Azərbaycan Dövlət Uşaq Filarmoniyası Yeni il konserti
Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının səhnəsində Dövlət Uşaq Filarmoniyası konsert proqramı ilə çıxış etdi. Öz maraqlı çıxışları ilə zalda əyləşən tamaşaçıları qış nağılına aparan balacalar həm sevincli, həm də həyəcanlı idilər. Proqram Şaxta babanın çıxışı və R.Hacıyevin “Gənclik” rəqsi ilə başladı. Artıq ənənənə halına çevrilmiş balacaların aparıcılıq qabiliyyəti bu dəfə də tamaşaçıların diqqətindən yan keçmədi.
23 Dekabr 2017 08:30 MədəniyyətAzərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının səhnəsində Dövlət Uşaq Filarmoniyası konsert proqramı ilə çıxış etdi. Öz maraqlı çıxışları ilə zalda əyləşən tamaşaçıları qış nağılına aparan balacalar həm sevincli, həm də həyəcanlı idilər.
Proqram Şaxta babanın çıxışı və R.Hacıyevin "Gənclik" rəqsi ilə başladı. Artıq ənənənə halına çevrilmiş balacaların aparıcılıq qabiliyyəti bu dəfə də tamaşaçıların diqqətindən yan keçmədi. Bu dəfəki konsert proqramında Azərbaycan Dövlət Uşaq Filarmoniyasının rəqs ansamblı, "Şəms" uşaq xoru, musiqili uşaq teatrı iştirak etdi. Proqram olduqca zəngin və rəngarəng idi. Multikultral dəyərlərə hər zaman xüsusi diqqətlə yanaşan Azərbaycan Dövlət Uşaq Filarmoniyası bu dəfə də ənənəsinə sadiq qalaraq Azərbaycan xalq rəqsləri, Azərbaycan bəstəkar əsərləri ilə yanaşı dünya xalqlarının rəqs və mahnılarına da müraciət etmişdir.
Sonda isə möhtəşəm fianl mahnısı ilə konsertdə iştirak edən 300-ə yaxın iştirakçı ardıcıl olaraq səhnəyə çıxdılar.