Gündəm

BMT hansı ölkəni “işğalçı ölkə” adlandırdı?

20 Dekabr 2017 09:16

BMT-nin Baş Assambleyası Rusiyanın Krımda insan hüquqlarının pozması, eləcə də qeyri-qanuni yolla RF qanunları və idarəetməsinin tətbiq olunmasını qınayan qətnaməni qəbul edib. Bu barədə çərşənbə axşamı, dekabrın 19-da, TASS nəşri yazır.

Turist avtobusu qəzaya düşdü

20 Dekabr 2017 09:13

Meksikada turist avtobusu qəzaya düşüb. Hadisə nəticəsində 11 nəfər ölüb. Qəza Kintana-Roo ştatında baş verib. Çakkoben arxeoloji zonasına gedən avtobusda 31 turist olub. Ölənlər arasında Kanada, İtaliya və Meksika vətəndaşları var.

Rusiya sərhədlərini bağlayır - GÖZLƏNİLMƏZ QƏRAR

20 Dekabr 2017 09:10

Rusiya tezliklə öz sərhədlərini məhkəmədən kənar qaydada hesabları dondurulmuş şəxslərin üzünə bağlayacaq. Cinayət yolu ilə əldə olunmuş gəlirlərin qanuniləşdirilməsi və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə idarələrarası komissiyanın iclasında məlumat olub.

Dünyanın ən bahalı evinin sahibi bəlli oldu - SƏN DEMƏ... - VİDEO

20 Dekabr 2017 06:41

Ölkəsində başlatdığı sui-istifadə istintaqı ilə dünyanın gündəminə oturan vəliəhd şahzadə Məhəmməd İbn Salmanın Fransada 300 milyon dollarlıq malikanəsi olduğu iddia edilib. Dünyanın ən bahalı evi statusuna sahib olan malikanə Kral 14-cü Luizin qəsridir.

Nəsib bəy Yusifbəylinin xanımına aid nadir sənəd - “Oğlum Ənvərə sevgilərlə”

20 Dekabr 2017 06:31

Cümhuriyyətin baş naziri Nəsib bəy Yusifbəylinin xanımı -həm də maarifçi İsmayıl Qaspiralının qızı- Şəfiqə xanıma aid tarixi sənədi təqdim edirik.   Nəsib bəy hələ tələbə ikən Krıma, İsmayıl bəy Qaspiralının yanına gedir, orada "Tərcüman" qəzetində tez-tez çıxış edirdi. Qaspiralı dünyasını dəyişəndən sonra da o, qəzetlə əlaqəsini saxlayıb və yenidən orda çap olunub. Nəsib bəy Qaspiralının qızı Şəfiqə xanımla ailə həyatı qurur. Krımda Qaspiralının yanında bir neçə vaxt yaşayıblar. Sonradan ailə problemlərinə görə ayrılıblar. Amma ayrılsalar da, Nəsib bəy öz ailəsinə, uşaqlarına sonradan hər zaman nəzarət edirdi. Şəfiqə xanımın özü də Nəsib bəyə ömrünün sonuna qədər hörmətlə yanaşıb. O da jurnalist idi. "Aləmi nisvan" adlı qəzeti Krımda o, çap etdirmişdi.

"Çelsi"nin baş məşqçisi ÜSYAN ETDİ

20 Dekabr 2017 06:27

İngiltərənin “Çelsi” komandasının baş məşqçisi Antonio Konte media nümayəndələrinə üsyan edib. O, haqqında çıxan istefa iddialarının yalan olduğunu və bu xəbərlərin komandasına təsir etdiyini bildirib: “Hər gün komandadakı gələcəyimlə bağlı fərziyyələr irəli sürülür. Bu xəbərlər doğru deyil. İki mövsümdür etdiklərimin qarşılığında bir az hörmət görmək haqqımdır. Hər gün mətbuatda “klub gələn mövsüm üçün bu və ya o məşqçi ilə görüşür” xəbərlərini oxumaq mənim üçün problem olmasa da, futbolçularıma mənfi təsir göstərir. Müqavilə üzrə daha bir ilimi burada keçirəcəm. Diqqətimi tamamilə klubu və futbolçuları inkişaf etdirməyə yönəltmişəm”.

Ağ Ev Şimali Koreya ilə danışıqları dəstəkləyir

20 Dekabr 2017 06:10

 “Ağ Ev Şimali Koreya ilə diplomatik danışıqların aparılmasını dəstəkləyir. Vaşinqton Pxenyanın danışıqların aparılmasına hazır olmasını gözləməkdədir”. Bunu ABŞ dövlət katibi Reks Tillerson bildirib. “Ağ Ev diplomatik danışıqlardan imtina etmir. Prezident və Ağ Evin mövqeyi Şimali Koreyaya qarşı təzyiq kampaniyası aparmaqdır. Ağ Evin mövqeyi aydındır: Ağ Ev diplomatik danışıqları dəstəkləyir. Lakin biz Şimali Koreyanın belə bir nəticəyə gəlməsini gözləyirik. O vaxtadək isə təzyiq gücləndiriləcək”, – deyə dövlət katibi qeyd edib.

Pentaqonun gizli UNO proqramının ƏN QƏRİBƏ KƏŞFLƏRİ

20 Dekabr 2017 06:04

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Uçan Naməlum Obyektlərin araşdırılması üçün 2007-ci ildə tərtib etdiyi gizli bir proqramın hələ də davam etdirildiyi ortaya çıxıb. Proqram çərçivəsində hərəkət edən ABŞ ordusu olduqca sürətli naməlum obyektlərə rast gəlib. 2012-ci ildə başa çatdığı bildirilsə də, proqramın hələ də davam etdiyi iddia edilir. 22 milyon dollar büdcəsi olan proqram çərçivəsində əldə edilən bilgilər isə sirr olaraq saxlanılır. Yalnız gizliliyi ləğv edilən bəzi sənədlər “Nyuzvik” dərgisində çap edilir. Bu bilgilərdən bəzilərini təqdim edirik.

İlin ən məşhur romanı Azərbaycan dilində

20 Dekabr 2017 06:01

Builki Nobel mükafatçısı Kazuo İşiquronun “Məni heç vaxt tərk etmə” adlı məşhur romanı Azərbaycan dilində çapdan çıxıb. Romanı ingilis dilindən İlahə Əkbər çevirib.

Zaur Kamalın anası studiyaya gəldi - Oğlunu canlı efirdə təbrik etdi - VİDEO

20 Dekabr 2017 05:53

Bu gün Xəzər TV-nin məşhur siması Zaur Kamalın doğum günüdür. Aparıcı doğum gününü “5-də 5” verlişinin canlı efirində qeyd edib. Proqrama dəvət olunmuş qonaqlar hədiyyələrlə gəlib. Həmçinin bir çox şou-biznes nümayəndələri də aparıcıya ad günü hədiyyələri göndəriblər.

Quş böyük dövlətləri birləşdirdi

20 Dekabr 2017 05:49

Bir sıra Asiya ölkələri dünyada ən ağırçəkili uçan quş hesab edilən, nəsli tükənməkdə olan dovdaq quşunun mühafizəsi üçün səylərini birləşdirmək qərarına gəlib. Bu barədə qərar Miqrasiya edən quşlar barədə Konvensiyanın üzvlərinin konfransında qəbul edilib.

Hüquqşünas DÜNYA GÖZƏLİ seçildi

20 Dekabr 2017 05:47

Fransada “Miss France 2018” gözəllik müsabiqəsinin 88-ci buraxılışı keçirilib. Şatoru şəhərində keçirilən müsabiqədə 30 gözəl yarışıb. Yarışmanın qalibi isə Fransanın şimal bölgəsini təmsil edən “Nord Pas-de-Calais” gözəli Maeva Kouçke olub.

Qafqazın ən qədim qızıl bəzək əşyası tapıldı - NAXÇIVANDA

20 Dekabr 2017 05:44

AMEA Naxçıvan Bölməsi ilə Fransa Milli Araşdırmalar Mərkəzinin Şərur rayonunun Ovçular təpəsi qədim yaşayış yerində birgə apardığı qazıntılar zamanı Naxçıvanın milli geyim kolleksiyasına aid qızıl boyunbağı tapılıb. Olaylar.az bildirir ki, Qafqaz ərazisində tapılan ən qədim qızıl əşya olan bu tapıntı bütövlükdə Qafqaz arxeologiyası, etnoqrafiyası, dekorativ-tətbiqi sənətləri tarixində yeni səhifə, xüsusilə Azərbaycan zərgərlik sənəti və milli geyim mədəniyyətində yeni bir nüsxədir.