Miqrasiya Xidməti ixtisasartırma kursları təşkil edir

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Miqrasiya proseslərinin dövlət tənzimlənməsi" istiqamətində qısamüddətli ixtisasartırma kursunun açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Miqrasiya proseslərinin dövlət tənzimlənməsi" istiqamətində qısamüddətli ixtisasartırma kursunun açılışı olub.  "OLAYLAR"-ın Miqrasiya Xidmətinə istinadən verdiyi xəbərə görə, miqrasiya proseslərinin idarəolunması və  bu istiqamətdə  aparılan dövlət  siyasətinin hüquq mühafizə və digər dövlət qurumlarında çalışan rəhbər əməkdaşlara çatdırılması, izahı  və şərh edilməsi məqsədilə təşkil edilmiş kursun açılş mərasimində Akademiyanın rektoru, akademik Urxan Ələkbərov çıxış edib.

Dövlət Miqrasiya Xidmətinin Miqrasiya  siyasəti  və hüquqi təminat baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vahid Qəhrəmanov respublikada miqrasiya sahəsinə aid islahatların aktual problemləri, miqrasiya sahəsində qanunvericilik, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, insan hüquqları konsepsiyası və digər məsələlərlə bağlı biliklərin sistemləşdirilməsi baxımından təşkil edilmiş ixtisasartırma kursunun əhəmiyyətinə diqqət çəkib.

Bildirilib ki, Xidmətin Kadrlar və kadr hazırlığı  idarəsi ilə Dövlət İdarəçilik Akademiyasının səmərəli əməkdaşlığının davamı olaraq təşkil edilmiş kursa 12 nazirlik, komitə, dövlət xidməti, agentlik və ali dövlət hakimiyyəti orqanının 30 əməkdaşı cəlb edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31