İslam həmrəyliyi və milli-mənəvi dəyərlər müzakirə edilib
Dekabrın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Sabirabad rayonu Dadaşbəyli kənd məscidi dini icması tərəfindən “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimiz” layihəsi çərçivəsində “Vətənə sədaqət, milli-mənəvi dəyərlərə hörmət” mövzusunda maarifləndirici tədbir keçirilib.
19 Dekabr 2017 15:24 SosialDekabrın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Sabirabad rayonu Dadaşbəyli kənd məscidi dini icması tərəfindən "İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimiz" layihəsi çərçivəsində "Vətənə sədaqət, milli-mənəvi dəyərlərə hörmət" mövzusunda maarifləndirici tədbir keçirilib. "OLAYLAR"-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, tədbirdə Dadaşbəyli kənd məscidi dini icmasının sədri Əlisoltan Əliyev vətənpərvərlik və İslam həmrəyliyinin əhəmiyyətindən danışıb. O bildirib ki, gənclərimizdə Vətənə məhəbbət hissini aşılamaq, bu sahədə təbliğat işləri aparmaq üzərimizə düşən əsas vəzifələrdəndir. Vətəni sevmək, onu qorumaq üçün gənclərimiz milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmalıdırlar.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov qeyd edib ki, milli-mənəvi dəyərlərimizin təbliği radikalizm və digər zərərli vərdişlərə qarşı mübarizədə önəmli amillərdən biridir. Vətəni sevmək, onu qorumaq üçün gənclərimiz milli-mənəvi dəyərlər ruhunda formalaşmalıdırlar. O, həmçinin çıxışında Vətənə layiqli vətəndaş olmaq üçün elmə və biliyə yiyələnməyin, milli-mənəvi dəyərlərimizə sahib çıxmağın əhəmiyyətini vurğulayıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən nəşr edilən maarifləndirici ədəbiyyatlar paylanılıb.