Ermənistanda BQXK layihəsi: “Bu, Ermənistanı dəstəkləməkdir”- ÖZƏL

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ermənistanın Azərbaycanla şərti sərhədə yaxın Vayk, Cermuk, Qafan və Basarkeçər bölgələrində təcili tibbi yardım imkanlarını genişləndirib,  bu ərazilərdə təcili yardım şöbələri yaradıb və mövcud tibb mərkəzlərini avadanlıqla təmin edib. BQXK-nın nümayəndəsi Zara Amatuni bildirib ki, layihələrin bir qismi 2022-ci il sərhəd eskalasiyasından sonra başlayıb.
Mövzu ilə bağlı politoloq Murad Sadəddinov Olaylar.az-a açıqlama verib:

" Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin bu cür addımları, əlbəttə ki, əvvəldən olan şübhələrimizi daha da artırır. Ermənistanın Azərbaycana qarşı apardığı müharibə dövründə, onların sonrakı dövründə və hazırda öz mandatına zidd olaraq Ermənistanın mövqeyini bu və ya digər formada dəstəkləməkdən ibarətdir və hal-hazırda həyata keçirilən bu layihə də bir mənada onu dəstəkləyir.
Buna görə ki, artıq sərhəddə uzun illərdir gərginlik yoxdur. Bunu Ermənistanın baş naziri açıq şəkildə beynəlxalq platformalardan səsləndirir. Son iki ildə sərhəddə hər hansı bir tərəfdən və digər tərəfdən itkiyə məruz qalmış insanlar mövcud deyil, atışmalar mövcud deyil. Bunların hamısını Ermənistanın baş naziri özü səsləndirir.
Və bu cür layihəni həyata keçirmək Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin yenə də Ermənistanı bu məsələdə dəstəkləmək üçün həyata keçirdiyi bir layihədir.
Nəzərə almaq lazımdır ki, həmin təşkilatın ofisi İsveçdə yerləşir və ofislə çalışan bir çox insanı, İsveçin mövqeyini götürsək, niyyətlə onun parlamentində müzakirə edilən məsələlərə, səsləndirilən məsələlərə baxsaq, açıq şəkildə görürük ki, orada ermənilərin mövqeyi açıq şəkildə görünür və bu da həmin təşkilatın fəaliyyətində öz əksini tapır. Bu baxımdan hesab edirəm ki, layihənin həyata keçirilməsi, ancaq və ancaq Ermənistana beynəlxalq dəstək vermək üçün bir layihədir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31