"Verder" 35 yaşlı baş məşqçi ilə yoluna davam edəcək
"Verder Bremen" 35 yaşlı baş məşqçisi Florian Kohfeldtlə yoluna davam edəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. "Verder"in əvəzedici komandasını çalışdıran Kohfeldt oktyabrda, Aleksandr Nurinin istefasından sonra əsas komandada baş məşqçi postunu tutmuşdu.
19 Dekabr 2017 19:00 İdman"Verder Bremen" 35 yaşlı baş məşqçisi Florian Kohfeldtlə yoluna davam edəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. "Verder"in əvəzedici komandasını çalışdıran Kohfeldt oktyabrda, Aleksandr Nurinin istefasından sonra əsas komandada baş məşqçi postunu tutmuşdu.
Bu təyinatından sonra klubun idman direktoru Frank Bauman onun ən azı qış fasiləsinə kimi əsas komandada işləyəcəyini bildirmişdi.
Bundesliqanın geridə qalan 17 turundan sonra "Verder" turnir cədvəlində 16-cı yeri tutur. Növbəti turda Bremen klubu "Hoffenheim"ı qəbul edəcək. Oyun yanvarın 13-də keçiriləcək. Goal.az