Rəşad Sadıqov: “Həmişə deyirdim, nə vaxtsa məşqçilik kariyerama başlasam…”

“Qarabağ” komandasının kapitanı Rəşad Sadıqov İngiltərənin “Mançester Siti” komandasının düşərgəsində qonaq olub. Kapitan burada böyük təcrübə topladığını və savadını artırdığını deyib: ""Mançester Siti" qapalı klub olduğundan, belə görüşlərə vaxt və yer ayırmır.

"Qarabağ" komandasının kapitanı Rəşad Sadıqov İngiltərənin "Mançester Siti" komandasının düşərgəsində qonaq olub. Kapitan burada böyük təcrübə topladığını və savadını artırdığını deyib: ""Mançester Siti" qapalı klub olduğundan, belə görüşlərə vaxt və yer ayırmır. Qarşılarına böyük məqsədlər qoyublar. Sıx qrafiklə matçlar keçirirlər. Amma elə oldu ki, razılıq aldıq. Çünki mənim üçün Jozef Qvardiola nümunəvi məşqçidir. Həmişə onu sevmişəm, izləmişəm. Futbolçu olanda da söyləyirdim ki, nə vaxtsa məşqçilik kariyerama başlasam, belə təcrübələrdən çox istifadə edəcəyəm.

İmkan düşdükcə, təcrübəli məşqçilərin məşqində, görüşlərində iştirak etməyi qarşıma məqsəd qoymuşam. Elmimi, savadımı və təcrübəmi artırmaq istəyirəm.

"Mançester Siti"nin "Tottenhem"lə Premyer Liqa qarşılaşmasını və bir məşqini canlı izləyə bildim. Əvvəlcədən baş məşqçi ilə görüş danışılmamışdı. Komandanın sıx qrafiki ilə əlaqədar iki günlük proqramıma bu görüş daxil edilməmişdi. Amma orada razılıq əldə olundu ki, qarşıdakı bir ildə əvvəlcədən məlumatlandırmaqla, bir həftəlik məşq proqramında iştirak edə və Qvardiolanın özü ilə danışıb, daha çox vaxt keçirmə fürsəti qazana bilərəm. Bunun alınıb-alınmayacağını bilmirəm. Çünki bu məsələ öz proqramımdan da asılıdır. "Roma"da da, "Mançester Siti"də də məni çox isti qarşıladılar. Çempionlar Liqasında oynamağımız, həqiqətən də, irəli atılan addımdır. Mən bunu səfərdə də hiss etdim. Hamı bizim nəticələrdən və uğurumuzdan danışırdı". Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31