Şamaxı-İsmayıllı zonasında  və Xəzərdə seysmik aktivlik azalıb

Bu il Şamaxı-İsmayıllı seysmogen zonasında seysmik aktivlik 2016-cı ilə nisbətən xeyli azalıb. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) İnformasiya şöbəsindən verilən məlumata görə, bu barədə RSXM-in baş direktoru Qurban Yetirmişlinin AMEA Yer Elmləri bölməsi və Mərkəzin Elmi-Texniki Şurasının birgə iclasında RSXM-nin 2017-ci ildə apardığı elmi və elmi-istehsalat işlərinin nəticələrinə dair təqdim etdiyi illik hesabatda bildirilib.

Hesabat ilində qeydə alınmış ən yüksək maqnitudalı zəlzələ 3 maqnitudalı olub. Ocaqların şimal-qərb və cənub-şərq istiqamətində miqrasiyası müşahidə olunur. Şamaxı-İsmayıllı zonasının şimal hissəsi (Mıxtökən silsiləsi) hissəsi aktivdir.

Hesabat dövründə 2016-ci ilə nisbətən  Kiçik Qafqazın zonasında nisbətən seysmik aktivlik fon səviyyəsində olub. 2017-ci ildə 2016-cı ilə nisbətən Xəzərin seysmikliyi fon səviyyəsindən aşağıdırb. Hesabat ili ərzində Xəzər akvatoriyasında qeydə alınmış ən yüksək maqnitudalızəlzələ 4.4 maqnitudalıdır. Zəlzələ hiss edilməyib.

Bu il seysmiklik əsasən, Böyük Qafqaz və Orta Kür çökəkliyində müşahidə olunur. Gərginlik sahəsi sıxılma ilə xarakterizə olunur və baş vermiş zəlzələ ocaqlarının mexanizmlərinin həlli orada gərginlik vəziyyətləri nəticəsində qırılıb-qalxma və horizontal yerdəyişmə tipli hərəkətlər əmələ gəlməsini göstərir. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31