Gündəm

Muradı sildi, Kərəmlə dostluğa başladı

19 Dekabr 2017 18:56

Keçmiş tərəf-müqabili Murad Bozu İnstaqram hesabından silən aktyor Burak Özçivit “Can fəda” filminin çəkilişindən sonra dostluq etdiyi Kərəm Bürsini izləməyə başlayıb. Murad Burakla küsülü olduqlarını boynuna almasa da, Özçivitin bu addımı iddiaları daha da qüvvətləndirib.

"Messinin argentinalı olmasına görə bəxtimiz gətirib"

19 Dekabr 2017 18:52

"Barselona" və Argentina millisinin sabiq futbolçusu Xuan Ramon Rikelme "albiselestenin" 2018-ci il dünya çempionatında nı dəyərləndirib.  39 yaşlı veteran futbolçu bunları deyib: "Ümid edirik ki, futbolçular, xüsusən də Messi qaydasında olacaq. Messi formada olsa, Argentinanın qələbə şansları artacaq. Xorxe Sampoli ilə şəxsi tanışlığım yoxdur. Millinin dünya çempionatında qalib gəlməsi vacibdir. Messi kimi futbolçular varsa, onlardan ciddi şəkildə asılısınız.

Afrikada "İlin futbolçusu" mükafatına 3 namizəd

19 Dekabr 2017 18:48

2017-ci ildə Afrikanın ən yaxşı oyunçusu mükafatına iddia edən 3 futbolçu müəyyənləşib. Bunlar Məhəmməd Salah ("Liverpul", Misir), Sadyo Mane ("Liverpul", Seneqal) və Pyer-Emerik Obameyanqdır ("Borussiya Dortmund", Qabon). Mükafatın təqdim olunma mərasimi dekabrn 25-ə planlaşdırılır. Bir neçə gün öncə Salah "BBC"nin versiyasında Afrikanın ən yaxşı futbolçusu seçilmişdi.

"Barselona" "Real"ın yetirməsini transfer edir

19 Dekabr 2017 18:43

"Almeriya"nın futbolçusu Xose Anxel Poso "Barselona"nın maraq dairəsinə düşüb. 21 yaşlı forvard qış transfer pəncərəsində Kataloniya klubuna keçməyə yaxındır.

Əsmər qadınlar hansı rəng libaslar geyinməlidir?

19 Dekabr 2017 18:39

Əsmər qadınların özlərinə uyğun geyimlərində rəng seçimi çoxçeşidli olmasa da, onlara da daha çox yaraşan rənglər az deyil.

Suyu tam doğru şəkildə necə içmək lazımdır?

19 Dekabr 2017 18:34

Sadəcə yay mövsümündə deyil, sağlam həyat tərzi üçün də su içmə vərdişinin bütün il boyunca mənimsənilməsi gərəklidir. Suyun həyat üçün vazkeçilməz olduğunu söyləyən qidalanma və diyet mütəxəssisi Çağatay Dəmirin fikrincə, su insan üçün oksigendən sonra ikinci ən önəmli tələbatdır. Qida qəbul etmədən həftələr boyu yaşamaq mümkündür, ancaq su olmadan bədənimiz sadəcə bir neçə gün dözə bilər.

Bakcell  və Böyük Britaniya Səfirliyinin dəstəyilə British Council tərəfindən “Əlilliyi olan Şəxslər İş Dünyasında” adlı konfrans təşkil edilib

19 Dekabr 2017 18:32

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti və Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə British Council tərəfindən əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılmasına həsr olunmuş konfrans keçirilib.

Soyuq su ilə duş qəbul etməyin inanılmaz faydaları

19 Dekabr 2017 18:30

İlk eşitdiyiniz zaman içinizdən titrətmə keçə bilər, amma soyuq duş qəbul etməyin faydaları olduqca çoxdur.

Türkiyəli aktyor: "Keçmiş əri arvadıma təcavüz edib"

19 Dekabr 2017 18:25

“Hababam sınfı” filminin Hayta İsmayılı – 63 yaşlı Ahmet Arımanın 23 yaşlı Kader Kaynakla evlənməsi gündəmdən düşmür. Kaderin keçmiş əri Tarık Aydının “Ahmet Arıman arvadımı əlimdən aldı” iddialarına aktyorun cavabı gecikməyib.

Uzaq Şərqlə bağlı PROQNOZ - Zəlzələ dağıdacaq

19 Dekabr 2017 18:20

Yaponiyada zəlzələlərin tədqiqi ilə məşğul olan komissiya Hokkaydo adasından şimalda, eləcə də Kuril adaları yaxınlığında 8,8 bal gücündə zəlzələ ola biləcəyini proqnozlaşdırıb. Məlumata görə, araşdırmalara əsasən həmin bölgədə 40 faiz ehtimalla yaxın 30 il ərzində güclü zəlzələ ola bilər. Bundan əlavə, 7,7 bal gücündə zəlzələnin olması ehtimalı 70 faiz təşkil edir.

Azərbaycanın UNESCO-ya üzvlüyünün 25 illiyinə həsr olunmuş tədbir keçirilib

19 Dekabr 2017 18:15

UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası,Mədəniyyət və Turizm Nazirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan RespublikasınınUNESCO-ya üzvlüyünün 25 illiyinə həsr olunmuş tədbir keçirilib.

DTX Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin əməkdaşlarına fəxri ad verilib

19 Dekabr 2017 18:14

Prezident İlham Əliyev Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin əməkdaşlarına “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

61 yaşlı qadın ikinci mərtəbədən yıxılaraq ölüb

19 Dekabr 2017 18:10

Ağdamda 61 yaşlı qadın bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Məlumata görə, hadisə rayonun Mirəşelli kəndində baş verib. Kənd sakini, 1956-cı il təvəllüdlü Dilarə Rza qızı Rüstəmova ehtiyatsızlıq nəticəsində yaşadığı evin ikinci mərtəbəsindən yıxılaraq ölüb.

Azərbaycan memarlarına fəxri ad verilib

19 Dekabr 2017 18:07

Prezident İlham Əliyev Azərbaycan memarlarına “Əməkdar memar” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycanda memarlığın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar memar” fəxri adı verilsin:

İran XİN rəhbəri Azərbaycana gəldi

19 Dekabr 2017 18:05

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana gəlib. Sabah o, Azərbaycan-İran-Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşünə qatılacaq. Görüşdə əsasən üçtərəfli əməkdaşlıq, ölkələr arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunacaq.