Türkiyə səfirliyinin mətbuat müşaviri Mətbuat Şurasında olub

Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz Mətbuat Şurasında (MŞ) olub. Şuradan verilən məlumata görə, görüşdə 2018-ci ildə Türkiyə və Azərbaycan mediası arasındakı əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, Türkiyə səfirliyi hər zaman Azərbaycan mediasının inkişafına öz dəstəyini göstərib. H. Karadeniz Mətbuat Şurası ilə mövcud istiqamətdəki işbirliyinin davamlılığının vacibliyini qeyd edib. Görüşdə eyni zamanda jurnalistika sahəsində təhsil proqramlarının reallaşdırılması müzakirə olunub. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31