Dini icmaların layihələri maliyyələşdirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) layihələri maliyyələşdirilmiş dini icma sədrlərinin iştirakı ilə tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə Dövlət Komitəsinin sədri, Aparat rəhbəri, şöbə müdirləri və dini icmaların rəhbərləri iştirak ediblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) layihələri maliyyələşdirilmiş dini icma sədrlərinin iştirakı ilə tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə Dövlət Komitəsinin sədri, Aparat rəhbəri, şöbə müdirləri və dini icmaların rəhbərləri iştirak ediblər.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək deyib ki. icmalar tərəfindən layihələrin reallaşması, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin düzgün təbliği, xüsusilə gənclərə dinin olduğu kimi izah edilməsi radikalizmlə və xurafatla mübarizədə öz müsbət təsirini göstərməkdədir.
Eyni zamanda, dini icma sədrlərinə layihələrin icrası zamanı İslam dini və mədəniyyətinin təbliğinə, milli-mənəvi dəyərlərimizin qorunub-saxlanılmasına xüsusi diqqət yetirmələri, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərmələri tövsiyə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31