Gündəm
230 gənc qadağanı pozdu- həbs edildi
Gənclər arasında oğlan və qızlar yer alır. İran polisi onlardan 140-nı Tehran yaxınlığındakı parkda keçirilən şənlikdə saxlanılıb. Digər bir əməliyyat zamanı isə spirtli içki içən və rəqs edən 90 nəfər cari şəhərdə tutulub. Polis əməkdaşları onların bir qisminin üzərindən psixotrop maddələr də tapıb.
Krediti olanlar, "Dəmirbank" bağlandı, sıradakılar hansılardır?
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 22 dekabr 2017-ci il tarixli qərarına əsasən “DəmirBank” ASC-nin lisenziyası 23 dekabr 2017-ci ildən etibarən ləğv edilir. Bu, oxşar problemi olan digər bankları da əhatə edəcəyi bildirilir. İqtisadçı Samir Əliyev hesab edir ki, siyahı davam edəcək və bir sıra banklar da eyni aqibəti yaşayacaqlar. Digər bir ekspert Vüqar Bayramov isə hesab edir ki, xeyli müddətdir ki, sözügedən bank hətta kiçik məbləğli əmanətləri belə geri qaytara bilmirdi:
Leyla Əliyeva qayğıya ehtiyacı olan uşaqların şənliyinə qatıldı
Dekabrın 22-də Zirə Mədəniyyət Mərkəzində xüsusi qayğıya ehtiyac duyan, valideyn himayəsindən məhrum, qaçqın və məcburi köçkün ailələrindən olan və sağlamlıq imkanları məhdud uşaqlar üçün Yeni il şənliyi keçirilib. IDEA İctimai Birliyinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkil etdiyi şənlikdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva da iştirak edib.
Kondisioner istisi insan orqanizminə ziyandır - Həkim rəyi
"Kondisioner istisinin insan orqanizminə ziyanı ola bilər”. Bu barədə "Sherg.az”a tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. O bildirib ki, kondisionerin hava yollarında inkişaf edən mikroblar tənəffüs yolları vasitəsilə insan orqanizminə təsir edir:
ABŞ-dan Türkiyə əleyhinə növbəti qərar
Suriyada PYD ilə əməkdaşlığı 2018-ci ildə də davam etdirəcəyik. Bu sözləri ABŞ Prezidenti Donald Trampın İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Bred Makqark deyib.
Azərbaycan Dövlət Uşaq Filarmoniyası Yeni il konserti
Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının səhnəsində Dövlət Uşaq Filarmoniyası konsert proqramı ilə çıxış etdi. Öz maraqlı çıxışları ilə zalda əyləşən tamaşaçıları qış nağılına aparan balacalar həm sevincli, həm də həyəcanlı idilər. Proqram Şaxta babanın çıxışı və R.Hacıyevin “Gənclik” rəqsi ilə başladı. Artıq ənənənə halına çevrilmiş balacaların aparıcılıq qabiliyyəti bu dəfə də tamaşaçıların diqqətindən yan keçmədi.
“Doğma diyar” respublika uşaq rəsm müsabiqəsi elan olunub
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi, Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə uşaq və yeniyetmələr arasında “Doğma diyar” respublika uşaq rəsm müsabiqəsini elan olunub. Müsabiqənin yekun sərgisi dekabr 26 - da, saat 16:00-da Xətai Sənət Mərkəzində keçiriləcək. Olaylar.az bildirir ki, müsabiqənin keçirilməsində məqsəd - ətraf mühitin mühafizəsi, vətənə məhəbbət hissinin aşılanması, milli adət-ənənələrin təbliği, estetik və bədii zövqün formalaşdırılması, yaradıcı qabiliyyətin, obrazlı düşüncə tərzinin inkişaf etdirilməsi, istedadlı uşaq və gənclərin üzə çıxarılmasından ibarətdir.
Kamal Abdulla Yunanıstan səfiri ilə görüşüb
Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Yunanıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nikolas D.Kanellos ilə görüşüb. Olaylar.az bildirir ki, K.Abdulla səfirə universitetdə keçirilən tədbirdə iştirak etməyə razılıq verdiyi üçün təşəkkür edib. O, bildirib ki, universitetin professor-müəllim heyəti və tələbələrinin yunan ədəbiyyatı, tarixi, mədəniyyəti və dilinə böyük həvəsi var. K.Abdulla səfiri öz rəsm əsərlərinin ADU-da sərgisini keçirməyə dəvət edib.
34 nömrəli Uşaq Musiqi Məktəbinin açılışı olub
34 nömrəli Uşaq Musiqi Məktəbinin binasının əsaslı təmirdən sonra açılış mərasimi keçirilib. Olaylar.az bildirir ki, tədbirdə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov, nazirliyin əməkdaşları, paytaxtın musiqi təhsili müəssisələrinin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Baş İdarənin rəisi Vuqar Zeynalov tədbiri açıq elan edərək, bütün qonaqları salamlayıb. Qısa vaxt ərzində görülən işlər barəsində məlumat verib və musiqi məktəbi şagirdlərini yenidən qəbul etməyə tam hazır olduğunu bildirib.
Hansı vitamin insanda xərçəngə işarə ola bilər?
İnsan orqanizmində B12 vitamininin çoxluğu onda xərçəng xəstəliyinin olmasına işarə edir. Bunu Orxus universitet xəstəxanasının alimləri iddia edirlər.
İlk qrafen akkumulyator 20 dəqiqəyə enerji ilə doldurulur
“Elecjet” şirkəti qrafendən istifadə etməklə dünyada ilk kənar akkumulyator təqdim edib. “Apollo” adlanan qurğu növbəti prototip yox, ilkin sifarişlərin qəbul olunduğu hazır məhsuldur. O, enerjini sürətli doldurması ilə fərqlənir. Məsələn, aksessuar “iPhone X” və ya “Galaxy S8” smartfonlarını 30 dəqiqə ərzində sıfırdan 50 faizədək enerji ilə doldurur. Bundan başqa, “iPhone 8 Plus” modelinin tam enerji ilə doldurulması üçün ənənəvi 3 saat əvəzinə yarım saat tələb olunur.
Fənəri əvəz edən güllər
Massaçusets Texnologiya Universitetinin mütəxəssisləri otlardan və güllərdən “Lampa” kimi istifadəyə imkan verən yeni yanaşma təklif ediblər. Alimlər kimyəvi reaksiya zamanı işıqlanma yaradan xüsusi reagentlər hazırlayıblar.
“Samsung Galaxy Note 8” ilin smartfonu adına layiq görülüb
“Samsung” şirkətinin yeni nəsil qabaqcıl smartfonu ötənilki “Galaxy Note 7” ilə bağlı qalmaqaldan sonra ən yaxşı smartfon adına layiq görülüb.
Kompüter oyunlarından asılılıq rəsmən psixi pozğunluq kimi təsdiq ediləcək
Xəstəliklərin Beynəlxalq Təsnifatı (International Classification of Diseases, ICD) xəstəliklər və ölüm halları barədə məlumatlar toplamağa imkan verən dünya standart metodikasıdır.
İngilis xanım itlərinə 3 min dollarlıq Yeni il hədiyyəsi alıb
Böyük Britaniya sakini Stefani Mariam öz itlərinin yeni il hədiyyəsinə təxminən 3 min dollara yaxın pul xərcləyib. Bu barədə “The Daily Mirrror” nəşri xəbər verir. Harvi Mun, Konni adlı itlərinə kristal “Svarovski”, bər-bəzəkli yataq, oyuncaq və aksesuarlar alınıb. Mariam bildirib ki, itləri Yeni il bayramını çox sevir: “Biz öz itlərimizə ancaq onların sevdiklərini hədiyyə edirik. Sevgi, nəvaziş, yemək və təbii ki, bir neçə stilli əşya”.














