Gəmiçiliyin xarici sularda fəaliyyəti genişlənir
Dekabrın 19-dan “Gəncə” tankeri Xəzərdən kənarda maye yükdaşımalarına cəlb olunub. “OLAYLAR”-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə, bununla da Gəmiçiliyin Xəzərdən kənarda üzən gəmilərinin sayı 13-ə çatdırılıb. Onlardan 11-i quru yük gəmisi, ikisi isə tankerdir. “Gəncə” tankeri ilk yükləmə əməliyyatını Rusiya Federasiyasının Tuapse limanında həyata keçirəcək.
19 Dekabr 2017 15:24 SosialDekabrın 19-dan "Gəncə" tankeri Xəzərdən kənarda maye yükdaşımalarına cəlb olunub. "OLAYLAR"-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə, bununla da Gəmiçiliyin Xəzərdən kənarda üzən gəmilərinin sayı 13-ə çatdırılıb. Onlardan 11-i quru yük gəmisi, ikisi isə tankerdir. "Gəncə" tankeri ilk yükləmə əməliyyatını Rusiya Federasiyasının Tuapse limanında həyata keçirəcək.
Azov, Qara və Aralıq dənizləri hövzələrində üzəcək tankerin istismarına nəzarəti, eyni zamanda texniki xidməti "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin Türkiyədəki "Casptankers" şirkəti həyata keçirəcək.
Qeyd edək ki, tanker istismara ötən il Prezident İlham Əliyevin də iştirak etdiyi mərasimdə verilib.