Gündəm
Xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş hərbi attaşeləri ilə toplantı keçirilib
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən dekabrın 19-da xarici dövlətlərin silahlı qüvvələrinin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri üçün illik yekun toplantısı keçirilib. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, toplnatıda 28 xarici dövlətin və beynəlxalq təşkilatın 29 nümayəndəsi iştirak edib.
Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüb
Dekabrın 19-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.
Əməkdar artistin həbsdən çıxan oğlu ilk dəfə efirdə - VİDEO
Əməkdar artist Rəhman Rəhmanovun oğlu Emil Rəhmanov həbsdən çıxdıqdan sonra ilk dəfə ARB TV-nin efirində yayımlanan "Günə son" proqramına danışıb. Sevincini gizlətməyən əməkdar artist sözlərini bu cür ifadə edib: "Axşam saat 7 olardı. Birdən yoldaşım dedi ki, deyəsən həyətdə Emildir, gəlir. Çaşıb qaldım. Yanvarın 12-si çıxmalıydı, dekabrın 14-ü gəldi. 1 ay tez buraxdılar".
Türkiyə səfirliyinin mətbuat müşaviri Mətbuat Şurasında olub
Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz Mətbuat Şurasında (MŞ) olub. Şuradan verilən məlumata görə, görüşdə 2018-ci ildə Türkiyə və Azərbaycan mediası arasındakı əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
Pensiya islahatı əleyhinə etirazlar – 162 nəfər yaralanıb
Argentinanın paytaxtı Buenos-Ayresdə etirazçıların qarşıdan gələn pensiya islahatları səbəbindən polislərlə toqquşması nəticəsində 162 nəfər xəsarət çəkib. Xəsarət çəkənlərin 80-dən çoxu hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır. Bununla yanaşı, polis 81 nəfər etirazçını həbs edib.
İspaniyaya gəmi gəlib - İçində 1 ton kokain...
İspaniyanın Valensiya şəhərində polis gəmilərin birində 1,1 ton kokain aşkar edib. Məlumata görə, polis narkotik vasitələrin yoxlama zamanı iki konteynerdə tapıldığını qeyd edib. Polis həmin gəminin ABŞ-ın Kaliforniya ştatından gəldiyini bildirib.
Dünyaca məhşur idmançılar AzTU tələbələri ilə görüşüb
Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycanın dünyaca məhşur idmançıları ilə tələbələrin görüşü keçirilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, idmançıları əvvəlcə AzTU-nun rektor əvəzi Xalıq Yahudov qəbul edib, onların nailiyyətləri ilə hər bir azərbaycanlı kimi fəxr etdiyini bildirib. Rektor əvəzi prezident İlham Əliyevin göstərişi ilə universitetin yeni təmir olunmuş idman sarayından söz açaraq qeyd edib ki, AzTU-nun idmançı tələbələri hər zaman bayrağımızı yüksəklərə ucaldıblar, ölkəmizi layiqincə təmsil ediblər.
İdman idarəçiliyi kursu keçirilib
15-19 dekabr tarixlərində Beynəlxalq Olimpiya Komitəsi və Milli Olimpiya Komitəsinin birgə layihəsi olan idman idarəçiliyi kursu keçirilib. MOK-un mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, layihə gənc liderlərin yetişdirilməsi və idman idarəçiliyində mütəxəssislərin yetişdirilməsi üçün yaradılıb. Layihə iki hissədən ibarətdir: Birinci hissədə Beynəlxalq Olimpiya Komitəsinin mütəxəssisi Stavri Bello 4 nəfər Milli Kurs Direktorluğu üzrə təlim keçib.
Yeni şəxsiyyət vəsiqələrinin verilməsi bu tarixədək təxirə salındı
"Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə 2019-cu ildən başlanılacaq". Bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə deyib. Daha öncə yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi prosesinin 2018-ci ilin yanvar ayından başlanacağı gözlənilirdi.
"Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Ermənistanın gələcəyi yoxdur"
"Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Ermənistanın gələcəyi yoxdur". Bunu müsahibəsində "Dağlarda ölüm. Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi" kitabının müəllifi Raul Louri Kontreras deyib. Onun kitabı Xocalı soyqırımı haqqında ABŞ-da nəşr olunmuş və satışa çıxarılmış ilk kitabdır.
Mədət Quliyev: "Dini ekstremistlərin aktivləşməsi cəhdlərinə qarşı səngimədən mübarizə aparılmalıdır"
Moskva şəhərində MDB üzv dövlətlərin Təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının (SORB) 43-cü iclası keçirilib. Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, iclasın işində Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Uşağın cinsini öyrənmək olmayacaq - Qanun
Cins ilə bağlı irsi xəstəliklərin keçmə ehtimalı yüksək olduğu hallar istisna olmaqla, uşağın cinsinin təyininə görə müayinənin aparılması və cinsi mənsubiyyətə görə hamiləliyin süni pozulması (selektiv abort) qadağan olunur.
Sabiq MTN polkovnikləri məhkəmədə ifadə veriblər
Sabunçu rayon Məhkəməsində ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Sabirabadın 18 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb
Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli Sərəncamına uyğun olaraq Sabirabad rayonunda həyata keçirilən layihə uğurla yekunlaşıb. “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindənbildirilib ki, layihə çərçivəsində rayonun 18 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb.
Heydər Əliyev adına Neft Emalı Zavodu ilə Tecnicas Reunidas şirkəti arasında müqavilə imzalanıb
Dekabrın 19-da SOCAR-ın Heydər Əliyev adına NEZ və Tecnicas Reunidas şirkəti arasında zavodun yenidənqurulması və modernizasiya layihəsi çərçivəsində qurğuların rekonstruksiyası üzrə EPCm (Layihələndirmə,Satınalma,Tikinti) müqaviləsinin rəsmi imzalanma mərasimi keçirilib. “OLAYLAR”ın SOCAR-a istinadən verdiyi xəbərə görə, imzalanma mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev, strateji İnkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov, emal üzrə vitse-prezidenti Davud Məmmədov, iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov, şirkətin Baş ofisinin rəhbər şəxsləri, Heydər Əliyev adına NEZ-in direktoru Elman İsmayilov, TR şirkətinin İdarə heyətinin sədrinin müavini, Baş icraçı direktoru Juan Llado Arburua, korporativ inkişaf üzrə Baş direktoru Enrique Alsina Massana, Təkliflər Departamentinin direktoru Carlos Molinero Monge və digər məsul şəxslər iştirak edib.

.jpg)












