Gündəm

Əfqanıstanda partlayış: 7 ölü, 3 yaralı

24 Dekabr 2017 15:42

Əfqanıstanın Hilmend əyalətində əldəqayırma partlayıcı qurğu partladılıb. Məlumata görə, partlayış nəticəsində 7 nəfər həlak ölüb, daha 3 nəfər isə yaralanıb. İnsident Marja rayonunda baş verib.

Maduro Braziliya səfirini ölkədən qovdu

24 Dekabr 2017 15:40

Venesuela Müəssislər Məclisi Braziliyanın ölkədəki fövqəladə və səlahiyyətli səfirini arzuolunmaz şəxs elan edilib. Braziliya atılan bu addımı Maduro administrasiyasının avtoritar xarakteri ilə əlaqələndirib və onun dialoqa hazır olmadığını bildirib.

Ay bizi tərk edir: Milyardlarla insanın ölümünə səbəb olacaq - DƏHŞƏTLİ PROQNOZ

24 Dekabr 2017 15:35

Astronomiya sahəsində çalışan mütəxəssislər Ayda partlayış baş verərsə, Yer kürəsinə nə kimi təsir edəcəyini araşdırıblar. Alimlərin fikrincə, Ay partlamasa da, birdən-birə yox ola bilər.

Uludağda 6 itkin

24 Dekabr 2017 15:34

Türkiyədə, Uludağ qış turizm mərkəzində 6 nəfər itkin düşüb. İtkin düşən şəxslərin tapılması üçün Türkiyə hökuməti axtarış və xilasetmə tədbirlərinə start verib. Məlumata görə, Türkiyədə qış turizmin əsas bazası olan Uludağda 6 alpinist Sarialan deyilən ərazidə yoxa çıxıb. Daha sonra onlar polisə zəng edərək onların xilas edilməsini istəyib.

Argentinada dinozavr yumurtaları tapıldı

24 Dekabr 2017 15:32

Argentinanın cənubunda yerləşən Neuken əyalətində dinozavrlara aid yumurtalar aşkar edilib. Yumurtaların 70 milyon il əvvələ aid olduğu bildirilir. Onların içində dinozavrların embrionlarının qalıqları qalıb. Neuken Mədəni İrsinin Mühafizəsi Departamentinin rəhbəri Klaudiya Delya Neqra bildirib ki, alimlər üçün bu tapıntı böyük əhəmiyyət kəsb edir. "Onlar embrionları hərtərəfli tədqiq edirlər və artıq embrional dəri və dişin təhlilini etmək mümkün olub", - deyə o əlavə edib.

Qadınlar niyə rəngləri kişilərdən yaxşı seçir - FOTOLAR

24 Dekabr 2017 15:29

İnsan bəşəriyyətin ən möcüzəli varlığıdır. İnsan orqanizmi, onun fəaliyyəti, daxili və xarici orqanların xüsusiyyətləri və s. Bütün bu proseslər mürəkkəb strukturun bir hissəsidir. İnsan bədənində 206 sümük, 32 diş, 10 barmaq, iki göz, iki qulaq, bir burun, bir ağız, bir ürək, iki böyrək və.s saymaq olar. Lakin bunlar hələ hamısı deyil.

Məhkəmə Trampın qadağasını ləğv etdi

24 Dekabr 2017 09:28

ABŞ-da məhkəmə prezident Donald Trampın müsəlman ölkələrdən qaçqınların qəbuluna tətbiq etdiyi qadağanı qismən ləğv edib. Müvafiq qərar Sietl şəhərinin hakimi Ceyms Robart tərəfindən qəbul edilib.

Stüardessa təyyarədən yıxıldı

24 Dekabr 2017 09:26

Moskvanın "Vnukovo" hava limanında Hantı-Mansiysk şəhərinə uçan "Utair" aviaşirkətinə məxsus təyyarənin stüardessası yerə düşüb. Hadisə hava gəmisinin göyərtəsinə yemək qəbulu zamanı baş verib.

6 milyard dollar ödəsə - Buraxacaqlar

24 Dekabr 2017 09:24

Səudiyyə Ərəbistanı rəhbərliyi korrupsiya ittihamı ilə saxlanılan şahzadə Əl-Vəlid bin Taləldən azad olunması üçün 6 milyard dollar tələb edir. Şahzadə korrupsiyaya görə saxlanılan digərləri ilə birgə Ər-Riyadda oteldədir və onun ərazisini tərk edə bilmir. "Wall Street Journal" öz mənbələrinə istinadən yazır ki, hökumət rüşvətxorluqda ittiham olunanlardan oteli tərk etmək hüququ müqabilində müxtəlif məbləğlər tələb edir. Əl-Vəlid bin Taləldən istənilən məbləğ ən böyük məbləğlərdən biridir.

Bəxt üzünə güldü - Lotereyada 47 milyon dollar uddu

24 Dekabr 2017 09:23

Kanadada oynanılan " Atlantic Lottery” lotereyasında 47 milyon dollar sahibini tapıb. Adı açıqlanmayan qalib Kvebek əyalətində yaşayır.

Molla Pənah Vaqifin 300 illik yubileyi Şimali Kiprdə qeyd olunub

24 Dekabr 2017 09:21

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və Şimali Kiprdə fəaliyyət göstərən Doğu Akdəniz Universitetinin (DAU) birgə təşkilatçılığı ilə XVIII əsr Azərbaycan poeziyasının parlaq siması, görkəmli şair, məşhur siyasi və dövlət xadimi Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunan mərasim keçirilib. Əvvəlcə TÜRKSOY-un yaranması və fəaliyyət istiqamətlərini əks etdirən film nümayiş olunub.

Avstriya kansleri: “Türkiyə Aİ-nin üzvü ola bilməz”

24 Dekabr 2017 09:19

Türkiyə Avropa İttifaqının (Aİ) üzvü ola bilməz. Bunu Avstriyanın yeni kansleri Sebastyan Kurts “Bild am Sonntag” nəşrinə müsahibəsində deyib. “Biz bu ölkədə insan haqları, əsas hüquq və azadlıqların ciddi surətdə pozulması halları ilə üzləşirik. Mən Aİ-nin müşahidələrini qəbul etməyəcək və özümü heç nə baş vermirmiş kimi aparmayacağam”, – deyə Avstriya lideri bildirib.

Abşeronda kafeni yandıran şəxs saxlanıldı 

24 Dekabr 2017 09:18

Kafedə işçilərlə mübahisə edən şəxs cinayət törədib. Sərxoş olan şəxs kafenin işçiləri getdikdən sonra həmin obyekti yandırıb. Hadisə bir neçə gün əvvəl abşeronda baş verib. Polis hadisəni törətməkdə şübhəli bilinən şəxsi saxlayıb. Qisas məqsədi ilə kafeni yandırıb qaçan şəxs tutulub.

Sabiq baş nazir  saxlanıldı

24 Dekabr 2017 09:16

Ukraynanın sabiq baş naziri Arseni Yatsenyuk Cenevrə hava limanında saxlanılıb. Bu barədə “Facebook” səhifəsində A.Yatsenyukun mətbuat katibi Olqa Lappo bildirib. “Rusiyalı müstəntiqlərin ittihamları cəfəngiyat olsa da, onlar real fəsadlar törədiblər. A.Yatsenyuk Çeçenistanda döyüş əməliyyatlarında iştirak etməkdə ittiham olunur”, – deyə