Gündəm
Zaurun yalanının üstü efirdə açıldı: Ayda bir dəfə olur
Çiçək ləqəbli aparıcı Şəhla Vakkas ötən gün "5/5" verilişinin qonağı olub. İlk dəqiqələrdən Zaur Kamala qarşı fikirləri ilə diqqət çəkən Çiçək aparıcını çətin vəziyyətə salıb.
Günel İbrahimlə barışmaq istəyir - "Sənə minnət borcluyam"
Türkiyədə "Azəri qızı Günel" olaraq ulduzu parlayan müğənni Günel Zeynalova İbrahim Tatlıseslə barışmaq istəyir. Bir müddət əvvəl müğənnidən incidiyini deyən Günel İnstaqram-da barışıq addımı atıb. O, İ.Tatlısesin görüntülərini paylaşaraq sənətçiyə minnətdarlığını bildirib: "İnciklik keçib gedəcək, amma ata-qız arasında küsülülük olmaz. İmperator, sənə minnət borcluyam. Məni 1998-ci ildə Türkiyə tanıdı. Sənin sayəndə! Səsin üçün darıxdıq. Nəfəs almağın belə bizə bəsdi. Sən həmişə yaxşı ol, başımızın üstündən əksik olma. Səni dinləyərək bilmədiklərimizi öyrənirik. İncisək də, səbəbsiz olsa da, haqqımda gözəl şeylər söylədiyin üçün kölgən belə bəsdi. Səni sevirəm".
Mirşahinin dələduzluqda günahlandırılan qardaşı MƏHKƏMƏ QARŞISINDA
Dələduzluqda təqsirləndirilən fəaliyyəti dayandırılmış ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış jurnalist Mirşahin Ağayevin qardaşı Mirəddin Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Dini icmaların layihələri maliyyələşdirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) layihələri maliyyələşdirilmiş dini icma sədrlərinin iştirakı ilə tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə Dövlət Komitəsinin sədri, Aparat rəhbəri, şöbə müdirləri və dini icmaların rəhbərləri iştirak ediblər.
Tərtərin 11 kəndinin içməli su problemi həll edilib
“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli Sərəncamına uyğun olaraq Tərtər rayonunda həyata keçirilən layihə uğurla icra edilib. “OLAYLAR”-ın “Azərsu” ASC-yə istinadən verdiyi xəbərə görə, layihə çərçivəsində rayonun 11 yaşayış məntəqəsində yeni içməli su təchizatı infrastrukturu yaradılıb. Yeni su təchizatı sistemlərinin istismara verilməsi münasibətilə Tərtər rayonunun İsmayılbəyli kəndində açılış mərasimi keçirilib.
Ana və balanı vuran sürücü qaçıb
Abşeron rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Məlumata görə, “Mercedes” markalı avtomobil şəxsiyyəti hələlik müəyyənləşdirilməyən qadını və onun 4 yaşlı övladı Cavadov Salman Ucal oğlunu vurub. Nəticədə S. Cavadov ağır xəsarət alıb. O, 1 Saylı Xəstəxanaya yerləşdirilib. Hadisə zamanı ağır xəsarət almış qadın isə ölüb.
Kafedə güclü yanğın baş verib
Bakı-Sumqayıt yolunda kafedə yanğın baş verib. Məlumata görə, hadisə Abşeron rayonunun Saray qəsəbəsi ərazisindəki “Pəhləvanlar” kafesində qeydə alınıb. Hadisə yerinə FHN-in bir neçə yanğınsöndürən briqadası cəlb edilib. Hadisə nəticəsində xəsarət alanların olub-olmaması məlum deyil.
Vəkilliyə sənəd qəbulunun müddəti artırılıb
Vəkilliyə sənəd qəbulunun müddəti artırılıb.Vəkillər Kollegiyasının mətbuat xidmətindən verilən məlumata görə, Rəyasət Heyətinin 09.12.2017-ci il tarixli qərarı ilə vəkil olmaq arzusunda olan hüquqşünaslar üçün 11.12.2017-11.01.2018-ci ilədək sənəd qəbulunun davam etdirilməsi qərara alınıb.
Hansı bankların əmlakı hərraca çıxarılır?
Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan bir sıra bankların balansındakı əmlakı satışa çıxarır.Əmanətlərin Sığortalanması Fondunun mətbuat xidmətindən verilən məlumata görə, ləğv prosesində olan bir sıra bankların balansındakı daşınan və daşınmaz əmlak hərrac yolu ilə satılacaq.
Azərbaycandan Avropa İttifaqının ATƏT-dəki nümayəndəliyinə etiraz
ATƏT-in Daimi Şurasının Vyanada keçirilən 1169-cu xüsusi iclasında Azərbaycan nümayəndə heyəti Avropa Komissiyasının Avropa qonşuluq siyasəti və genişləmə danışıqları üzrə komissarı Yohannes Hanna cavab olaraq bəyanatla çıxış edib. “Olaylar” xəbər verir ki, bəyanatda qeyd olunub ki, Azərbaycan Avropa İttifaqı (Aİ) ilə qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq və ümumi maraqlara əsaslanan münasibətləri yüksək qiymətləndirir.
Spiker: “Ölkəmiz Avropa İttifaqı və onun qurumları ilə əməkdaşlığın inkişafında maraqlıdır “
Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti, Avropa Parlamentinin deputatı Yan Zahradil ilə görüşüb.
Taksi sürücülərinə qarşı quldurluq edən şəxslər saxlanılıb
Yasamal rayonunda taksi sürücülərinə qarşı quldurluq edən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi və Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində taksi sürücülərinə qarşı quldurluq edən şəxslər saxlanılıb.
Gömrükçülər külli miqdarda pirotexniki vasitə aşkar ediblər
Gömrük nəzarətindən gizlədilən 444 qutu pirotexniki vasitə aşkar edilib. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə baxış zamanı nəqliyyat vasitəsinin salonunda və avtomobilin altında 444 qutu pirotexniki vasitə aşkarlanıb.
Misirin məşhur professoru “Dünya elmi Azərbaycanda” layihəsində
Dekabrın 18 – 22- si tarixlərində Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin və Bilik Fondu birgə təşkilatçılığı ilə Misirin Süveyş Kanalı Universitetinin ərəb dili və ədəbiyyatı üzrə professoru Əbdül Rəhim Əl-Kurdi və Misirin məşhur xəttatı Mustafa Məhəmməd Amri ölkəmizdə səfərdədirlər. Olaylar.az bildirir ki, Bilik Fondunun “Dünya elmi Azərbaycanda” layihəsi çərçivəsində Misirli professor Əbdül Rəhim Əl-Kurdi Bakı Dövlət Universitetində tələbələr qarşısında mühazirə söyləyib.Tədbiri giriş sözü ilə Şərqşünaslıq fakültəsinin dekanı Elxan Əzizov açaraq, misirli alimləri iştirakçılara təqdim edib.
Fəxriyyə Xələfovanın “Şərq Cazibəsi” Ermitaj Muzeyinin daimi kolleksiyasında
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovanın “Şərq Cazibəsi” kolleksiyasından olan geyimlər dünya şöhrətli Ermitaj Muzeyində yer alıb. Olaylar.az bildirir ki, muzeyinin direktoru akademik Mixail Piotrovski ilə imzalanmış razılaşmaya əsasən tanınmış modelyerin bir neçə işi muzeyə hədiyyə verilib.














