Məktəblilər ekoloji cəhətdən maarifləndirilir
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra edilən "Eko təşəbbüs" adlı layihə çərçivəsində sonuncu tədbir keçirilib. “OLAYLAR” xəbər verir ki, tədbirdə layihə rəhbəri Əli Qənbərli məktəbliləri salamlayaraq, onlara layihənin mahiyyəti və əhəmiyyəti barədə ətraflı məlumat verib.
19 Dekabr 2017 16:44 SosialAzərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra edilən "Eko təşəbbüs" adlı layihə çərçivəsində sonuncu tədbir keçirilib. "OLAYLAR" xəbər verir ki, tədbirdə layihə rəhbəri Əli Qənbərli məktəbliləri salamlayaraq, onlara layihənin mahiyyəti və əhəmiyyəti barədə ətraflı məlumat verib. Layihə rəhbəri Gənclər Fondunun maliyyə dəstəyi ilə çap edilmiş rolap və bukletlərdə əks olunan məlumatlar barədə şagirdlərin fikrini öyrənib, onları mövzu ilə bağlı aktiv təşəbbüslər göstərməyə dəvət edib.Tədbir çərçivəsində təlimçi Amal Əsgərov məktəblilərə ekologiyanı qorumağın yolları, ekoloji balansı yaratmağın üsulları və müasir ekoloji problemlər haqqında məlumat verib, məktəbliləri mövzu barədə məlumatlandırıb. Daha sonra məktəbliləri maraqlandıran suallara cavab verilib və tədbirdə aktiv iştirak edən şagirdlər sertifikatlarla təltif olunub.