Beynəlxalq Muğam Mərkəzində Dünya Azəbaycanlılarının Həmrəyliyi günü 

Beynəlxalq Muğam Mərkəzində Səbail rayon İcra Hakimiyyəti, Azərbaycan Televiziya və Radio verlişləri Qapalı Səhmdar Cəmiyyəti və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azəbaycanlılarının Həmrəyliyi günü və yeni ilə həsr olunmuş ədəbi-musiqili tədbir keçirilmişdir. Tədbirdə rayon rəhbərliyi, Milli Məclisin deputatları, rayondakı idarə, təşkilat, elm və təhsil müəssisələrinin, gənclər, veteranlarin və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Olaylar.az bildirir ki, tədbirin əvvəlində Səbail gənclərinin keçən il dekabr ayının 23-də təşkil etdikləri «İlham Əliyev və Müasir Azərbaycan - gənclərin gözü ilə» mövzusunda dəyirmi masanın yekunlarına uyğun olaraq çap olunmuş «İlham Əliyev və Müasir Azərbaycan - gənclərin gözü ilə» adlı kitabın təqdimatı keçirildi. 

Beynəlxalq Muğam Mərkəzində Səbail rayon İcra Hakimiyyəti, Azərbaycan Televiziya və Radio verlişləri Qapalı Səhmdar Cəmiyyəti və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azəbaycanlılarının Həmrəyliyi günü və yeni ilə həsr olunmuş ədəbi-musiqili tədbir keçirilmişdir. Tədbirdə rayon rəhbərliyi, Milli Məclisin deputatları, rayondakı idarə, təşkilat, elm və təhsil müəssisələrinin, gənclər, veteranlarin və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Olaylar.az bildirir ki, tədbirin əvvəlində Səbail gənclərinin keçən il dekabr ayının 23-də təşkil etdikləri "İlham Əliyev və Müasir Azərbaycan - gənclərin gözü ilə" mövzusunda dəyirmi masanın yekunlarına uyğun olaraq çap olunmuş "İlham Əliyev və Müasir Azərbaycan - gənclərin gözü ilə" adlı kitabın təqdimatı keçirildi. 

Mərasimdə çıxış edən Səbail Rayon İcra Hakimiyətinin başçısı Eldar Əzizov bildirdi ki, möhtərəm Prezidentimiz İlham Əliyev dünya siyasətçiləri arasında öz siyasəti və gördüyü işlərlə xüsusi olaraq seçilən dövlət rəhbəridir. Ona görə bu   dahi insanın siyasətini öyrənib təbliğ etmək vacib məsələdir. 

31 Dekabr   tarixi Azərbaycan millətinin ümumdünya birlik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır və dünyanın 70-dən çox ölkəsində yaşayan azərbaycanlılar tərəfindən qeyd olunur. 

Beynəlxalq Müğam Mərkəzində təşkil olunan konsertdə Azərbaycanın tanınmış incəsənət xadimlərindən xalq artistiləri Murad Hüseynov, Gülyaz Məmmədova, əməkdar artistlər Rəşad İlyasov, Zakir Əliyev populyar müğənnilər Nadir Qafarzadə, Aynur İsgəndərli,  Emiliya Yaqubova, Rövşən Əziz, Ayşən Mehdiyeva, Samir Piriyev, Sərxan Bünyadzadə və başqaları çıxış etmişlər.  

Tədbirdə Səbail rayon ictimaiyyətinin nümayəndələri adından ölkəmizin Prezidenti cənab İlham Əliyev doğum günü münasibəti ilə təbrik edilmiş, ona möhkəm can sağlığı, xöşbəxtlik, Azərbaycanımızın tərəqqisi və  inkişafı, xoşbəxt gələcəyi naminə göstərdiyi möhtəşəm fəaliyyətində müvəffəqiyyətlər arzulanmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31