Moskvada Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı tədbir keçirilib

Rusiyanın paytaxtı Moskvada “Milli-mədəni avtonomiyanın vətəndaş cəmiyyəti və insan hüquqlarının qorunmasında rolu” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masanın iştirakçısı, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin icra katibi, “Birlik” jurnalının baş redaktoru İlqar İlkin bildirib ki, tədbir 10 dekabr İnsan Hüquqları Gününə həsr olunub.

Rusiyanın paytaxtı Moskvada "Milli-mədəni avtonomiyanın vətəndaş cəmiyyəti və insan hüquqlarının qorunmasında rolu" mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masanın iştirakçısı, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin icra katibi, "Birlik" jurnalının baş redaktoru İlqar İlkin bildirib ki, tədbir 10 dekabr İnsan Hüquqları Gününə həsr olunub. Rusiyadakı siyasi partiyalar ittifaqı olan "Yabloko" bloku və Moskva vilayəti üzrə azərbaycanlıların regional Milli-Mənəvi Avtonomiyasının təşkilatçılığı ilə keçirilən dəyirmi masada ekspertlər, politoloq, insan hüquqları müdafiəçiləri və jurnalistlər iştirak edib: "Tədbir azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevə həsr olunmuş sənədli filmlə başlayıb. Tədbiri "Yabloko" blokundan gender məsələləri üzrə fraksiya rəhbəri, siyasi elmlər doktoru, professor Qalina Mixaylovna açaraq, bildirib ki, insan hüquqları müasir dünyanın əsas prioritet məsələsidir və bu məsələyə təmsil etdiyim siyasi qurum ciddi dəstək verməklə,cəmiyyətdə onu həm də nəzarətdə saxlayır. Rusiya Strateji İnkişafın Modelləşməsi Mərkəzinin birinci vitse-prezidenti, politoloq Qriqoriy Trofimçuk dünyada insan hüquqlarının vəziyyəti ilə bağlı geniş məlumat verib. O qeyd edib ki, insan hüquqlarına diqqət çəkmək və onun qorunmasına nail olmaq üçün diaspora təşkilatları da siyasi aktivlik göstərməlidi".

Dəyrimi Masada çıxış edən Moskva vilayəti üzrə azərbaycanlıların regional Milli-Mənəvi Avtonomiyasının sədri Qalib Ağayev, İctimai Palatanın üzvü, "İnsan və qanun" jurnalının şərhçisi, hüquq elmləri doktoru İlham Məmmədov, jurnalist Nailə Vəliyeva və Ziyəddin Qulubəyli də Ermənistan ordusu tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin heç bir qanun pozmadan, Azərbaycanın sərhədləri daxilində hərəkət etdiyini, ata-baba torpaqları olan Kəlbəcər rayonuna öz vətənlərinə getdiklərini bildiriblər. Onlar qeyd ediblər ki, bütün dünya, o cümlədən Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və girovlar da məhz həmin ərazilədə həbs olunublar.Buna görə də girovalar dəhal azad olunmalı, Ermənistan həm də mülki əsirlərlə bağlı davranışlarına görə beynəlxalq aləm tərəfindən, eləcə də insan hüquqları təşkilatlatı tərəfindən qınağa cəlb olunmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31