjelika Morozovanı Elşən adlı qonşunun öldürdüyünü deyib: "Biz Anjelika ilə eyni yataqxanada qalırdıq, o orda mühafizəçi işləyirdi. Hadisə günü məndən borc pul istədi, Namiqə 150 manat verib dedim ki, Anjelikaya aparıb versin. Axşam polislər gəlib Namiqi soruşdu, dedilər Anjelikanı boğub öldürüblər.
Müəllimin şübhəsi şagirdin zorlandığını ortaya çıxardı: hər gün qonşu qızı məktəbdən...
Türkiyənin Bolu vilayətində müəllimlərin şübhəsi zorlama faktını ortaya çıxarıb. 14 yaşlı şagird S.K. 2 ildir onu məktəbdən götürən qonşunun təcavüzünə məruz qaldığını deyib. Bolunun Dereceören kəndində yaşayan şagird S.K.-nı məktəbin çıxışında orta yaşlı bir adamın götürüb aparmağından şübhələnən müəllimlər vəziyyəti qızın ailəsinə xəbər veriblər.
Məktəblilər Yeni il bayramında neçə gün evdə olacaqlar? - Rəsmi cavab
Təhsil Nazirliyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar orta məktəblərdə dərslərin hansı tarixlərdə keçiriləcəyinə aydınlıq gətirib. Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsindən əvvəlki gün, yəni dekabrın 30-u həftənin şənbə gününə təsadüf etsə də, 6 günlük tədris həftəsi ilə təhsil alan şagirdlər həmin gün dərslərdə normal qaydada iştirak etməlidirlər. 5 günlük tədris həftəsi ilə oxuyanlar üçün isə dərslər dekabrın 29-da bitəcək.
Hava yağmursuz keçəcək
Bakı və Abşeron yarımadasında dekabrın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq.
Evlilikləri bitirən səbəb kənar müdaxilələrdir
Cəmiyyətdə ikinci evliliyi arzulayan, amma bununla belə böyük qorxular yaşayan tərəflər var. Bu qorxulardan ən başlıcası ikinci evliliyin birincidəki kimi uğursuz olacağıdır.
Azərbaycanda işçilərə iş vaxtı pulsuz süd veriləcək
İşçilərə pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan məhsullar iş yerlərinin attestasiyasının nəticələrinə əsasən həmin iş yerləri zərərli və ağır və ya xüsusilə zərərli və xüsusilə ağır qiymətləndirildikdə veriləcək.
Trampın strategiyası: “İsrail regional problemlərin səbəbkarı deyil”
Bu gün cihadçı terror təşkilatları və İrandan gələn təhdid İsrailin regional problemlərin səbəbkarı olmadığını dərk etməyə imkan yaradır. Bu məlumat ABŞ prezidenti Donald Trampın dünən ictimailəşdirdiyi Milli Təhlükəsizlik Strategiyasında öz əksini tapıb.














