Gündəm

Bazarda partlayış - Xəsarət alanlar var

24 Dekabr 2017 09:14

İspaniyanın Mursiya yaşayış məntəqəsində partlayış baş verib. Butan qazı ilə dolu balon ərzaq bazarında partlayıb. Partlayışın pik saatda baş verdiyi bildirilir.

Antonio Banderas qocalıb tanınmaz hala düşdü

24 Dekabr 2017 09:12

Dünya şöhrətli aktyor Antonio Banderasın son halı hər kəsi təəccübləndirib. Aktyor dünən xanımı Nikole Kimpellə birlikdə İspaniyanın Malaqa şəhərindəki geyim mağazasının açılışında iştirak edib. Ciddi və klassik kostyumu beysbol kepkası ilə birləşdirən 57 yaşlı kino ulduzunun görüntüsü bəzi fanatlarını narahat edib. İki dəfə infarkt keçirən Banderesın arıqlaması, həmçinin qaşları və saçları tökülməsi gözdən yayınmayıb.

"Feysbuk" qaş düzəltmək istədi, göz çıxartdı

24 Dekabr 2017 09:11

"Feysbuk" sosial şəbəkəsinin yalan xəbərlərin yayılmasına qarşı tətbiq etdiyi üsul əks effekt verib. Şirkət yalan xəbərlərin oxunmaması üçün tətbiq etdiyi üsulu ləğv etmək qərarına gəlib. Belə ki, şirkət yalan xəbərlərin istifadəçilər arasında yayılmasının qarşısını almaq üçün mənbəyi məlum olmayan və yalan hesab etdiyi xəbərlərin yanında “mübahisəli” əlavəsini vermişdi. Bununla da yalan xəbər oxumaq istəməyənlərə seçim imkanı yaratmışdı. Lakin bu addım əks reaksiya ilə qarşılanıb. Çünki istifadəçilərin çoxu məhz bu cür yazıları oxumağa başlayıb.

Zavodda bədbəxt hadisə: 1 ölü

23 Dekabr 2017 19:13

Sumqayıtda Etilen-polietilen zavodunda bədbəxt hadisə baş verib. SOCAR-ın mətbuat xidmətindən məlumata görə, bu gün saat 12.30 radələrində zavodun ərazisində yerləşən anbar binasının təmiri ilə əlaqədar "Azərikimya" İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsinin 1 saylı Mexaniki quraşdırma sahəsinin işçiləri - quraşdırıcı çilingər Məmmədov Əlövsət Adil oğlu və elektrik qaz qaynaqçısı Əzizli Toğrul Cavadxan oğlu avtosəbətdə işləyərkən, avtosəbətin oxunun sınması nəticəsində yerə düşüblər.

Vəkillərin sayı artırıldı - Azərbaycanda

23 Dekabr 2017 19:11

Azərbaycanda vəkillərin sayı 10 nəfərdən çox artırılıb. Bununla bağlı qərar Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin 2017-ci il üzrə fəaliyyətinin yekunlarına dair geniş tərkibli iclasında qəbul olunub.

Dünya yenə ayağa qalxacaq - ABŞ-ın Qüdslə bağlı yeni PLANI

23 Dekabr 2017 19:10

ABŞ-ın Qüdslə bağlı yeni bəyanatlar verə biləcəyi barədə məlumatlar var. Bu haqda Fələstinin HƏMAS təşkilatının Siyasi Bürosunun sədri İsmail Hәniyyә Qəzzada təşkil edilən 11-ci Elmi Qüds Konfransında çıxışında deyib. “ABŞ rəhbərliyi İsraili yəhudi dövləti olaraq tanıya, bütün yəhudi məskunlaşma məntəqələrinin Qüdsə aid olduğu və fələstinli qaçqınların geri dönmə haqqının olmadığını açıqlaya bilər. Məlumatlı şəxslərdən bununla bağlı əlimizə çatan informasiyalar var”, - o deyib.

“Dəmirbank”ın sədri bankın bağlanmasına münasibət bildirib

23 Dekabr 2017 19:08

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının qərarı ilə ötən gün lisenziyası ləğv olunmuş “Dəmirbank” ASC-nin İdarə Heyətinin sədri Fərid Abuşov Bankın bağlanmasına münasibət bildirib.

Hamilə qadınlar üçün ÖNƏMLİ MƏSLƏHƏTLƏR

23 Dekabr 2017 19:07

Hər bir hamilə qadının ən böyük arzusu, sağlam övlad dünyaya gətirməkdir. Bunun üçün isə başlıca amillərdən biri, hətta birincisi düzgün qidalanmaqdır. Hamiləlik dövründə ananın məsuliyyəti ikiqat artdığı üçün daim həkim nəzarəti altında olmaq istəyir. Xüsusən də bu ilk təcrübədirsə... Bu səbəbdən son illər internet portalları və saytlarda gələcəyin analarına kömək məqsədi ilə gərəkli informasiyalar, tövsiyyələr, həkim məslələtləri yayımlanır. Lakin, təəssüf ki, Azərbaycan dilində bu qəbildən olan yazılar azlıq təşkil edir. Hamilə qadınların işinə yarayacaq əhəmiyyətli yazını təqdim edir.

"Qarabağ"ın futbolçusu klubun forma və atributlarını Haitidə satışa çıxardı

23 Dekabr 2017 19:05

“Mövqeyim üzrə ən yaxşı oyunçu seçilməyim mənim üçün fəxrdir. Burada amerikalılar, kosta-rikalılar, panamalılar, yamaykalılar, meksikalılar və digərləri var. CONCACAF-ın “11-liy”inə düşmək daha səylə çalışmağım, futboloçu karyeramı yüksəltməyim üçün stimul olacaq”. Bunu “Qarabağ”ın haitili futbolçusu Donald Gerrye 2017-ci ildə Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələri Futbol Konfederasiyasında (CONCACAF) mövqeyi üzrə ən yaxşı seçilməsinə münasibət bildirərkən deyib.

Rəşid Behbudovun qızı Aygün Bəylərlə Röyanı BİABIR ETDİ: “Onlarla.."

23 Dekabr 2017 19:03

Azərbaycanın Əməkdar artisti, opera müğənnisi, dahi sənətkar Rəşid Behbubodovun qızı Rəşidə Rəşid son vaxtlarda maqazin gündəmini məşğul edən Aygün Bəylər və Röya qalmaqalına səssiz qala bilməyib. Rəşidə Rəşid titulundan imtina etmək istədiyini deyib. Biryukli (qədim stolüstü rus oyun) oynamaqdan bezdiyini deyən R.Rəşid Aygün Bəylərlə Röya qamqallarından sonra titulundan imtina etdiyini bildirib. O, bu barədə sosial şəbəkədə yazıb:

Azərbaycan Uşaqlar Birliyi “15 günlük atılan” uşağın anasına dəstək oldu

23 Dekabr 2017 16:04

Mətbuat və ictimaiyyətin müzakirəsinə çevrilmiş “15 günlük atılan” uşağın anasının Azərbaycan Uşaqlar Birliyinə müraciəti əsasında dünən Azərbaycan Uşaqlar Birliyinin Sədri Kəmalə Ağazadə və Uşaq Sığınacağı-Reinteqrasiya mərkəzinin rəhbəri  Vasif Akifli Qubaya gedib. Olaylar.az - a bu barədə açıqlama verən Vasif Akifli bildirib ki, əslində məsələ heç də sosil şəbəkələrdə və xəbər saytlarında yazıldığı kimi deyil. "15 günlük körpənin anası haqqında yazılan və deyilənlər yalandır. Ana övladını nə atmaq, nə boğaraq öldürmək, nə də kiməsə vermək istəməyib,istəmirdə.

Ukraynada rus kəşfiyyatçısı həbs olunub

23 Dekabr 2017 15:45

 5 ildir Rusiya ilə münasibətləri pozulan Ukrayna dövlətində rus kəşfiyyatçısı aşkarlanıb. Belə ki, Ukraynanın rəsmi tərcüməçisi Stanislav Yezhov rus kəşfiyyatçısı olduğu iddiasıyla həbs olunub. Vətən xaini olaraq ittiham olunan Yezhov baş nazir Vladimir Qroysmanın bir neçə rəsmi ziyarətində tərcüməçilik edib.

Rusiya ilə müharibəyə HAZIRLAŞIN! - ABŞ-dan ŞOK SİQNAL

23 Dekabr 2017 15:43

“ABŞ Ukraynaya silah çatdırmaqla münaqişənin hərbi yolla həlli cəhdinə dəstək göstərir və bu barədə Kiyevə aydın şəkildə siqnal verir”. Bunu Rusiya Federasiya Şurasının informasiya siyasəti üzrə komitəsinin başçısı Aleksey Puşkov bildirib. “ABŞ Ukraynaya ölümcül silah çatdırmaqla bağlı qərar verərək Kiyevə aydın şəkildə siqnalı ötürür ki, münaqişənin hərbi həlli üzrə cəhdini dəstəkləyəcək. Volker (Ukrayna üzrə ABŞ-ın xüsusi nümayəndəsi Kurt Volker –red.) məzuniyyətə gedə bilər”, - komitə başçısı Tvitterdə yazıb.

42 yaşlı qadın 14 il hamilə qaldı

23 Dekabr 2017 15:41

Qüdsdə yaşayan İsrailli bir qadın 20 uşaq dünyaya gətirib. Mütəxəssislər 42 yaşlı qadının həyatının 14 ilini hamilə olaraq keçirdiyini deyiblər. İsrail mediasının yaydığı məlumata görə qadın üçün uşaq dünyaya gətirmək artıq normal hal alıb.

“Lotu Qulu” haqqında xoşagəlməz sözlər deyən avtoritet öldürüldü - 6 illik ÖLÜM HÖKMÜ

23 Dekabr 2017 15:40

Kriminal aləmdə “Dato Pankiski” kimi məşhur olan 36 yaşlı gürcü “qanuni oğru” David Alxanişvili öldürülüb. Bu haqda Rusiyanın məşhur kriminal saytı olan “Praym Kraym” yazıb. Saytın yazdığına görə, onun qətli Zaxariya Kalaşovun (hazırda Rusiyada həbsdədir –red.) qardaşı oğlu David Ozmanova (“Dato Krasnodarski”) verilən işğəncənin qisası olaraq törədilib. Qətlin oğru dünyasında qanlı qarşıdurmaların yeni mərhələsinin başlanğıcı olacağı deyilir.