Gündəm

Məşhur aktyor kinostudiyanın direktoruna ÜSYAN ETDİ: “Adamını tanı. Ağıllı ol"

19 Dekabr 2017 11:44

Məşhur aktyor Hikmət Rəhimov Cəfər Cabbarlı adına Azərbaycan Kinostudiyasının direktoru Müşfiq Hətəmov haqqında sosial şəbəkədən etdiyi paylaşım hər kəsin diqqətinə səbəb olub. Belə ki, Hikmət Rəhimov Türkiyədə keçirilən 5-ci Antakya Beynəlxalq Film Festivalının mükafatlandırma mərasimində  Hikmət Rəhimov "Üçüncü günün adamı" filmindəki roluna görə "Ən yaxşı aktyor" nominasiyasında qalib olmuşdu. Aktyor paylaşımında Kinostudiyanın direktorunun bu haqda söylədiyi fikirlərə etiraz edib. Olaylar.az Hikmət Rəhimovun facebook sosial şəbəkəsində yazdığı statusu olduğu kimi təqdim edir:

Məktəblərdə telefon və planşetlərdən istifadə qadağandır? - Nazirlikdən CAVAB

19 Dekabr 2017 11:39

Azərbaycanda təhsil müəssisələrində zərurət olduğu təqdirdə tədris prosesi zamanı mobil texnologiyalardan - mobil telefonlardan, planşetlərdən istifadə edilə bilər və bununla bağlı Təhsil Nazirliyi (TN) tərəfindən heç bir məhdudiyyət qoyulmayıb.

Bakıda özəl klinikada daha bir ölüm: xəstə əməliyyat zamanı dünyasını dəyişdi

19 Dekabr 2017 11:37

Bakıda daha bir xəstə əməliyyat masasında dünyasını dəyişib. Hadisə paytaxtda fəaliyyət göstərən "Grant Hospital"da baş verib. 1962-ci il təvəllüdlü Nurağa Hüseynağa oğlu Qasımov özəl klinikada əməliyyat olunarkən dünyasını dəyişib.

Hande Erçel həyat yoldaşından boşanan müğənninin villasına köçdü

19 Dekabr 2017 11:34

Hande Erçel sevgilisi Murad Dalkılıçın villasına köçüb. 2 illik həyat yoldaşı Merve Boluğurdan 4 ay əvvəl boşanan müğənni yeni sevgilisi Hande Erçelə iş təklif edib. Məlum olub ki, müğənni uzun müddətdir ki, çəkilişləri təxirə salınan filmdə Mərvə Boluğurla oynamalı olub. Cütlük boşandıqdan sonra Merve Boluğur layihədən imtina edib. Odur ki, Murad Dalkılıç baş rolda çəkildiyi filminin heyətinə Hande Erçeli də daxil edib.

Rusiya rublu dəyişir?

19 Dekabr 2017 11:33

Rusiya Mərkəzi Bankı 2017-ci ildə pul əskinaslarını yeniləyib. Məlumata görə, bu il Rusiyada 200 və 2000 rubl dəyərində əskinaslar istehsal edilib. Bu əskinasların dekabr ayında kütləvi buraxılışı gözlənilir. Mərkəzi Bank 200 və 2000 rublluq əskinasları bu il oktyabrın 12-də təqdim etmişdi.

Azərbaycan teleməkanında bu da oldu: müğənniyə canlı yayımda elçi gəldilər 

19 Dekabr 2017 11:29

Dünən Azərbaycan teleməkanında növbəti ilk reallaşıb. Belə ki, canlı yayımda ilk dəfə bir müğənniyə elçi düşüblər.   "5/5" verilişinin aparıcısı Zaur Kamal studiada Sevil-Sevinc bacılarına elçi düşən şəxsin olduğunu açıqlayıb.  Zaur mikrafonu Xaçmaz rayonunun Çarxı kəndindən olan Həcər adlı qırmızı geyimli xanıma uzadıb. Gözləri dolan qadın verilişdə qonaq olan əkiz bacılardan Sevilə elçi düşdüklərini deyib. 

Göbək bağının basdırıldığı yer insanın taleyinə təsir edir? - Məşhur ilahiyyatçı AÇIQLADI - VİDEO

19 Dekabr 2017 11:25

Bir tamaşaçının "Göbək bağının basdırıldığı yer insanın taleyinə təsi edirmi?" sualına cavab verən Nihat Hatipoğlu: "Bunlar batil inanclar. Quranda yeri yox" cavabını verib. Türkiyədə ATV ekranlarında yayımlanan proqramında izləyiciləri maraqlandıran suallara cavab verən məşhur ilahiyyatçı Nihat Hatipoğlu göbək bağı ilə bağlı suala cavabını aşağıdakı sözlərlə tamamlayıb: "Bunun həqiqətlə əlaqəsi yoxdur.

Valideynlərin 2/3-si evdə uşaqları üçün bunu edir

19 Dekabr 2017 11:18

Azərbaycanda valideynlərin 2/3-si evdə uşaqları üçün kitab oxuyur. Məlumata görə, bunu bu gün “İcma əsaslı məktəbəqədər təhsil” pilot layihəsinin təqdimatı mərasimində Təhsil Problemləri İnstitutunun direktor əvəzi, Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayev deyib.

Azərbaycanda 0-6 yaşlı uşaqların böyük hissəsi məktəbəqədər təhsildən kənarda qalır

19 Dekabr 2017 11:14

“Azərbaycanda dövlət səviyyəsində müvafiq qərara əsasən 5-6 yaşlı uşaqlar məktəbəqədər hazırlıqla əhatə olunur. 0-6 yaş arasında uşaqların böyük bir hissəsi məktəbəqədər təhsildən kənarda qalır”. Bu, Təhsil İnstitutunun “3 və 4 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunması layihəsi” üzrə yekun hesabatda əksini tapıb. Hesabatda bildirilib ki, aparılan tədbirlər nəticəsində təhsilalanların sayı artsa da, hələlik bu amil arzuolunan səviyyədə deyil, digər ölkələrin göstəricilərindən geri qalır. 

Avropa İttifaqı: Azərbaycan çox qısa zamanda dəyişə biləcəyini sübut edib

19 Dekabr 2017 11:12

"Avropa İttifaqı ilə Azərbaycan müsbət dinamika üzrə öz əlaqələrini inkişaf etdirir". Bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə Bakıda keçirilən Əmək Miqrasiyası İdarəçiliyinə dair seminarda deyib.

Bakıda qorxmadan öpüşmək üçün münasib yerlər

19 Dekabr 2017 11:10

Təbii ki, sevgilisi olan insanların bu cür ehtiyaclar duymağı normaldır. Onlara metroda buna icazə yoxdur, bunu etsələr belə, kimlərsə videoya çəkəcək və üçüncü dərəcəli media saytlarının gündəminə oturacaqlar, yaxud ictimai yerlərdə asayişin pozulması iddiasıyla polislər ilişə bilərlər, ya da məhəllələrdə "panyatka" söhbətləri var, bir çox yerdə ana-bacı, arvad-uşaq var...

Müşviq Şahverdiyev özündən 10 yaş kiçik müəllimə ilə EVLƏNDİ

19 Dekabr 2017 11:08

Dünən aktyor Müşviq Şahverdiyevin toyu olub. Paytaxt məkanlarının birində keçirilən toya şou-biznes nümayəndələri də qatılıb. Onlar toydan fotoları sosial media hesablarında yerləşdiriblər.

Nejat İşlər tanınmaz halda

19 Dekabr 2017 09:59

Türkiyənin sevilən aktyoru Nejat İşləri görənlər tanımaqda çətinlik çəkiblər. Olaylar.az bildirir ki, uzun xəstəlikdən sonra Bodrumda yaşamağa qərar verən məşhur aktyor sevənləri ilə görüşüb. Uzun saş və saqqal saxlayan aktyor “Bir yazıçını oxu” adlı layihəsinə rəhbərlik edir.

Hüseyn Cavidin 135 illiyi təntənəli şəkildə qeyd olundu

19 Dekabr 2017 09:45

Dekabrın 18-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin anadan olmasının 135 illiyinə həsr edilmiş yubiley gecəsi keçirilib. Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadənin də iştirak etdiyi tədbir Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən təşkil olunub.

Amerikanın ən varlı adamının adı AÇIQLANDI

19 Dekabr 2017 09:41

"Forbes" jurnalı 2017-ci ilin ən varlı amerikalı məşhurunun adını açıqlayıb.  Bu, sərvəti 5,5 milyard qiymətləndirilən rejissor Corc Lukasdır. İlk üçlüyə 3,6 milyard dollar sərvətə sahib olan rejissor Stiven Spilberq və teleaparıcı (2,8 milyard dollarlıq sərvətə malik) Opra Uinfri daxildir.