Litvada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilir
Azərbaycan Xalq Cümhuriyyətinin qarşıdan gələn 100 illik yubileyi münasibətilə Litvada Azərbaycan diaspor təşkilatları silsilə tədbirlərin həyata keçirilməsinə başlayıb. DİDK-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, Litva Azərbaycanlıları Cəmiyyətinin bununla bağlı hazırladığı layihə çərşivəsində Vilnüsdə Beynəlxalq elmi konfransın və xüsusi bayram mərasiminin təşkili, foto və tarixi sənədlərdən ibarət səyyar sərgilərin nümayişi, elmi müzakirələrin və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur. Layihənin əsas hissəsi 1918-ci ildə əsası qoyulmuş müstəqil Azərbaycan-Litva dövlətlərarası əlaqələri müstəvisində gerçəkləşdirilir. Bu istiqamətdə bir sıra tədbirlər artıq həyata keçirilib.
19 Dekabr 2017 16:42 SosialAzərbaycan Xalq Cümhuriyyətinin qarşıdan gələn 100 illik yubileyi münasibətilə Litvada Azərbaycan diaspor təşkilatları silsilə tədbirlərin həyata keçirilməsinə başlayıb. DİDK-nin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, Litva Azərbaycanlıları Cəmiyyətinin bununla bağlı hazırladığı layihə çərşivəsində Vilnüsdə Beynəlxalq elmi konfransın və xüsusi bayram mərasiminin təşkili, foto və tarixi sənədlərdən ibarət səyyar sərgilərin nümayişi, elmi müzakirələrin və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur. Layihənin əsas hissəsi 1918-ci ildə əsası qoyulmuş müstəqil Azərbaycan-Litva dövlətlərarası əlaqələri müstəvisində gerçəkləşdirilir. Bu istiqamətdə bir sıra tədbirlər artıq həyata keçirilib.
Oktyabr ayında Litvanın Varena rayonu Merkine qəsəbəsindəki Vintsas Kreve adına gimnaziyada Litva dövlətinin bərpa edilməsinin qarşıdan gələn 100 illik yubileyinə və Litva ədəbiyyatının məşhur klassiki, 1909-1920-ci illərdə Bakı 1-ci realnı məktəbinin müəllimi və 1919-1920-ci illərdə Litva dövlətinin Azərbaycan Xalq Cümhuriyyətindəki ilk konsulu olmuş Vintsas Kreve-Mitskəviçyusun anadan olmasının 135 illiyinə həsr olunmuş elmi konfrans keçirilib. Litva Ədəbiyyatı və Folkloru İnstitutu tərəfindən milli dil, ədəbiyyat və tarixi üzrə pedaqoji mütəxəssislər üçün təşkil olunmuş bu konfransda Azərbaycan və Baltik xalqlarının ədəbi, mədəni, tarixi və ictimai-siyasi əlaqələrinin tanınmış tədqiqatçısı, Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev 1918-1922-ci illərdə Litva-Azərbaycan dövlətlərarası münasibətləri və V. Kreve-Mitskəviçyusun Bakıdakı diplomatik fəaliyyəti ilə bağlı çıxış edib.
Daha sonra bu mövzunun davamı olaraq Litvanın "Delfi" xəbərlər portalında Mahir Həmzəyevin rus dilində hazırladığı "Litvanın Bakıdakı konsulu V. Krevenin verdiyi "həyat vizaları" başlıqlı tarixi essesi dərc olunub. Esse həmçinin, litvaca nəşr edilən nüfuzlu "Kulturos barai" jurnalında da çap edilib.