“Bu il Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı canlanma müşahidə edilib”
“2017-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi irəliləyişin baş verdiyini demək olmaz. Amma bu ilin ikinci yarısından başlayaraq müəyyən canlanma müşahidə edildi”.
19 Dekabr 2017 16:27 Siyasət"2017-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi irəliləyişin baş verdiyini demək olmaz. Amma bu ilin ikinci yarısından başlayaraq müəyyən canlanma müşahidə edildi". Bu fikirləri politoloq Fikrət Sadıqov açıqlayıb. O qeyd edib ki, bu il Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçirildi. Bundan başqa prezidentlərin görüşü baş tutdu.
Politoloq əlavə edib ki, bu il Madrid Prinsipləri yenidən gündəmə gəldi və bu prinsiplərlə bağlı müzakirələr oldu: "Brüsseldə Şərq Tərəfdaşlığı sammiti çərçivəsində Avropa İttifaqı bəyannamə qəbul etdi və bu sənəddə dövlətlərin ərazi bütövlüyü məsələsinə toxunuldu. Bu bizim müəyyən dərəcədə uğurumuzdur, çünki biz bu istiqamətdə mütəmadi işlər aparırıq".
F. Sadıqovun sözlərinə görə, artıq bir sıra dövlətlər yenidən bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar: "Əminəm ki, Kataloniya hadisələri bir sıra dövlətlərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə təsir edib və müsbət tendensiyalar müşahidə edilir". Azadinform.az