Gündəm

Müşfiq Hətəmov aktyorun sərt ifadələrinə CAVAB VERDİ: “Guya Hikmət mükafat alıb...”

19 Dekabr 2017 13:56

“Yerlibazlıq etmək heç xasiyyətim deyil. Mən belə söz işlətmərəm, heç işlətməmişəm”. Bu sözləri Azərbaycan Film Kinostudiyanın direktoru Müşviq Hətəmov deyib. O, Türkiyədə 5-ci Antakya Beynəlxalq Film Festivalında “Ən yaxşı kişi aktyoru” nominasiyasının qalibi olan aktyor Hikmət Rəhimovla arasında yaranan gərginliyə münasibət bildirib.

O kişi arvadını və dörd qızını niyə öldürdü? - Alov İnanna yazır...

19 Dekabr 2017 13:51

Çoxdan baş versə də, bu günlərdə bir qətl hadisəsinin üstü açılıb – Azərbaycanda bir kişi arvadını və dörd qızını öldürüb, öz doğma ocağında qadın qətliamı törədib. Mətbuatdan öyrənirik ki, ailəsindəki bütün qadınların kökünü kəsən qatil, əməlini belə əsaslandırırmış: “Onlar məni ailə başçısı kimi saymırdılar, hörmət eləmirdilər və baxmırdılar. Bu səbəbdən öldürdüm.”

“Lotu Quli” Rusiyada beynəlxalq axtarışa verildi

19 Dekabr 2017 13:48

Həbsdən buraxıldıqdan sonra İstanbul ətrafındakı malikanəsində məskunlaşan “Lotu Quli” ləqəbli məşhur azərbaycanlı kriminal avtoritet, kriminal aləmin “bir nömrəli voru” kimi tanınan Nadir Slifov Rusiyada federal axtarışa verilib. Bu barədə Rusiya hüquq-mühafizə orqanlarından “Rosbalt”a bildiriblər.

Tramp Rusiyada qarşısı alınan terakt haqda

19 Dekabr 2017 13:45

Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) tərəfindən kəşfiyyat məlumatlarının Rusiyaya verilməsi nəticəsində Sankt-Peterburqda terror aktının qarşısının alınması kəşfiyyat məlumatlarının mübadiləsinin düzgün nümunəsidir.

Avtomobil vuran sürücü xəstəxanada ölüb

19 Dekabr 2017 13:43

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Olaylar”ın DİN-in saytına istinadən verdiyi məlumata görə, dekabrın 18-də saat 6:00 radələrində Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində şəhər sakini Elnur Alızadə idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Solmaz Şirinovanı vurub. Xəstəxanaya yerləşdirilmiş qadın orada ölüb. Faktla bağlı araşdırma aparılır.

“Ford Transit” piyadanı vurub öldürüb

19 Dekabr 2017 13:41

DİN Bakıda baş vermiş yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb. Məlumatda bildirilir ki, dekabrın 18-də saat 19 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsində Bakı şəhər sakini Rahil Həsənli idarə etdiyi “Ford Transit” markalı avtomobillə yolu keçən paytaxt sakini Elçin Hüseynovu vurub və nəticədə piyada hadisə yerində ölüb. Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Vətəndaşlardan odlu silah götürülüb

19 Dekabr 2017 13:37

Hüquq-mühafizə orqanları bir neçə nəfərdə odlu silah aşkar ediblər. DİN-dən “Olaylar”a verilən məlumata görə, polis əməkdaşları tərəfindən Laçın rayon sakini Məmməd Alməmmədovdan “İJ-16”, Ağdam RPŞ-nin əməkdaşları tərəfindən Xındırıstan qəsəbə sakini Bəhruz Qarayevdən “TOZ-16”, Baharlı-2 qəsəbə sakini Elçin Niftəliyevdən “İJ-16” markalı müvafiq sənədləri olmayan tüfənglər götürülüb.

Kafe sahibindən pul tələb edən saxlanıb

19 Dekabr 2017 13:36

Bakıda kafe sahibini hədələyib pul tələb edən şəxs tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, dekabrın 18-də Nəsimi rayonu ərazisindəki kafelərdən birinə gəlmiş naməlum şəxs oranın sahibi olan qadını bıçaqla hədələyib 150 manat verməsini tələb edib.

Komitə sədri "ordu qəbiristanlığı"nın yaradılmasını təklif edib

19 Dekabr 2017 13:34

Azərbaycanda orduda dünyasını dəyişənlərin qəbirlərinin ayrıca və standart qaydada hazırlanması təklif olunur. Məlumata görə, bu təkliflə Milli Məclisin Regional siyasət məsələləri komitəsinin bu gün keçirilən iclasında komitə sədri Arif Rəhimzadə çıxış edib.

Evində tunel qazdı – Dəfinə axtarır

19 Dekabr 2017 13:33

Türkiyənin Mardin vilayətinin Qızıltəpə  qəsəbəsində bir evdə qarnizon komandanlığı istiqamətində qazılmış tunel aşkarlanıb. Şəhərin Təpəbaşı məhəlləsində yerləşən Kilsə prospektində A.Y adlı vətəndaşın evində aparılan axtarış zamanı tunelin yeri müəyyən edilib. Şübhəli qismində həbs edilən şəxs dəfinə axtarmaq məqsədi ilə tunel qazdığını bildirib və bununla da  özünü müdafiə etməyə çalışıb.

Cahangir Novruzov Türkiyədə ən yaxşı teatr rejissoru adına layiq görülüb

19 Dekabr 2017 13:29

Azərbaycanın görkəmli teatr və kino aktyoru, rejissor, əməkdar incəsənət xadimi Cahangir Novruzov Türkiyədə "XVII Direklerarası Seyirci Ödülləri" teatr mükafatının qalibi olub. 

Moskvada Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı tədbir keçirilib

19 Dekabr 2017 13:28

Rusiyanın paytaxtı Moskvada “Milli-mədəni avtonomiyanın vətəndaş cəmiyyəti və insan hüquqlarının qorunmasında rolu” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masanın iştirakçısı, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin icra katibi, “Birlik” jurnalının baş redaktoru İlqar İlkin bildirib ki, tədbir 10 dekabr İnsan Hüquqları Gününə həsr olunub.

Mübariz Qurbanlı vətəndaşları qəbul edib

19 Dekabr 2017 13:28

Dekabrın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Yevlax şəhərində Mingəçevir, Ağdaş, Yevlax və Bərdədən olan vətəndaşları qəbul edib. “OLAYLAR”-ın Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, qəbuldan əvvəl Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini Qənimət Qaraşov ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək qoyublar.

Beynəlxalq terrorçular MBD ölkələrinə keçir: “MUXTAR CİHAD” - Moskvadan SOS

19 Dekabr 2017 13:22

Suriya və İraqda məğlubiyyətə uğrayan beynəlxalq terrorçular başqa istiqamətlərə yönəlir və Yaxın Şərqin hüdudlarında yenidən qruplaşırlar. Bu haqda Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov bildirib.

“Prezident sərəncamının işığında: Azərbaycan Xalq Cümhuriyyəti - 100” mövzusunda elmi konfrans keçirilib

19 Dekabr 2017 13:20

Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı sərəncamına əsasən dekabrın 19-da “Prezident sərəncamının işığında: Azərbaycan Xalq Cümhuriyyəti - 100” mövzusunda elmi konfrans keçirilib. Elmi konfransın təşkilatçıları Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İctimai Elmlər Bölməsi və AMEA-nın Tarix İnstitutudur. Konfransı AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq konfrans iştirakçılarını salamlayıb. İ.Həbibbəyli qeyd edib ki, dünyanın, o cümlədən Müsəlman Şərqinin ən demokratik respublikasını Azərbaycan xalqı yaradıb.