Xeyli sayda partlayıcı oyuncaq aşkarlandı
Gəncə Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qayadaları pozulmaqla pirotexniki vasitələrin gətirilməsinə dair daxil olan əməliyyat məlumatına əsasən şöbənin əməkdaşları tərəfindən "Volkswagen Bora" markalı avtomobil Şəmkir rayonu ərazisində saxlanılıb və Gəncə Gömrük İdarəsinin inzibati binasnın həyətinə gətirilən nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
19 Dekabr 2017 15:20 SosialGəncə Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qayadaları pozulmaqla pirotexniki vasitələrin gətirilməsinə dair daxil olan əməliyyat məlumatına əsasən şöbənin əməkdaşları tərəfindən "Volkswagen Bora" markalı avtomobil Şəmkir rayonu ərazisində saxlanılıb və Gəncə Gömrük İdarəsinin inzibati binasnın həyətinə gətirilən nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən mlumata görə, yoxlama zamanı Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinin ön buferininin altından, qabaq sol qapısının və yük yerində olan ehtiyat təkərin içərisindən üzərində "Petards K0201" sözləri yazılan 390 qutu, üzərində "Super Triangulos HF 606" sözləri yazılan 200 ədəd, üzərində "Black Devil Mega" sözləri yazılan 175 ədəd və üzərində "Zolja" sözləri yazılan 40 ədəd pirotexniki vasitə aşkar edilib. Faktla bağlı araşdırma aparılır.