Gündəm
Beynəlxalq Muğam Mərkəzində Dünya Azəbaycanlılarının Həmrəyliyi günü
Beynəlxalq Muğam Mərkəzində Səbail rayon İcra Hakimiyyəti, Azərbaycan Televiziya və Radio verlişləri Qapalı Səhmdar Cəmiyyəti və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azəbaycanlılarının Həmrəyliyi günü və yeni ilə həsr olunmuş ədəbi-musiqili tədbir keçirilmişdir. Tədbirdə rayon rəhbərliyi, Milli Məclisin deputatları, rayondakı idarə, təşkilat, elm və təhsil müəssisələrinin, gənclər, veteranlarin və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Olaylar.az bildirir ki, tədbirin əvvəlində Səbail gənclərinin keçən il dekabr ayının 23-də təşkil etdikləri «İlham Əliyev və Müasir Azərbaycan - gənclərin gözü ilə» mövzusunda dəyirmi masanın yekunlarına uyğun olaraq çap olunmuş «İlham Əliyev və Müasir Azərbaycan - gənclərin gözü ilə» adlı kitabın təqdimatı keçirildi.
FTB-dən Rza Zərrab üçün xüsusi xətt – ŞOK DETALLAR
Azərbaycanlı iş adamı Rza Zərrabın ABŞ Federal Təhqiqatlar Bürosunun verdiyi korlinks tətbiqi vasitəsilə həbsxanadan hər gün işçilərinə təlimat verdiyi ortaya çıxıb. “Sabah” nəşri xəbər verir ki, bu, İstanbul Respublika Baş Prokurorluğunun Zərrabın həbs olunan işçilərinin telefonlarının araşdırılması nəticəsində məlum olub. Zərrabın köməkçisi olan Sinem Arslanın telefonunun araşdırılması ona hər gün azərbaycanlı iş adamından mesajlar gəldiyini müəyyən edib. Bundan əlavə, o, Zərrabın vəkilləri və antikvarçıları ilə Skayp vasitəsilə danışıb. S. Arslan 2015-ci il dekabrın 12-də Zərrabın yanında işə başladığını bildirib. O, bu tarixdən 3 ay sonra ABŞ-da həbs olunan müdiri ilə korlinks tətbiqi vasitəsilə əlaqə saxladığını etiraf edib.
MEK fondlarında mühafizə olunan çap və rəqəmsal ensiklopediyaların təqdimatı olundu
AMEA Mərkəzi Elmi Kitabxanası fondlarında mühafizə olunan çap və rəqəmsal ensiklopediyaların təqdimatını keçirib. Olaylar.az bildirir ki, təqdimatı İnformasiya resurslarına nəzarət və əlaqələndirmə şöbəsinin müdiri Günel Əhədova edib. G.Əhədova kitabxanada mövcud olan eksiklopediyalar haqqında geniş məlumat verib. G.Əhədova MEK-in Nadir kitab fondunda bütün elm sahələrini əhatə edən universal xarakterli ensiklopediyaların slaydlı təsnifatını çatdırıb. Rus dilində XIX əsrdə Brokqauz və Efron tərəfindən nəşr olunmuş 82 cilddən ibarət ensiklopedik lüğət, XIX əsrdə nəşr olunan 44 cildlik "Qranat", 1875-ci ildə ingilis dilində nəşr edilmiş 20 cilddə "Britanika", 1944-cü il nəşri olan 28 cilddən ibarət Amerikan ensiklopediyası, London nəşri olan 14 cildlik "Yeni universal ensiklopediya", alman dilində 1977-ci ildə nəşr olunmuş 15 cildlə "Mayerin yeni lüğəti", fransız dilində isə "P. Larousse" "Qrand ensiklopedi", "Universales" ensiklopediyaları, 1994-cü ildə nəşr edilən 22 cilddən ibarət "Dünya kitabı" ensiklopediyaları oxucuların tez-tez müraciət etdiyi biliklər məcmuəsidir.
Erotik səhnələriylə reytinq qıran “Fi-Çi” serialının fanatlarına BƏD XƏBƏR - BİTİR
Azra Kohenin müəllifi olduğu “Fi-Çi-Pi” romanı əsasında çəkilən eyniadlı serial ikinci mövsümdə bitəcək. Bu barədə yazıçı özü məlumat verib. Radio proqramında qonaq olan Azra Kohen erotik səhnələriylə reytinq qıran “Fi-Çi-Pi” serialının 2-ci mövsümdə bitirilməsinə qərar verib. Yazıçı 4 mövsüm davam etməli olan serialın 2-ci mövsümdə bitməsini belə izah edib: "Birinci mövsüm kitabın ilk hissəsiylə bağlı idi, amma ikinci hissədən sonra hər şey dəyişir. Üçüncü hissədən etibarən kitabdakı istinad nöqtələri sabit qalaraq tamamilə başqa hekayə danışırlar.
26 iranlı məhbus ekstradisiya edildi
26 iranlı məhbus Azərbaycandan ekstradisiya olunub. Bunu İranın Azərbaycandakı baş konsulu Seyid Nasir Mircamali məhbusların təhvil verilməsi prosesinin Astara sərhəd-keçid məntəqəsində baş tutduğunu bildirib.
Lotu Qulinin qohumu niyə döyüldü?
Lotu Qulinin qohumu Aleksey Salomatin də kriminal avtoritet olaraq tanınır. 39 yaşlı “qanuni oğru” Rusiyanın Tula vilayətində xəstəxanaya yerləşdirilib. Salomatin “oğru” adından məhrum edilsə də, hələ də özünü “qanuni oğru” hesab edirdi. Dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymayan Salomatin sonda vəhşicəsinə döyülüb. Salomatin 4 il əvvəl Nadir Səlifovun (Lotu Quli) qardaşı Namiq Səlifovla birgə “oğru” adı alıb. Salomatinin “xaç atası” 54 yaşlı “qanuni oğru” Vladimir Jurakovski (“Vova Puxlıy”) olub. O Quliyə ən yaxın slavyanlardan biri sayılır.
Prezidentin işçisi Mehriban Əliyevaya işçi təyin edildi - TƏYİNAT
Azərbaycanın Birinci vitse-prezidentinin Katibliyində yeni təyinat olub. Prezident İlham Əliyevin sərəncamı ilə Eldar Rzayev Azərbaycan Respublikası Prezidentinin protokol xidməti rəisinin müavini – Birinci vitse-prezidentin protokol sektorunun müdiri təyin edilib.
Məmurun sürücüsündən DƏHŞƏTLİ CİNAYƏT: otaq yoldaşını öldürdü, bədənini hissələrə ayırdı
Moskvada otaq yoldaşını öldürüb, bədənini hissələrə ayıran şəxs saxlanılıb. Dəhşətli cinayət təsadüfən aşkarlanıb. Avtomobil təmiri sexlərinin birində bir həftə əvvəl parçalanmış kişi meyiti tapılıb. Polisin araşdırmasından sonra qətlin ğlən şəxsin otaq yoldaşı tərəfindən törədilməsi məlum olub. Hadisəni törədən və adı açıqlanmayan şəxs otaq yoldaşını nə üçün öldürməsini də etiraf edib.
Azərbaycanda yeni agentlik yaradıldı- Fərman
Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin və Dövlət Qaz Nəzarəti İdarəsinin əsasında nazirliyin tabeliyində publik hüquqi şəxs statuslu Enerji Məsələlərini Tənzimləmə Agentliyi yaradılıb. Prezident İlham Əliyev dekabrın 22-də “Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılması haqqında” fərman imzalayıb.
Putin və Şoyqu Kremldə xokkey oynadı - FOTO/VİDEO
Rusiya prezidenti Vladimir Putin və müdafiə naziri Serqey Şoyqu Gecə xokkey liqasının yoldaşlıq matçında iştirak ediblər. Matç Kremldəki buz meydançasında keçirilib.
Ərəb dili üzrə xəttatlıq sənətini öyrənənlərə sertifikatlar verildi
Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində "İslam Həmrəyliyi İli" çərçivəsində ölkəmizdə səfərdə olan misirli alimlərin tələbələrlə yekun görüşü keçirilib. Olaylar.az bildiriri ki, Bilik Fondu və Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin birgə təşkilatçılığı ilə Fondun “Dünya elmi Azərbaycanda” layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan Misirin Süveyş Kanalı Universitetinin ərəb dili və ədəbiyyatı üzrə professoru Əbdül Rəhim Əl-Kurdi və məşhur xəttat Mustafa Məhəmməd Amrinin görüşləri sona çatıb.
6 milyarddan çox insan Trampın qərarına qarşıdır
ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı qərarı dünyada milyonlarla insanın etirazı ilə qarşılanıb. Bu səbəbdən BMT-yə üzv dövlətlərin böyük əksəriyyəti dekabrın 21-də Trampın qərarına qarşı qətnaməni dəstəkləyib. "Anadolu" agentliyinin məlumatına görə, BMT-dəki səsvermədə Trampın qərarına qarşı çıxan ölkələrin əhalisinin sayı dövlətlərin sayı ilə müqayisə olunduqda ortaya maraqlı tablo çıxır.
UNICEF-in yeni rəhbəri məlum oldu
Amerikalı Henrietta For BMT-nin Uşaq Fondu (UNICEF) rəhbəri vəzifəsində Entoni Leyki əvəzləyəcək. Bu barədə təşkilatın yaydığı açıqlamada bildirilir. Məlumata görə, H.For 2018-ci il, yanvarın 1-dən etibarən səlahiyyətlərinin icrasına başlayacaq.
Aytən Cavanşir oxucularla görüşəcək
Dekabrın 24-də saat 15:00-da “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası çərçivəsində Aytən Cavanşirin oxucularla görüşü təşkil olunacaq. “Qanun” nəşriyyatının stendində baş tutacaq tədbirdə “Ayaqlarım üşüyürdü”, “Pərdələri çəkin” kitabları ilə yanaşı, yazıçının tərcümə müəllifi olduğu “Tikanlıqda şərqi deyənlər” romanı da (endirimlə) təqdim olunacaq.
“Cırtdan” yeni quruluşda - Premyera
Dekabrın 24-də Mirmehdi Seyidzadənin 110 illik yubileyi münasibətilə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında premyeraya olacaq. Olaylar.az bidirir ki, şair-dramaturq, uşaqların sevimli müəllifi Mirmehdi Seyidzadənin eyniadlı mənzum nağıl-pyesi əsasında hazırlanan tamaşaya teatrın baş rejissoru Qurban Məsimov quruluş verib. O, səhnələşdirməsi mərhum dramaturq Rəhman Əlizadəyə məxsus tamaşaya tam yeni quruluş verməklə müasir kukla texnikalarının köməyi ilə fərqli səhnə işi təqdim etməyə çalışıb.













