“SOCAR Energy Holdings” Avstriyanın A1 yanacaqdoldurma məntəqələri şəbəkəsini alıb
SOCAR-ın İsveçrədəki törəmə şirkəti “SOCAR Energy Holdings” Səhmdar Cəmiyyəti Avstriyanın pərakəndə yanacaq satışı bazarına daxil olaraq, A1 şirkətinə məxsus yanacaqdoldurma məntəqələrini (YDM) və neft yağlarının ticarəti sahəsində fəaliyyət göstərən Pronto Oil firmasını alıb. “OLAYLAR”-ın xəbərinə görə, “SOCAR Energy Holdings” son 5 ildə İsveçrədə əldə etdiyi gəlirlərin bir hissəsini daunstrimdəki sərmayələrini artırmaq və böyütmək məqsədi ilə investisiya layihələrinə yatırır, əvvəlki illərdə qoyulan investisiyaları ilə sinerji yaradaraq, onları daha da genişləndirir. Burada əsas hədəf gələcəkdə gəlir mənbələrini şaxələndirməklə, yeni bazarların potensialından yararlanmaq və Azərbaycan iqtisadiyyatına daha böyük gəlirlər qazandırmaqdır.
19 Dekabr 2017 15:26 İqtisadiyyatSOCAR-ın İsveçrədəki törəmə şirkəti "SOCAR Energy Holdings" Səhmdar Cəmiyyəti Avstriyanın pərakəndə yanacaq satışı bazarına daxil olaraq, A1 şirkətinə məxsus yanacaqdoldurma məntəqələrini (YDM) və neft yağlarının ticarəti sahəsində fəaliyyət göstərən Pronto Oil firmasını alıb. "OLAYLAR"-ın xəbərinə görə, "SOCAR Energy Holdings" son 5 ildə İsveçrədə əldə etdiyi gəlirlərin bir hissəsini daunstrimdəki sərmayələrini artırmaq və böyütmək məqsədi ilə investisiya layihələrinə yatırır, əvvəlki illərdə qoyulan investisiyaları ilə sinerji yaradaraq, onları daha da genişləndirir. Burada əsas hədəf gələcəkdə gəlir mənbələrini şaxələndirməklə, yeni bazarların potensialından yararlanmaq və Azərbaycan iqtisadiyyatına daha böyük gəlirlər qazandırmaqdır.
Avstriyanın Ştiriya əyalətinin yanacaqdoldurma bazarında aparıcı rola malik A1 şirkətinin ölkə üzrə 82 YDM-i fəaliyyət göstərir. Şirkətin 150 nəfər əməkdaşı var. A1-lə yanaşı SOCAR həm də Graz şəhərində yerləşən və ticarət sahəsində fəaliyyət göstərən Pronto Oil Mineralölhandels GmbH şirkətini əldə etmişdir. A1 şəbəkəsi və Pronto Oil Mineralölhandels GmbH şirkətinin idarəedilməsi məqsədi ilə "SOCAR Energy Austria" MMC təsis edilmişdir. A1 şəbəkəsi və Pronto Oil Mineralölhandels GmbH şirkətinin əməkdaşları işlərində saxlanılacaq və "SOCAR Energy Austria" MMC-nin tərkibində fəaliyyətlərini davam etdirəcəklər. A1 brendinin Avstriya bazarında artıq yüksək səviyyədə tanındığı nəzərə alınaraq, SOCAR satın aldığı YDM-ni həmin brend altında istismar etməyi planlaşdırır.