Heydər Əliyev adına Neft Emalı Zavodu ilə Tecnicas Reunidas şirkəti arasında müqavilə imzalanıb
Dekabrın 19-da SOCAR-ın Heydər Əliyev adına NEZ və Tecnicas Reunidas şirkəti arasında zavodun yenidənqurulması və modernizasiya layihəsi çərçivəsində qurğuların rekonstruksiyası üzrə EPCm (Layihələndirmə,Satınalma,Tikinti) müqaviləsinin rəsmi imzalanma mərasimi keçirilib. “OLAYLAR”ın SOCAR-a istinadən verdiyi xəbərə görə, imzalanma mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev, strateji İnkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov, emal üzrə vitse-prezidenti Davud Məmmədov, iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov, şirkətin Baş ofisinin rəhbər şəxsləri, Heydər Əliyev adına NEZ-in direktoru Elman İsmayilov, TR şirkətinin İdarə heyətinin sədrinin müavini, Baş icraçı direktoru Juan Llado Arburua, korporativ inkişaf üzrə Baş direktoru Enrique Alsina Massana, Təkliflər Departamentinin direktoru Carlos Molinero Monge və digər məsul şəxslər iştirak edib.
19 Dekabr 2017 17:14 İqtisadiyyatDekabrın 19-da SOCAR-ın Heydər Əliyev adına NEZ və Tecnicas Reunidas şirkəti arasında zavodun yenidənqurulması və modernizasiya layihəsi çərçivəsində qurğuların rekonstruksiyası üzrə EPCm (Layihələndirmə,Satınalma,Tikinti) müqaviləsinin rəsmi imzalanma mərasimi keçirilib. "OLAYLAR"ın SOCAR-a istinadən verdiyi xəbərə görə, imzalanma mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev, strateji İnkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov, emal üzrə vitse-prezidenti Davud Məmmədov, iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov, şirkətin Baş ofisinin rəhbər şəxsləri, Heydər Əliyev adına NEZ-in direktoru Elman İsmayilov, TR şirkətinin İdarə heyətinin sədrinin müavini, Baş icraçı direktoru Juan Llado Arburua, korporativ inkişaf üzrə Baş direktoru Enrique Alsina Massana, Təkliflər Departamentinin direktoru Carlos Molinero Monge və digər məsul şəxslər iştirak edib.
Müqaviləni Heydər Əliyev adına NEZ-in direktoru Elman İsmayılov və TR şirkətinin korporativ inkişafı üzrə Baş direktoru Enrique Alsina Massana imzalayıblar.
Qeyd edək ki, SOCAR tərəfindən Heydər Əliyev adına NEZ-da həyata keçirilən yenidənqurma və modernizasiya layihəsinin əsas məqsədləri ölkəmizdə nəqliyyat vasitələri parkının genişlənməsi nəticəsində yüksək keyfiyyətli yanacağa artan tələbatı təmin etmək, emal və kimya sahəsindəki layihələrimizlə sinerji yaradaraq, ölkənin ixrac potensialını gücləndirmək, ölkədə ekoloji durumu yaxşılaşdırmaqdır. Bu məqsədlə NEZ-da yenidənqurma işlərinin 3 mərhələdə həyata keçirilməsi və 14 yeni qurğunun inşası nəzərdə tutulur: Aparılacaq işlər nəticəsində zavodun illik emal gücü indiki 6 mln. tondan 7,5 mln. tona qədər çatdırılacaq.