Vətəndaşlardan odlu silah götürülüb
Hüquq-mühafizə orqanları bir neçə nəfərdə odlu silah aşkar ediblər. DİN-dən “Olaylar”a verilən məlumata görə, polis əməkdaşları tərəfindən Laçın rayon sakini Məmməd Alməmmədovdan “İJ-16”, Ağdam RPŞ-nin əməkdaşları tərəfindən Xındırıstan qəsəbə sakini Bəhruz Qarayevdən “TOZ-16”, Baharlı-2 qəsəbə sakini Elçin Niftəliyevdən “İJ-16” markalı müvafiq sənədləri olmayan tüfənglər götürülüb.
19 Dekabr 2017 13:37 SosialHüquq-mühafizə orqanları bir neçə nəfərdə odlu silah aşkar ediblər. DİN-dən "Olaylar"a verilən məlumata görə, polis əməkdaşları tərəfindən Laçın rayon sakini Məmməd Alməmmədovdan "İJ-16", Ağdam RPŞ-nin əməkdaşları tərəfindən Xındırıstan qəsəbə sakini Bəhruz Qarayevdən "TOZ-16", Baharlı-2 qəsəbə sakini Elçin Niftəliyevdən "İJ-16" markalı müvafiq sənədləri olmayan tüfənglər götürülüb.