Gündəm
Nazirlərə TAPŞIRIQ - Bayramı ölkə daxilində keçirin!
Fransa prezidenti Emmanuel Makron öz nazirlərindən Milad bayramı günlərində "nazirlik funksiyalarına uyğun istirahət yeri seçməyi" və xaricə getməməyi tələb edib. Dövlət başçısının bu göstərişi nazirlərə 30 noyabr tarixində ünvanlanıb. Bunu Fransa hökumətinin rəsmi nümayəndəsi Benjamen Qrivo bildirib.
Səudiyyə Ərəbistanı israilli şahmatçıları ölkəyə buraxmadı
Santa Klaus papağı ilə bağlı sərt fətva
İndoneziyanın müfafizəkar "İslam Müdafiəçiləri Cəbhəsi" təşkilatı bəyan edib ki, müsəlmanları Santa Klaus əbası, papağı geyinməyə məcbur edənlərə qarşı "genişmiqyaslı əməliyyat" keçirəcək. Əhalisinin sayına görə dünyanın ən böyük müsəlman ölkəsi olan İndoneziyada böyük xristian, buddist icmaları da var. İndoneziya dünyəvi ölkədir. Xristianlar Milad bayramını təntənə ilə qeyd edirlər. Polis isə bildirib ki, heç bir genişmiqyaslı əməliyyatdan söhbət gedə bilməz: "İctimaiyyət öz dini bayramlarını qeyd edən başqa icmalara hörmətlə yanaşmalıdırlar".
İnsan əti satılan restoran açıldı
Yaponiyanın paytaxtı Tokio şəhərində tam qanuni əsaslarla fəaliyyət göstərən və müştərilərinə insan ətindən hazırlanmış yeməklər təklif edən restoran açılıb. Restoranın adı da fəaliyyətinə müvafiqdir - "Yeməli qardaş".
2756 nəfər İŞDƏN AZAD EDİLDİ
Türkiyə hökuməti fövqəladə vəziyyət rejimi çərçivəsində hərbi çevriliş cəhdi ilə əlaqəsi olan daha 2756 nəfər dövlət qulluqçusu işdən azad edən qərar qəbul edib.
Misirdə 9 terrorçu məhv edilib
Misirin təhlükəsizlik qüvvələri paytaxt Qahirənin şimalında 9 silahlını məhv ediblər. Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Türkiyəli naziri Bakıda Heydər Məscidində xütbə oxudu – FOTO - VİDEO
Türkiyənin diyanət işləri naziri Prof.Dr.Ali Erbaş Bakıda oxuduğu xütbədə müsəlmanların ümmət şüurunu birləşdirmədiyi təqdirdə Qüds kimi neçə-neçə müqəddəslərin hədəf alınacağını qeyd edib. Türkiyənin Diyanət İşləri Nazirliyinin rəsmi saytının verdiyi xəbərə görə, Azərbaycanda səfərdə olan nazir Erbaş Heydər Məscidində cümə namazı qıldırıb və xütbə oxuyub.
Dünyanın ilk rəngsiz qəhvəsi
"Clear Coffee" (Təmiz qəhvə) adlı qəhvə bildiyimiz qəhvələrdən rəngsiz olması ilə seçilir. Su kimi şəffaf görünən qəhvə David və Adam Naqi qardaşları tərəfindən hazırlanıb. Londonda yaşayan, əslən slovakiyalı qardaşlar iddia edirlər ki, "Clear Coffee"-nin ən əhəmiyyətli xüsusiyyəti aşağı kalorili olmasıdır.
13 mindən çox sayt bağlandı - Əxlaqsızlıq təbliğ edilirdi
Ötən 3 il ərzində Çində 13 mindən çox sayt bağlanıb. Çin hakimiyyəti bu saytların bağlanması barədə qərarlarını zorakılıq və pornoqrafiyanın yayılmasına qarşı mübarizə ilə əlaqələndirir.
Gəmilərin ilkin dövlət qeydiyyatı asanlaşdırıldı
Azərbaycanda gəmilərin ilkin dövlət qeydiyyatına alınması üçün tələb edilən sənədlərin sayı azaldılıb. Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasında gəmilərin dövlət qeydiyyatına alınması Qaydaları"nda dəyişiklik edib. Dəyişikliyə əsasən, gəmilərin ilkin dövlət qeydiyyatına alınması üçün tələb olunan sənədlərin sayı 13-dən 11-ə enib. Bundan sonra gəmilərin ilkin qeydiyyatı üçün gəmi radiostansiyasının fəaliyyəti üçün xüsusi icazə və gəminin üzgüçülüyə yararlılığı haqqında şəhadətnamə və notariat qaydasında təsdiq edilmiş surəti tələb olunmayacaq.
Bu ölkədə 30 yaşda evlənib, 40 yaşda boşanırlar
Son zamanlar dünyada evlilik yaşı artıb, artıq əvvəlki kimi 20 yaşlarda ailə həyatı qurmurlar. Ailə quranlarla yanaşı boşananlar da xeyli saydadır. Amma Finlandiyada maraqlı bir statistika alınıb. Bu ölkənin sakinləri 30 yaşda evlənib, 40 yaşda boşanırlar. Sanki dəb halını alımış kimi... Amma mütəxəssislər bunun bir təsadüf olduğunu deyirlər.
Kadırova növbəti şok: Sosial media hesablarını blok etdilər
Çeçenistan lideri Ramzan Kadırovun “Facebook” və “İnstagram” hesablarını bağlayıblar. Xarici işlər naziri buna ağır cavab verəcəklərini bildirib. Məlumatlara görə, Kadırovun sosial media hesablarında heç bir texniki problem yoxdur. Onun hesabları qəsdən blok edilib.
Mədət Quliyevin keçmiş arvadı Leyla Əliyeva ilə yoqa edərkən - FOTOLAR
Mədət Quliyevin keçmiş həyat yoldaşının Leyla Əliyeva ilə birgə fotoları yayılıb. Bu barədə görüntüləri Mədət Quliyevin oğlu Murad Qulubəyli yayıb.
Təhsil Nazirliyinin səlahiyyəti artırılıb
Təhsil Nazirliyinin səlahiyyəti artırılıb. Nazirlər Kabineti bununla bağlı “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”, “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”, Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi və ” Orta ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı”nda dəyişiklik edib.
Hərbçiləri ildırım vurdu
Kolumbiyanın Popoyan şəhərində hərbi baza ərazisində ildırım vurması nəticəsində 58 hərbçi xəsarət alıb. Hadisə hərbi baza ərazisində təntənəli mərasimə hazırlıq zamanı baş verib.














