Gündəm

“Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq münasibətlərdə” mövzusunda dəyirmi masa 

19 Dekabr 2017 22:50

Dekabrın 19-da Azərbaycan Dillər Universitetinin  Beynəlxalq münasibətlər kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə Auditoriya+ layihəsi çərçivəsində “Azərbaycan Xalq Cümhuriyyəti (AXC) beynəlxalq münasibətlərdə” mövzusunda dəyirmi masa keçirilib. Olaylar.az bildirir ki, açılış nitqi ilə çıxış edən Beynəlxalq münasibətlər kafedrasının müdiri, dosent Aida Yusifzadə AXC-nin yaranmasnın 100 illiyinin qeyd edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncam imzaladığını xatırladaraq ADU-da bu mövzuda silsilə tədbirlər keçirildiyini bildirib. O, “Azərbaycan Xalq Cümhuriyyəti (AXC) beynəlxalq münasibətlərdə” mövzusundakı tədbirin də bu qəbildən olduğunu sözlərinə əlavə edib.

Çində “Azərbaycan dili və mədəniyyəti” Mərkəzi açılıb

19 Dekabr 2017 21:30

Azərbaycan Dillər Universitetində hazırda 14 ölkənin dilini, mədəniyyətini, tarixini, dövlətçiliyini öyrənən xarici mərkəz fəaliyyət göstərməkdədir. ADU-nun rektoru akademik Kamal Abdullanın təşəbbüsü ilə Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən mərkəzlərə alternativ olaraq həmin ölkələrin nüfuzlu universitetlərində “Azərbaycan dili və mədəniyyəti” Mərkəzləri açılmağa başlayıb. Bu istiqamətdə bütün hazırlıq işlərini öz üzərinə götürən ADU xalqımızın, dövlətimizin zəngin tarixini, mədəniyyətini, dilini dünyada daha yaxşı tanıtmaqda Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətə dəstək olmaq məqsədilə ən yaxın zamanda 5 xarici ölkə universitetində “Azərbaycan dili və mədəniyyəti” Mərkəzlərini istifadəyə verəcək.

"Gələcəyimizə sığınaq" layihəsi təqdim edildi

19 Dekabr 2017 20:50

Dekabrın 19 - da  Azərbaycan Uşaqlar Birliyi “Gələcəyimizə Sığınaq” layihəsini təqdimat konfransını keçirdi. Olaylar.az bildirir ki, layihənin məqsədi uşaq hüquqlarının müdafiəsinin təkmilləşdirilməsi istiqamətində fəallığı artırmaq, sosial məsuliyyət sahəsi üzrə təbliğat işlərinin gücləndirməkdir. Beynəlxalq Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında çıxış edən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə uşaq hüquq və maraqlarını qorumaq üçün vətəndaş həmrəyliyimizi göstərməli olduğumuzu vurğuladı: “Azərbaycan Uşaqlar Birliyi 25 ildən çoxdur ki, uşaqların hüquq və maraqlarının qorunması istiqamətində layihələr həyata keçirir. Bizim əsas məqsədimiz “Özgə Uşağı olmur” devizini rəhbər tutaraq, vətəndaş həmrəyliyimizi göstərib, bu deviz altında uşaqların hüquq və maraqlarını qorumaqdır.”

Yeşilçam" ulduzu dünyasını dəyişdi

19 Dekabr 2017 20:02

“Yeşilçam”ın tanınmış aktyoru Günay Güner dünyasını dəyişib. Aktyorun ölüm xəbərini sosial şəbəkədə Onur Akay verib. 

"Utanıram deyim ki, Rəhim qarabağlıdır" - Güneldən sərt cavab

19 Dekabr 2017 19:55

Müğənni-bəstəkar Rəhim Rəhimlinin Günel Zeynalova haqda dediyi sözlərə qarşı tərəfdən sərt cavab gəlib. Məlumata görə, Rəhimli Günelin sənətdə düzgün irəliləmədiyini söyləmişdi. Günel “ATV maqazin onlarla” verilişində bununla bağlı suala qəribə cavab verib: “Mən qarabağlıyam... Utanıram deyim ki, o da qarabağlıdır. Başqa heç nə deməyəcəm. Alan aldı”.

Burun tıxanıqlığını açan təbii yollar

19 Dekabr 2017 19:50

Burun tıxanıqlığı həyatımıza olduqca mənfi təsir edə və xüsusilə də başağrılarına səbəb ola bilər. Bəs burun tıxanıqlığını təbii yollarla necə açmaq olar? Bu problemin aradan qaldırılmasına yardımçı ola biləcək tövsiyələr...

Göbələk zəhərlənməsini necə anlamaq olar?

19 Dekabr 2017 19:44

Göbələk demək olar ki bütün fəsillərdə ən çox istifadə olunan qidalardan biridir. Lakin salatlarda, qızardılaraq və s. şəkildə yeyilən göbələk düzgün istifadə olunmadıqda zəhərlənməyə, hətta ölümə də səbəb ola bilər. Samsun Xalq Sağlamlığı müdiri dr. Mustafa Kasapoğlunun fikrincə, təbii mühitdə yetişən və tərkibində zəhərli maddə olan papaqlı göbələklər təzə, qurudulmuş və ya konserv şəklində, çiy və ya bişirilərək yeyilməsi nəticəsində baş verən və ölümlə də nəticələnə bilən ciddi zəhərlənmə mənbəyidir.

“5G” texnologiyası “ağıllı” istehsalda tətbiq ediləcək

19 Dekabr 2017 19:38

Çinin “Huawei” telekommunikasiya avadanlığı istehsalçısı “ağıllı” istehsalda beşinci nəsil mobil rabitə texnologiyasından (5G) istifadə üzrə ssenarilərin həyata keçirilməsi üçün “Wireless Connected Factory Special Interest Group” adlı tədqiqat qrupu yaradıb.

Belçika 171 ildən sonra teleqrafdan imtina edir

19 Dekabr 2017 19:33

1846-cı ildə Belçikada ilk teleqram göndərilib. Mesaj Brüssel-Antverpen dəmir yolu boyunca çəkilmiş xətt vasitəsilə göndərilib. 171-ci il sonra ölkə teleqrafdan tamamilə imtina edəcək: son mesajlar 29 dekabr tarixində göndəriləcək və bundan sonra sistem öz işini dayandıracaq.

Günəbaxan tumu – kökəldir ya arıqladır?

19 Dekabr 2017 19:27

Xüsusilə yay aylarında bol yeyilən və yayın demək olar ki vazkeçilməzlərindən olan gunəbaxan tumu yüksək proteinli bir qida olduğu üçün çox yeyildiyi təqdirdə artıq çəki yarada bilər. Ancaq bununla yanaşı düzgün və qədərində yeyildikdə arıqlamağa da faydalı olan bir qida maddəsi kimi çox xeyirlidir. Günəbaxan tumu tərkibindəki yüksək yağ, lif və protein sayəsində qədərində yeyildiyi təqdirdə gün ərzində tox tutaraq sağlam çəki itirməyi təmin edir.

Diqqət: Ayaq qoxusuna qarşı təsirli vasitə

19 Dekabr 2017 19:21

Xüsusilə yay aylarında daha böyük problemə çevrilən ayaq qoxusuna qarşı bu fərqli metodu sınaqdan keçirə bilərsiniz. Ayaq qoxusu bu bölgədə qidalanan bakteriyaların törəməsi və onların əmələ gətirdiyi qoxu nəticəsində ortaya çıxır. Bu qoxuya qarşı təsirli olduğu deyilən metodlardan biri də araq ilə ayaqların təmizlənməsidir.

Kompyuter istifadəçiləri, diqqətli olun!

19 Dekabr 2017 19:16

Omega-3 yağ turşusunun kompyuterdən həddindən artıq istifadə ilə bağlı yaranan göz quruluğunun təsirlərini azaltdığı müəyyən olunub. Habertürk.com saytının məlumatına görə, Hindistanda elm adamlarının 478 insanın iştirakı ilə apardığı 3 ay davam edən araşdırma omega-3 yağ turşusunun göz quruluğunun yol açdığı iltihabi prosesi azalda biləcəyini aşkara çıxarıb.

Ən köhnə messencerlərdən biri öz fəaliyyətini dayandırıb

19 Dekabr 2017 19:10

Ən köhnə messencerlərdən biri öz fəaliyyətini dayandırıb. Söhbət “AOL Instant Messenger” (“AIM”) xidmətindən gedir. Sözügedən messencer 15 dekabr tarixində rəsmi bağlanıb.

Növbəti “Sony” smartfonu “Snapdragon 845” prosessoru ilə təchiz ediləcək

19 Dekabr 2017 19:06

Növbəti qabaqcıl “Sony” smartfonu qoşa kamera və smartfonlar bazarında ən güclü olmaqla “Kirin 970” çipini geridə qoyacaq “Qualcomm Snapdragon 845” prosessoru ilə təchiz olunacaq.  

"Verder" 35 yaşlı baş məşqçi ilə yoluna davam edəcək

19 Dekabr 2017 19:00

"Verder Bremen" 35 yaşlı baş məşqçisi Florian Kohfeldtlə yoluna davam edəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. "Verder"in əvəzedici komandasını çalışdıran Kohfeldt oktyabrda, Aleksandr Nurinin istefasından sonra əsas komandada baş məşqçi postunu tutmuşdu.