Misirdə 9 terrorçu məhv edilib
Misirin təhlükəsizlik qüvvələri paytaxt Qahirənin şimalında 9 silahlını məhv ediblər. Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
24 Dekabr 2017 19:25 DünyaMisirin təhlükəsizlik qüvvələri paytaxt Qahirənin şimalında 9 silahlını məhv ediblər. Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, təhlükəsizlik qüvvələri Şarkiyə vilayətindəki fermalardan birində terrorçu qrup haqqında məlumat əldə edib. Ekstremistlər polisə atəş açıblar. Hüquq-mühafizə orqanlarının cavab atəşi ilə 9 silahlı öldürülüb. Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31