“Doğma diyar” respublika uşaq rəsm müsabiqəsi elan olunub
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi, Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə uşaq və yeniyetmələr arasında “Doğma diyar” respublika uşaq rəsm müsabiqəsini elan olunub. Müsabiqənin yekun sərgisi dekabr 26 - da, saat 16:00-da Xətai Sənət Mərkəzində keçiriləcək. Olaylar.az bildirir ki, müsabiqənin keçirilməsində məqsəd - ətraf mühitin mühafizəsi, vətənə məhəbbət hissinin aşılanması, milli adət-ənənələrin təbliği, estetik və bədii zövqün formalaşdırılması, yaradıcı qabiliyyətin, obrazlı düşüncə tərzinin inkişaf etdirilməsi, istedadlı uşaq və gənclərin üzə çıxarılmasından ibarətdir.
22 Dekabr 2017 23:47 MədəniyyətMədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi, Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə uşaq və yeniyetmələr arasında "Doğma diyar" respublika uşaq rəsm müsabiqəsini elan olunub. Müsabiqənin yekun sərgisi dekabr 26 - da, saat 16:00-da Xətai Sənət Mərkəzində keçiriləcək.
Olaylar.az bildirir ki, müsabiqənin keçirilməsində məqsəd - ətraf mühitin mühafizəsi, vətənə məhəbbət hissinin aşılanması, milli adət-ənənələrin təbliği, estetik və bədii zövqün formalaşdırılması, yaradıcı qabiliyyətin, obrazlı düşüncə tərzinin inkişaf etdirilməsi, istedadlı uşaq və gənclərin üzə çıxarılmasından ibarətdir.
Müsabiqədə 15 yaşa qədər uşaq və yeniyetmələr doğma diyarımızı tərənnüm edən mövzular üzrə ən çoxu 3 əsəri ilə iştirak etmişlər. Müsabiqədə 800-ə yaxın uşaq, 1700-ə qədər əsəri iştirak etmişdir. II tura keçmiş 150-yə uşağın 160- işi nümayiş olunması nəzərdə tutulur. Sərgidə I,II,III yerlər və həvəsləndirici yerlərə mükafat təqdim olunacaq. Həmçinin, sərgi iştirakçıları diplomla təltif olunacaq və fəal kollektivlər də təşəkkürnamə ilə təltif olunacaqlar.
Müsabiqədə Xırdalan, Xətai, Səbail,Masallı, Suraxanı, Gəncə, Sabunçu, Günəşli, Lənkəran, Şirvan, Balakən, Yasamal, Ağstafa, Xaçmaz, Şəki, Quba,Hacıqabul, Binəqədi, Sumqayıt,Samux,Qax, Cəlilabad, Bərdə, Mingəçevir bölgələrin məktəbliləri, o cümlədən, 1 nömrəli UGİM, 4 nömrəli UGİM, Abşeron rayon UGİM,Ağstafa rayon UGİM, Altemo tədris mərkəzi,AMK tərkibində İncəsənət Gimnaziyası, Art House Baku, Avropa Azərbaycan Məktəbi, Bakı Avropa liseyi, Balakən şəhər UİM, Buzovna qəsəbəsi 4 nomrəli UİM, Cahan Art Studiya, Elif Tədris Mərkəzi, Əsra Tədris Mərkəzi, For you yaradıcılıq mərkəzi, Free children tədris mərkəzi, Gəncə şəhər 24 nömrəli tam orta məktəb, Gəncə şəhər UGİM, Gəncə Şəhər UİM, Goranboy rayon UGİM, Gun Art Studiya, Gunxanart studiya, Hacıqabul rayon UGİM, Xaçmaz rayon UGİM, Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyası, Xırdalan şəhər "Uğur təhsil mərkəzi",Xırdalan Şəhər Mədəniyyət mərkəzi, Xocalı rayon UGİM, Qızıl fırça rəssamlıq kursu, Qax rayon UGİM, Quba UGİM, Laçın rayonu UGİM, Laləm art studiya,Lənkəran şəhər Uşaq Rəssamlıq məktəbi, Masallı Onbirillik incəsənət məktəbi, Masallı şəhər UGİM-nin rəsm dərnəyi, Meridian tədris mərkəzi, Mingəçevir şəhər UGİM, Moonlight_art_house, Nar Art Studiya, Nizami rayonunda 2-ci Heydər Əliyev parkında fəaliyyət göstərən rəssamlıq dərnəyi, Nur art studiya, Oğuz rayon Ümumtəhsil məktəbləri, Pozitiv Kids Studio, Sədət Art Gallery, Smart&Happy psixoloji mərkəzi, Şəki şəhər UİM, Şəki UGİM, Şirvan İstək Liseyi, Tofiq İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq sarayı, Vusalachr("39")s school, Zəngin Tədris Mərkəzi,Zığ qəsəbə mədəniyyət evinin rəssamlıq kursu, Zaqatala rayonu UGİM və başqa kollektivlər xüsusi fəallıq göstəriblər.