İslamı və müsəlmanları təhqir cəhdləri
Bu günlərdə tanınmış jurnalistlərdən biri, eyni zamanda ateist mövqeyi ilə seçilən Vüsal Məmmədov “Facebook” sosial şəbəkəsində paylaşdığı statuslarından birində namaz qılan insanları “şizofren” adlandırıb. Buna öz etirazlarını bildirənlər də oldu, səssiz qalanlar da. Məsələ ilə bağlı fikirlərini bildirən Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin sədr müavini Savalan Məmmədli deyib ki, bir müsəlman, namaz qılan insan kimi, bu sözün hədəfi olduğumu hesab edir və buna görə də özümü məsul bilib Vüsal Məmmədovun bu təhqirinə cavab vermək və sözlərinin arxasında yatan psixoloji səbəblərə işıq tutmaq istəyir: “Onu da qeyd edim ki, bu, Vüsal Məmmədovun ilk belə çıxışı deyil.
19 Dekabr 2017 16:00 SosialYaxud bunu doğuran səbəblər
Bu günlərdə tanınmış jurnalistlərdən biri, eyni zamanda ateist mövqeyi ilə seçilən Vüsal Məmmədov "Facebook" sosial şəbəkəsində paylaşdığı statuslarından birində namaz qılan insanları "şizofren" adlandırıb. Buna öz etirazlarını bildirənlər də oldu, səssiz qalanlar da. Məsələ ilə bağlı fikirlərini bildirən Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin sədr müavini Savalan Məmmədli deyib ki, bir müsəlman, namaz qılan insan kimi, bu sözün hədəfi olduğumu hesab edir və buna görə də özümü məsul bilib Vüsal Məmmədovun bu təhqirinə cavab vermək və sözlərinin arxasında yatan psixoloji səbəblərə işıq tutmaq istəyir: "Onu da qeyd edim ki, bu, Vüsal Məmmədovun ilk belə çıxışı deyil. Tez-tez İslamı, dini dəyərləri, ümumiyyətlə Allah inancını təhqir etmək məqsədi ilə lətifələr paylaşır və müxtəlif fikirlər səsləndirirdi. Lakin bu sonuncu statusu ilə həm qanuni, həm etik, həm də bütün insani sərhədləri daha da tapdaladı. Vüsal Məmmədov köhnə, batil ateizm dininin təmsilçisi olaraq İslam dinini qəbul etməyə bilər. Hətta sevməsə belə, bu ona bütün müsəlmanları təhqir etmək hüququ vermir. İslamdakı namaz ibadətini bəyənməyə də bilər, tənqid də etmək istəyər, lakin təhqir etmək artıq ciddi insanın atacağı addım deyil". Savalan Məmmədli bildirib ki, təhqir etmək Azərbaycan qanunvericiliyinə də ziddir: "Azərbaycan Konstitusiyasının 57-ci maddəsinin 2-ci bəndinin sonuncu cümləsi belədir: "təhqir və böhtan tənqid sayıla bilməz". Bu sözü sərf edərkən bu xalqın ölkə başçısı daxil olmaqla hamısı deyilə biləcək qədər böyük əksəriyyətinin müsəlman olduğunu və namaz qıldığını da unutmamaq lazım idi. Vüsal Məmmədov bəyənməyə də bilər, sevməyə də bilər. Lakin bu ölkədə İslam dini yaşanır, bu xalq müsəlmandır. Vüsal Məmmədov bu ölkənin vətəndaşıdırsa, ölkəsinin və xalqının dəyərlərinə hörmət etməlidir. Onun bütün səylərinə baxmayaraq, Azərbaycanda İslam dininin və onun yayılmasının qarşısı alına bilməz. Mövzu ilə bağlı ulu öndərimiz Heydər Əliyevin bir sözünü qeyd etmək istəyirəm: "Biz bir dövlət kimi İslam dininin son dövrdə geniş və çox sürətlə inkişaf etməsini bəyənirik və bundan sonra da Azərbaycan Respublikasında, müstəqil Azərbaycanda hər bir insanın sərbəst olaraq öz dini adət-ənənələrinə xidmət və onlardan istifadə etməsinə bütün imkanları yaradacağıq. Nəinki imkanlar yaradacağıq, biz İslam dininin inkişafı üçün dövlət tərəfindən lazımi tədbirlərin hamısını görəcəyik. Çünki biz yaxşı bilirik ki, İslam Azərbaycan xalqının, bütün İslam aləminə mənsub olan insanların, məxluqun ən yüksək mənəviyyat mənbəyidir."1 Ulu öndərimizin bu sözünü ona görə xatırlatdım ki, bu kimi şəxslər İslama qarşı mübarizə aparmaqla bu ölkədə nəyə qarşı mübarizə apardığının fərqində olsun. Əgər özü fərqindədirsə, onda insanlar da görsünlər. Vüsal Məmmədov qarşısına qoyduğu vəzifənin nə qədər çətin olduğunu bir daha görsün deyə cənab prezidentimizin İslam dinini necə böyük şövqlə qoruduğuna və sahib çıxdığına diqqət etməli, eləcə də cənab Prezidentimizin bu sözlərini yaxşı-yaxşı oxumalıdır: "Biz müqəddəs dinimizə - İslama sadiq olan xalqıq. Biz İslam dəyərlərini dünyada təbliğ etməliyik. Bu məqsədlə Azərbaycan çox böyük işlər görür - həm Azərbaycan dindarları, həm Azərbaycan dövləti. Biz öz dinimizi həm təbliğ etməliyik, həm də əsassız hücumlardan qorumalıyıq."2 "Ancaq, əfsuslar olsun ki, İslam dininə qarşı aparılan çirkin təbliğat kampaniyası hələ də davam edir. Biz bu yalan, böhtan üzərində qurulmuş kampaniyaları dağıtmaq üçün öz təbliğat işimizi daha da güclü şəkildə aparmalıyıq. Eyni zamanda, bizim birliyimiz, yəni İslam dünyasının birliyi, birləşməsi bu kampaniyanı aparanlara ən gözəl cavab ola bilər. Biz, əlbəttə, müsəlman ölkəsiyik, cəmiyyət öz ənənələrinə, dininə sadiqdir. İslam sülh dinidir. Bizim milli və dini dəyərlərimiz bütün məsələlərin həllinə məhz bu cür sülh yolu ilə yanaşma tələb edir".
Göründüyü kimi cənab Prezidentimiz də Azərbaycanın müsəlman ölkəsi olduğunu qeyd edir, eyni zamanda Azərbaycan Dövləti və dindarları olaraq İslam dininə qarşı çirkin kampaniya aparanların qarşısında mübarizə aparılacağını bildirir: "Sənin İslam dininə qarşı fəaliyyətlərini nəzərə alsaq, cənab Prezidentin bu çıxışında öz yerini açıq-aydın görə bilərsən".
Savalan Məmmədli hesab edir ki, belə bir çirkin kampaniya həmin insanın psixoloji vəziyyəti ilə bağlı ola bilər: "Onun son dövrlərdə düşdüyü psixoloji vəziyyəti təxmin etmək çətin deyil. Çünki təkamül fərziyyəsinin artıq dünya miqyasında süquta uğrayıb və heç elmi əsası olmadığı məlum olub. Üstəlik, Azərbaycanda da təkamül fərziyyəsi tamamilə gözdən düşüb, buna görə də əhalinin böyük hissəsi ateizmdən uzaqlaşaraq dinə, İslama və elmə yönəlib. Bütün bunlar da sözügedən şəxsin psixologiyasına yaxşı təsir etməyib"
Məhəmməd