Azərbaycan iqtisadiyyatının dinamik inkişafı təmin ediləcək

Artıq 2017-ci ilin başa çatmasına az bir müddət qalır. İl ərzində istər iqtisadi və sosial. Istərsə də mədəni və humanitar sahələrdə əldə edilən nailiyyətlər, qazanılan uğurlar qarşıdan gələn 2018-ci ilin də Azərbaycan üçün uğurlu olacağından xəbər verir. Elə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili də belə düşünür. O, bildirib ki, 2017-ci il dünya iqtisadiyyatında bir tərəfdən müsbət dinamikanın (Avropa Birliyi, Amerika iqtisadiyyatında Ümumi Daxili Məhsulunun artması), digər tərəfdən isə müxtəlif ölkələr arasında qarşıdurmaların (Rusiyaya yeni sanksiyaların tətbiqi, Qətər böhranı, Suriya münaqişəsinin davam etməsi, Şimali Koreya böhranı) artmasının müşahidə olunduğu bir il kimi yadda qaldı.

Tahir Mirkişili: "İqtisadi islahatların aparılması həm də nəzarət mexanizmlərini təkmilləşməsini labüd edib"

Artıq 2017-ci ilin başa çatmasına az bir müddət qalır. İl ərzində istər iqtisadi və sosial. Istərsə də mədəni və humanitar sahələrdə əldə edilən nailiyyətlər, qazanılan uğurlar qarşıdan gələn 2018-ci ilin də Azərbaycan üçün uğurlu olacağından xəbər verir. Elə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili də belə düşünür. O, bildirib ki, 2017-ci il dünya iqtisadiyyatında bir tərəfdən müsbət dinamikanın (Avropa Birliyi, Amerika iqtisadiyyatında Ümumi Daxili Məhsulunun artması), digər tərəfdən isə müxtəlif ölkələr arasında qarşıdurmaların (Rusiyaya yeni sanksiyaların tətbiqi, Qətər böhranı, Suriya münaqişəsinin davam etməsi, Şimali Koreya böhranı) artmasının müşahidə olunduğu bir il kimi yadda qaldı. Millət vəkilinin sözlərinə görə, konfliklərin artması iqtisadi münasibətlərə təzyiqləri daha da artırdı və kapitalın sərbəst hərəkərində çətinliklər yaratdı: "2017-ci il ərzində neftin qiyməti orta hesabla 25% artmışdır. Bununla yanaşı bu il ərzində də dünya sürətlə informasiya və texnologiyalar dövrünə daxil olmaqda davam etdi. 2017-ci il Azərbaycan üçün iqtisadi cəhətdən əlamətdar hadisələr ili kimi yadda qaldı. Öncə onu qeyd etmək lazımdır ki, bu ilin ilk 9 ayının göstəricilərinə uyğun olaraq son iki ildə ilk dəfə olaraq tədiyyə balansının cari əməliyyatlar hesabında 1.1 milyard dollar profisit yarandı. 2015-ci ildə defisit 222.5 milyon dollar, 2016-ci ildə isə 1.363 milyard dollar təşkil etmişdir. 2017-ci ilin 9 ayı ərzində qeyri-neft sektoru üzrə cari əməliyyatlar balansında defisit 200 milyon dollar və ya 5% azaldı. Cari ildə ölkədə makro iqtisadi sabitlik təmin olundu, manatın məzənnəsi sabit olmuş və manat məzənnəsinə olan iqtisadi təhlükələr aradan qaldırıldı

2017-ci ilin 11 ayı ərzində xarici ticarət dövriyyəsi 26.5 faiz artdı. İxracın həcmi isə 50 faiz çoxaldı. Xarici ticarət dövriyyəsində ixracın payı 61 faizə çatdı, ixrac idxalı 4.7 milyard dollar üstələdi. Keçən dövr ərzində ölkədə qeyri-neft sektoru 2.4, qeyri-neft sənayesi 3.5, kənd təsərrüfatı məhsulları istehsalı isə 4 faiz artdı. İl ərzində artırılan dövlət büdcəsinin gəlir və xərcləri müvafiq olaraq 16.766 milyard və 17.941 milyard manat olmuş, büdcənin icrası proqnozlara uyğun oldu". Tahir Mirkişili deyib ki,

sənayeləşmə proqramı çərçivəsində Nefçala Sənaye Məhəlləsi yaradılmış və yeni sənaye məhəllələrini yaradılması istiqamətində işlərə start verildi: "Turizmin inkişafı yönümündə atılan innovativ addımlar 2017-ci ildə öz nəticəsini verdi. Azərbaycana gələn turistlərin sayı 25 faiz artaraq, 2.5 milyon nəfərə çatdı. Cari ilin son 9 ayı ərzində ölkədə 226 mindən çox yeni iş yerləri yaradıldı. Bununla bərabər özünüməşğulluq proqramı çərçivəsində ölkənin müxtəlif bölgələrində 2000-ə yaxın ailə təsərrüfatı yaradıldı. 2016-cı ildə 22 faiz azalan inşaat sektorunun canlandırılması üçün 2017-ci ildə mühüm işlər görüldü. Köhnə mənzillərin sökülərək onların yerində yeni binaların tikilməsi yönümündə sahibkarlara verilən dövlət dəstəyi nəticəsində Bakıda hazırda 100-ə yaxın yeni bina tikilməkdədir. Bu layihələr həm inşaat sektorunu canlandırmış, həm də yeni iş yerlərinin açılmasını təmin edib" Millət vəkilinin sözlərinə görə,.

sosial sahədə də mühüm layihələr kimi 2017-ci ildə Azərbaycanın 1-ci vitse-prezdenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə qaçqın və məcburi köçkünlərin mənzil şəraitini yaxşılaşdırmaq üçün 1026 mənzildən ibarət 11 yaşayış bınasının inşasına başlanılıb: "2017-ci ildə Cocuq Mərcanlı kəndində infrastruktur tamamilə bərpa edilmiş, 50 yaşayış evi, məktəb istifadəyə verildi.

İlk dəfə olaraq 2017-ci ildə Tailandda keçirilən 49-cu Beynəlxalq Kimya Olimpiadasında məktəblilərimiz bir qızıl, bir gümüş, bir bürünc medal qazanıblar.

2017-ci ildə Azərbaycanın şahmat üzrə kişilərdən ibarət milli komandası Avropa çempionu oldu. Bu il dövlət başçısı tərəfindən iqtisadi islahatlar ili elan edildi. İslahatlar həm idarəetmə sahələrin əhatə etmiş və bu ildə effektiv idraetmə mexanizmlərini daha da təkmilləşdirilməsi yönümündə mühüm qərarlar verildi. kiçik və orta sahibkarların maliyyə əlçatanlığının təmin olunması üçün Kredit Zəmanəti Fondu yaradıldı.

Dövlət mülkiyyətində olan müəssisələrin daha effektiv idarə olunması məqsədilə Azərbaycan Sənaye Korporasiyası yaradıldı. Ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərin səmərəliliyinin artırılması və kənd təsərrüfatı məhsullarının istehsalı və ixracında yeniliklərinin tətbiqi üçün Qida Təhlükəsizliyi Agentliyi təsis edildi. Həmçinin 2018-ci ilin yanvar ayından fəaliyyətə başlayacaq İşsizlikdə Sığorta Fondu yaradılıb. Fondun əsas fəaliyyəti qanunda müəyyən olunmuş səbəbdən işini itirmiş vətəndaşlara müəyyən müddət ərzində sığorta-maaşın verilməsi və paralel olaraq özünüməşğulluq çərçivəsində yeni ailə təsərrüfatlarının yaradılması olacaq. Nazirlər Kabineti strukturunda edilən dəyişiklər isə mərkəzi icra orqanlarının fəaliyyətlərində koordinasiyanın daha effektiv həyata keçirilməsinə imkan yaradacaq". Tahir Mirkişili qeyd edib ki, 2017-ci ildə Azəri-Çıraq-Günəşli yataqları üzrə yeni sazişin imzalanması mühüm hadisə kimi tarixə düşdü. "Əsrin Müqaviləsi"nin 2050-ci ilə kimi uzadılması, Azərbaycanın payının yeni müqavilədə 11%-dən 25%-ə kimi artırılması, mənfəət neftində Azərbaycanın payının 75% olması, Azərbaycan şirkətinin də müqaviləyə cəlb olunması, müqavilə çərçivəsində 40 milyard dollara yaxın xarici investisiyanın cəlb olunması mühüm hadisə oldu: "Bu il Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin işə düşməsi nəinki Azərbaycan, bütövlükdə regionun iqtisadi tarixində mühüm yer tutdu. Layihə çərçivəsində yüklərin və sərnişinlərin daşınması ölkələrə tranzitdən xeyli gəlir götürməyə imkan verəcək. Eyni zamanda, Azərbaycan ixrcatçılarına öz məhsullarının şərq və qərb bazarlarına birbaşa və ucuz nəql etməyə imkan yaratdı. 2017-ci ildə Cənub Qaz Dəhlizi layihəsi üzrə işlər sürətlə davam etdi. Layihəyə 2.4 milyard dollar investisiya cəlb edilmiş, Azərbaycan ərazisi üzrə və Türkiyə ərazisi üzrə (TANAP) işlərin xeyli hissəsi artıq yekunlaşıb. Həmçinin Şimal-Cənub dəmir yolu layihəsinin Azərbaycan ərazisində bütün işləri yekunlaşıb". Millət vəkili onu da diqqət çatdırıb ki, 2017-ci ildə ÜDM həcminin ilin sonuna 0.3 faiz artması gözlənilir: "2017-ci ildə iqtisadiyyatın sabitləşməsi növbəti illərdə Azərbaycan iqtisadiyyatının dinamik inkişafını təmin edəcək. Artıq bütün beynəlxalq təşkilatlar növbəti ildə Azərbaycanda ÜDM-in 2-4 faizə qədər artacağını proqnozlaşdırırlar. 2018-ci dövlət büdcəsinin həcminin 3.3 milyard manat artırılması və ən böyük artımın iqtisadi aktivliyinin artımına yönəldilməsi bu inkişaf üçün əlavə stimul da yaradıb. 2018-ci ildə Azərbaycan qazının Türkiyəyə nəqli planlaşdırılır. Sumqayıt Kimya Sənaye Parkında SOCAR Polimer və Karbamid kimi mühüm zavodların açılışı nəzərdə tutulur. Bu layihələrin işə düşməsi iqtisadi gəlirlərin artması ilə yanaşı yeni iş yerlərinin də yaradılmasına səbəb olacaq. Kənd təsərrüfatı sahəsində aparılan islahatlar 2018-ci ildə istehsal və ixracda mühüm irəliləyişlərin əldə olunmasına imkan yaradıb. Beləliklə, 2017-ci il dərin iqtisadi islahatlar, iri iqtisadi layihələr və makro-iqtisadi sabitləşmə ili kimi yadda qalacaq. 2018-ci ildən gözləntilər isə dinamik inkişaf, yeni iqtisadi layihələr və vətəndaşların yaşayış səviyyəsinin daha da  artmasıdır". Millət vəkili Hesablama Palatası haqqında" yeni qanun layihəsi barədə də fikirlərini bildirib. Qeyd edib ki, Azərbaycan büdcə vəsaitlərinin xərclənməsində şəffaflığın təmin edilməsi və nəzarətin artırılması üçün ölkə başçısının müvafiq tapşırığı olub: " İqtisadi islahatların aparılması həm də nəzarət mexanizmlərini təkmilləşməsini labüd edib. "Hesablama Palatası haqqında" qanun layihəsi 1999-cu ildə qəbul edilib. Keçən dövr ərzində Azərbaycan iqtisadiyyatı 3 dəfə, dövlət büdcəsinin həcmi isə 6 dəfə artıb. Dünyada audit və nəzarət sahəsində yeni texnologiyaların və yanaşmaların tətbiq olunması bir tərəfdən effektivliyi artırır, digər tərəfdən isə əhatəliyi artırmaqla inzibati resurslara qənaət etməyə imkan verir. Bu baxımdan, yeni qanun layihəsi yenilikləri əhatə etmə və təcrübədə yaranan çətinlikləri dəf etmə cəhətdən xeyli mütərəqqidir. Layihədə elektron auditin aparılması üçün imkanların yaradılması bu sahədə ən müasir texnoloji yanaşmaların tətbiq olunmasına imkan yaradacaq. Digər tərəfdən ali audit orqanı kimi Hesablama Palatasının vəzifə, hüquq və funksiyalarının dəqiq müəyyən olunması Azərbaycan bu sahəfə fəaliyyət göstərən digər maliyyə-nəzarət orqanları ilə fəaliyyətin koordinasiya olunmasına imkan yaradacaq. Təbii ki, son məqsəd ölkədə milli resurslardan istifadə etməkdə səmərəliliyin daha artıq səviyyəsinə nail olmaqdır".

Füzuli 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31