Gündəm

Filippində qasırğa 45 nəfəri və 10 milyon dolları "itirdi"

19 Dekabr 2017 13:14

Filippində tüğyan etmiş qasırğa nəticəsində həlak olanların sayı 41 nəfərə çatıb. Məlumata görə, 45 nəfər itkin düşmüş hesab edilir. Son məlumata görə, hazırda 12 mindən çox ailə təxliyə mərkəzlərində yaşamaqda davam edir. Fəlakət zonasında itkin düşənlərin axtarışları aparılır.

Övladı olmayan ailələrə XOŞ XƏBƏR - Süni mayalanma pulsuz olacaq

19 Dekabr 2017 13:12

On ildən çox müddətdə sonsuzluqdan əziyyət çəkən ailələrə ekstrakorporal mayalanma və embrionun köçürülməsi bir dəfə dövlət tibb müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına ödənişsiz həyata keçiriləcək.

Qəbirlərin qorunmasına dövlət nəzarət edəcək

19 Dekabr 2017 13:05

Milli Məclisin Regional siyasət komitəsinin bu gün keçirilən iclasında “Bələdiyyələrin statusu haqqında” qanunun 4-cü maddəsinə təklif olunan xüsusi abzas müzakirəyə çıxarılıb.

Azərbaycanlı gənc Almaniya çempionu oldu

19 Dekabr 2017 13:06

Almaniyanın Olsberq şəhərində cüdo üzrə klublararası çempionat keçirilib. Yarışda Almaniyada yaşayan həmvətənimiz – İbişov Ruslan Samir oğlu da iştirak edib. 60 kq çəkidə yarışan 14 yaşlı Ruslan İbişov bütün rəqiblərini məğlub edərək Almaniya çempionu adına layiq görülüb.

Xüsusi mülkiyyətə verilməsi qadağan olunan torpaqlar müəyyən edilib

19 Dekabr 2017 13:03

Milli Məclisin Regional siyasət komitəsinin iclasında "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" qanuna təklif olunan dəyişiklik müzakirə edilib.“Olaylar” ın məlumatına görə, 7.2-ci maddəyə təklif edilən dəyişikliyə əsasən qəbristanlıqların yerləşdiyi bələdiyyə torpaqları xüsusi mülkiyyətə verilə bilməyəcək.

Hikmət Hacıyev: "Ermənistan başa düşməlidir ki ..."

19 Dekabr 2017 13:00

“Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanovun timsalında deyəsən yeni rəqabətlə üzləşib. Amma məntiqsizlik və mahiyyətsizlik baxımdan hər ikisinin açıqlamaları bir-birindən geri qalmır”.

Ukraynada sərnişin qatarları durdu - Qar yolları bağlayıb

19 Dekabr 2017 12:57

Ukraynada güclü qar yağması ilə əlaqədar 30 sərnişin qatarının hərəkəti ləngiyir. Məlumata görə, qatarların ləngimə müddəti orta hesabla 25 dəqiqə təşkil edir.

Bakıda avtomobil oğrusu saxlanıb

19 Dekabr 2017 12:53

Dekabrın 15-nə keçən gecə paytaxtın Nizami rayonundakı Ş.Mirzəyev küçəsindən Bakı şəhər sakini Anar Abdullayevə məxsus “VAZ-21074” markalı avtomobilin qaçırılması barədə Nizami RPİ-nin 25-ci Polis Bölməsinə müraciət daxil olub.

990 nəfər dövlət qulluğuna qəbul şansı qazanıb

19 Dekabr 2017 12:51

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dekabr 17-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün imtahan keçirilib. DİM-dən verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 3040 namizəddən 990 nəfər (32.6%) müvəffəqiyyət əldə edib. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxlərdən 2207 nəfər ilk dəfə dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərdir.

Nazirlər Bakıya toplaşır

19 Dekabr 2017 12:47

Dekabrın 20-də Bakıda Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli 5-ci görüşü keçiriləcək.“Olaylar” xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə-İran xarici işlər nazirləri üç tərəfli toplantısı keçiriləcək, regional mövzularda üçlü formatda fikir mübadiləsi, qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, regional rifah, sabitlik və təhlükəsizliyin möhkəmlənməsi və digər məsələlər müzakirə ediləcək.

Birinci vitse-prezidentin köməkçisi gəncləri 2018-ci ildə fəal olmağa çağırıb

19 Dekabr 2017 12:44

“Azərbaycanda gənclər siyasəti sahəsində aparılan işləri əlaqələndirmək və effektivliyi təmin etmək üçün Prezident Administrasiyasında Gənclər siyasəti və idman məsələləri şöbəsi yaradılıb”.

Millət vəkili: Azərbaycanda qəbiristanlıqlar bir çox işbazların əlində gəlir mənbəyidir

19 Dekabr 2017 12:38

Azərbaycanda qəbiristanlıqlar bir çox işbazların əlində gəlir mənbəyidir. Məlumata görə, bunu Milli Məclisin deputatı Tahir Rzayev parlamentin Regional məsələlər komitəsinin iclasında müzakirəyə çıxarılan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" qanuna dəyişikliklərin müzakirəsi zaman deyib.

İlahə Fəda bacısı Fədayə Laçınla bağlı qaranlıq məqamlara aydınlıq gətirdi - MÜSAHİBƏ

19 Dekabr 2017 12:35

Fədayə xanımın azadlığa çıxmasını anasından sonra ən çox istəyən ikinci insan mənəm. O bacımdır. Onun ciyərini bilirəm. Bunu qanunlarımız göstərəcək. Günahı varsa, həbs olunacaq, yoxdursa, azadlığa buraxılacaq. Əgər o, günahkar olsa idi, elə birinci dəfə dindirilməyə çağrılanda qaçıb gedərdi. Hüquq mühafizə orqanları tərəfindən 3 dəfə polis idarəsinə çağrılıb və 3-cü dəfə saxlanılıb.

Yeni formatda olan metodiki vəsaitlər çap olundu

19 Dekabr 2017 12:33

Mövcud sifariş və tələbatlarları nəzərə alaraq Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin əməkdaşları tərəfindən yeni metodiki vəsaitlər hazırlanıb. Olaylar.az bildirir ki, müxtəlif mövzuları əhatə edən doqquz metodiki vəsait çapdan çıxmışdır.

Britaniyalı alimin məşhur əsəri ilk dəfə Azərbaycan dilində

19 Dekabr 2017 12:32

Məşhur britaniyalı alim, tanınmış dinlər tarixçisi, ilahiyyatçı və filosof Karen Armstronqun ona dünya şöhrəti qazandıran əsərlərindən biri ilk dəfə olaraq Azərbaycanda dilində nəşr olunub. Olaylar.az bildirir ki, TEAS Press Nəşriyyat evi tərəfindən tərcümə edilərək nəfis tərtibatda çap olunmuş “Mifin qısa tarixi” kitabında miflərin paleolit dövründən müasir dövrə qədər məruz qaldığı dəyişikliklər tədqiq edilir. “İnsanlar həmişə miflər yaradıblar” deyən müəllif insanların miflərə həmişə ehtiyac duyduğunu, ancaq əkinçilik, ovçuluq və şəhərsalma kimi böyük dəyişikliklər zamanı mifləri gözdən keçirib yenidən şərh etdiklərini göstərir.