FHN Seçki Dairəsində yanğın barədə məlumat yayıb
Fövqəladə Hallar Nazirliyi (FHN) Kürdəmir rayonunda baş vermiş yanğın barədə məlumat yayıb. FHN-dən verilən məlumatda bildirilir ki, Kürdəmir rayonunda ümumi sahəsi 240 m2 olan birmərtəbəli, 9 otaqdan ibarət inzibati binanın köməkçi otağının yanar konstruksiyaları 5 m2 sahədə, içərisində olan 1 ədəd kompüter və 2 ədəd prosessor yanıb.
19 Dekabr 2017 15:18 SosialFövqəladə Hallar Nazirliyi (FHN) Kürdəmir rayonunda baş vermiş yanğın barədə məlumat yayıb. FHN-dən verilən məlumatda bildirilir ki, Kürdəmir rayonunda ümumi sahəsi 240 m2 olan birmərtəbəli, 9 otaqdan ibarət inzibati binanın köməkçi otağının yanar konstruksiyaları 5 m2 sahədə, içərisində olan 1 ədəd kompüter və 2 ədəd prosessor yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub, yanğın yanğın bölmələri tərəfindən söndürülüb. Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumatda yanan inzibati binanın Seçki Dairəsinin yerləşdiyi bina olduğu bildirilir.