Gündəm

Məktəblilər ekoloji cəhətdən maarifləndirilir

19 Dekabr 2017 16:44

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra edilən "Eko təşəbbüs" adlı layihə çərçivəsində sonuncu tədbir keçirilib. “OLAYLAR” xəbər verir ki, tədbirdə layihə rəhbəri Əli Qənbərli məktəbliləri salamlayaraq, onlara layihənin mahiyyəti və əhəmiyyəti barədə ətraflı məlumat verib.

Binəqədidə daha bir yol təmir edilir

19 Dekabr 2017 16:43

Binəqədi rayonu, S.S.Axundov küçəsinin Azadlıq prospekti ilə kəsişməsindən Şövkət Məmmədova keçəsi ilə kəsişməsinədək olan hissəsi (Azadlq metrostansiyası) təmir olunur. Bu barədə məlumat “OLAYLAR”-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, təmir işlərinin sabah tam olaraq yekunlaşdırılması nəzərdə tutulub.

Litvada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilir

19 Dekabr 2017 16:42

Azərbaycan Xalq Cümhuriyyətinin qarşıdan gələn 100 illik yubileyi münasibətilə Litvada Azərbaycan diaspor təşkilatları silsilə tədbirlərin həyata keçirilməsinə başlayıb. DİDK-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, Litva Azərbaycanlıları Cəmiyyətinin bununla bağlı hazırladığı layihə çərşivəsində Vilnüsdə Beynəlxalq elmi konfransın və xüsusi bayram mərasiminin təşkili, foto və tarixi sənədlərdən ibarət səyyar sərgilərin nümayişi, elmi müzakirələrin və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur. Layihənin əsas hissəsi 1918-ci ildə əsası qoyulmuş müstəqil Azərbaycan-Litva dövlətlərarası əlaqələri müstəvisində gerçəkləşdirilir. Bu istiqamətdə bir sıra tədbirlər artıq həyata keçirilib.

Macarıstanda Şimal-Cənub nəqliyyat dəhlizinə həsr olunan kitab çap edilib

19 Dekabr 2017 16:41

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) ingilis dilində yeni nəşri – “Cənubi Qafqaz üzərində formalaşan nəqliyyat mərkəzi: Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsi” mövzusundakı kitabı Budapeştdə işıq üzü görüb.

Rəşad Sadıqov: “Həmişə deyirdim, nə vaxtsa məşqçilik kariyerama başlasam…”

19 Dekabr 2017 16:39

“Qarabağ” komandasının kapitanı Rəşad Sadıqov İngiltərənin “Mançester Siti” komandasının düşərgəsində qonaq olub. Kapitan burada böyük təcrübə topladığını və savadını artırdığını deyib: ""Mançester Siti" qapalı klub olduğundan, belə görüşlərə vaxt və yer ayırmır.

Məleykə Əsədova və Ramiz Məlikin qarşılıqlı iddiaları məhkəmə tərəfindən qəbul edilib

19 Dekabr 2017 16:37

Bu gün Nəsimi Rayon Məhkəməsində xalq artisti Məleykə Əsədovanın xalq artisti Ramiz Məlikə qarşı iddiası üzrə məhkəmə iclası davam edib. Məlumata görə, prosesdə hər iki tərəf iddiasını məhkəməyə təqdim edib. Məhkəmə iddiaları icraata qəbul edib.

Ana ölümünün məsuliyyətini həkim daşıyacaq

19 Dekabr 2017 16:32

Bundan sonra tibb müəssisənin müdiriyyəti və müalicə həkimi ana və körpəsinin təhlükəsizliyinin təmin olunmasına görə şəxsən məsuliyyət daşıyacaqlar.

"Ermənistan hakimiyyəti Njde təliminin adını qəsdən tərcümə etməyərək onu “tsexakronizm” adlandırır"

19 Dekabr 2017 16:27

Hakim Ermənistan Respublika Partiyasının (ERP) ideoloji əsas kimi qəbul etdiyi Qaregin Njdenin "Tsexakron" təliminin son dərəcə irqçi, nasist yönümlü təlim olması tamamilə göz qabağındadır. Bunu politoloq Fuad Axundov deyib.

“Bu il Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı canlanma müşahidə edilib”

19 Dekabr 2017 16:27

“2017-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi irəliləyişin baş verdiyini demək olmaz. Amma bu ilin ikinci yarısından başlayaraq müəyyən canlanma müşahidə edildi”.

"ABŞ MDB ölkələrinin milli idarəetmə sistemlərini sökmək kursu götürüb" - Narışkin

19 Dekabr 2017 16:17

"ABŞ və onun "sözəbaxan müttəfiqləri" Ukraynanın demokratikləşdirilməsinin uğursuzluğundan sonra MDB ölkələrindəki milli idarəetmə sistemlərinin demontajı kursu götürüblər".

Formula 1 ilə bağlı yollarda baryerlərin quraşdırılmasına başlanılır - Sürücülərə xəbərdarlıq

19 Dekabr 2017 16:14

Bakı Şəhər Halqasında tikinti-quraşdırma işlərinə start verilir. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 27-29 aprel 2018-ci il tarixlərində keçiriləcək növbəti Formula 1 Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində trekin ətrafına təhlükəsizlik baryerlərini quraşdırmağa başlayır.

Ukraynada qondarma "erməni soyqırımı" abidəsinin qoyulması azərbaycanlıların etirazına səbəb olub

19 Dekabr 2017 16:13

Ukraynanın Xerson şəhərində qondarma "erməni soyqırımı" abidə qoyulması eyni adlı vilayətdə yaşayan azərbaycanlıların və digər türkdilli xalqların etirazına səbəb olub. Xerson vilayəti Azərbaycanlılar Konqresinin sədri Əli Kərimov bununla bağlı vilayətdə yaşayan azərbaycanlılar adından şəhər merinə və vilayət qubernatoruna etiraz məktubu ünvanlayıb.

Qarabağa yeni hərbi prokuror təyin edilib

19 Dekabr 2017 16:10

Qarabağa yeni hərbi prokuror təyin edilib. Məlumata görə, bu barədə baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Respublika Hərbi Prokurorluğunun təşkilat-analitik şöbəsinin rəisi Fərid Şükürov tutduğu vəzifədən azad edilərək, Qarabağ hərbi prokuroru vəzifəsinə təyin olunub.

İslamı və müsəlmanları təhqir cəhdləri

19 Dekabr 2017 16:00

Bu günlərdə tanınmış jurnalistlərdən biri, eyni zamanda ateist mövqeyi ilə seçilən Vüsal Məmmədov “Facebook” sosial şəbəkəsində paylaşdığı statuslarından birində namaz qılan insanları “şizofren” adlandırıb. Buna öz etirazlarını bildirənlər də oldu, səssiz qalanlar da. Məsələ ilə bağlı fikirlərini bildirən Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin sədr müavini Savalan Məmmədli deyib ki, bir müsəlman, namaz qılan insan kimi, bu sözün hədəfi olduğumu hesab edir və buna görə də özümü məsul bilib Vüsal Məmmədovun bu təhqirinə cavab vermək və sözlərinin arxasında yatan psixoloji səbəblərə işıq tutmaq istəyir: “Onu da qeyd edim ki, bu, Vüsal Məmmədovun ilk belə çıxışı deyil.

Yeni telekanal açmaq istəyən iddiaçılar kimdir...  

19 Dekabr 2017 15:58

Milli Televiziya və Radio Şurası tərəfindən ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə Bakı və Abşеrоn ərazisində 31-ci tеzlik rеsursuna 16 noyabr 2017-ci il tarixdən  16 dekabr 2017-ci il tarixədək elan edilmiş müsabiqə başa çatıb.  Qeyd olunan müddətdə 3 iddiaçı – “BAKU ART LAB” MMC,  “Türkel TV” MMC, “MEDİA MASTER” MMC müsabiqəyə sənədlərini təqdim edib.